İnternet →  ADSL Xidmətini Necə Seçməli?

ADSL xidmətini seçərkən əsas 2 parametrə diqqət yetirmək lazımdır – qiymət və sürət. Provayderlərin qiymətlərini asanlıqla Yoxla.azda müqayisə edə bilərsiniz. Lakin sizin nəticədə aldığınız sürət, provayderin göstərdiyi maksimal sürət olmaya bilər.

ADSL-in bir neçə standartı mövcuddur. Bunlardan ən geniş istifadə olunanları:

ADSL – maksimal 8 Mb/s
ADSL2 – maksimal 12 Mb/s
ADSL2+ – maksimal 24 Mb/s

Azərbaycanda demək olar ki bütün provayderlər ADSL2+ dəstəkləyir. Lakin, əgər siz ADSL2+ sürətindən faydalanmaq istəyirsinizsə, modeminiz ADSL2+ dəstəkləməlidir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 5 ноября 2011, 14:50
  • Weboxu
  • 1

Start-up`lar →  Hansı internet bağlantı tarifinin sərfəli olduğunu Yoxla(.az)

Blogumuzun oxucularına yəqin ki, “Hansı internet provayderi yaxşıdır” sualı veriblər. İnternetdən aktiv istifadə edənlərə, yeni qoşulmaq istəyənlərin ən çox ünvanladığı sualdır. Bütün internet provayderləinin paketlərinə eyni bir resurs üzərindən baxmaq imkanı yox idi. Bu boşluğu nəzərə alaraq belə imkan yaratdıq — Yoxla.az. İdeya olaraq uzun müddətdir üzərində iş gedirdi. Sistem olaraq sayt indi hazır oldu. Ancaq yenə də çatışmamazlıqlar qalacaqdır. Xüsusi ilə, elə bu gündən RİTN-nin tətbiq etdiyi yeni zona kodları səbəbi ilə, yenidən baxış keçirilməli, provayderlərin update-ləri sayəsində biz də sistemdəki məlumatlara yenidən baxmalıyıq.
Xidmətləri almazdan əvvəl yoxlaya biləcəyiniz iki kateqoriya var:
Genişzolaqlı İnternet
Mobil və Simsiz İnternet

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 1 августа 2011, 18:28
  • Shaig
  • 2

Blog: Millenium →  Şəxsi təhlukəsizlik və provayderlərin abonentin yerləşməsinin dəqiq qeydiyyatı.


Artıq bir neçə gündür ki, bir neçə internet provayderləri vasitəsi ilə ADSL qoşulmalarını ayrı-ayrı ünvanlarda həyata keçirirəm. Və bu qoşulmalarda məqsədim: Həqiqətən mi provayderlər abonentlərin ünvan və qeo-lokasiyasının qeydiyyatını aparır ya yox? sualına cavab tapmaqdır. Mobil telefonlarda A-GPS və Antenaların yerləşməsi ilə abonentin yerləşdiyi yeri təyin etmək olur (GPS yoxdursa). Əlvəllər isə stasionar rabitə xətlərində öz yerləşməni sorğulayanda provayderin yerləşdiyi ünvan tapılırdı. Hal-hazırda isə provayderlər dahada irəli gedib və abonentin kordinatlarını belə (çox böyük dəqiqliklə) qeydiyyatdan keçiriblər (Kim üçün? MTN ;) )
Ən asan yolu, Brauzerinizi açın, maps.google.com ünvanına daxil olun və orada «My Location» («Моё местоположение») düyməsinə basın və öz evinizin dəqiq koordinatını tapın.
Bütün ADSL abonentlərindən bu əməliyyatı edib, nəticəni burda bölüşməsini xaiş edirəm. Mən artıq 7 ünvanda və 3 provayder ilə bunu etmişəm və 5 ünvan çox dəqiq, 2 isə 200 metr yalnışlıqla tapılıb.
Siz istərdiniz mi sizin yerləşmə koordinatınız provayder yaxud digər şəxs, qurum yaxud şirkət tərəfindən bilinsin?
Düzdür, sorğulama zamanı Brauzer «Google Maps»in bizim yerləşmşni soröulayır vı biz sorğuya rədd cavabıda verə bilərik, amma razılıq zamanı, informasiya provayderdən alınlr…

Təklifləriniz?
Paylaş :

İnternet →  ADSL xidmətinizdən razısınız ?


Bildiyiniz kimi Parketinq.com blogunda şirkətlərin göstərdikləri xidmətlərin çatışmamazlıqlarından yazırıq. Bu dəfə isə bütün istifadəçilərin köməyindən faydalanaraq İnternet Provayderlərin verdikləri xidmətin səviyyəsini ölçmək üçün bir soruğu hazırlanıb. Bunun üçün sizin parketinq.com/sorgu ünvanına daxil olub, burada verilmiş suallara cavab vermək lazımdır. Düşünürəm ki, nə qədər çox istifadəçi iştirak etsə o qədər də real nəticələr əldə etmək olar.
Sorğunun ünvanları:
parketinq.com/sorgu/
url.az/sual
Sorğunun gedişatı haqqında məlumat verəcəyik. Nəticələri isə geniş ictimaiyyətə və provayderlərin diqqətinə çatdırılacaq (təbii ki bloglarda da yazılacaqdı).
Gələcəkdə də bu tip sorğular davam edəcək.
Paylaş :
  • +1
  • 2 апреля 2010, 21:41
  • Shaig
  • 15

İnternet →  Azərbaycan istifadəçilərinin ən çox seçdiyi internet provayder hansıdır?


Bu günlərdə internet provayderimlə əlaqəli bir problem yaşadım. Qeyd edim ki, mən Bakinternet provayderindən istifadə edirəm. Qəribə bir şəkildə local saytlara daxil ola bilirdim, ancaq global saytlara yox. Bu cümləni bir az açası olsam — yəni, hansı saytların ki serverləri Azərbaycandadır onlara daxil olmaq mümkün idi, hansı saytların ki serveri Azərbaycandan kənarda idi onlara daxil olmaq mümkün deyildi. Həm də bu dəfə problem daha uzun vaxt davam elədi. Help desk`ə də zəng edirəm, telefen məşğul göstərir. Əgər kim ki, öz provayderindən tam razıdır, məsləhət görə bilər.
Gördüm məndə problem var, fikirləşdim bir araşdırım görüm ən çox hansı provayder istifadə olunur Azərbaycanda. Bunu araşdırmaq o qədər də asan məsələ deyil. Dəqiq rəqəmləri almaq çətindir. Ancaq belə qərara gəldim ki, ilk10.az`ın bazasından istifadə edəm. Nə qədər olmasa Azərbaycan saytlarının böyük əksəriyyətində həmin sayğac var və statistik məlumatları özündə saxlayır. Təssüfki həftəlik və aylıq olaraq statistikalara baxmaq olmur, ona görədə mən özüm 25-31 yanvar (son həftə) tarixini əsas götürürəm. Həmin müddətə olan rəqəmləri toplayıb, buna görə yerləri müəyyən edəcəm:

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 1 февраля 2010, 09:59
  • Shaig
  • 7

Qwerty.az →  Yeni ilin yeni xəbərləri! başlıq-keçid

1. Azərbaycanda yeni provayder meydana gəlir!! 2. Hamı qiymətlərin ucuzluğundan danışır! Bu da növbəti internet qiymətləri ucuzlaşması. Lakin bu dəfə optik lifli kabellər üzrə quraşdırılan şəbəkələrdə..
Paylaş :

İnternet →  Osman Gündüz: “Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

Hal-hazırda Azərbaycanda internet qiymətlərini digər qonşu ölkələrlə müqayisədə formal olaraq normal hesab etmək olar. Bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, 1 meqabit internetin bəlli sürəti Rusiyada hansı qiymətdirsə bizdə də ona yaxınlaşıb. Azərbaycanda internetin keyfiyyəti ilə bağlı problemlər toxunan AİF prezidenti bildirib ki, ölkəmizdə provayderlər tərəfindən təqdim olanunan sürətlə, istifadəçilərin aldığı real sürət arasında kəskin fərq var.


( Ətraflı oxuyun )
Paylaş :