Həll et →  Ekran problemi – Toshiba Satelite A665

Istifadə etdiyim Toshiba Satelite A665-S6050 bu yaxınlarda formatladım. 64 bitlik Windows 7 yazdım. Video kartın driverini özü tapdığına görə bir də Toshiba.Com -a girib öz drayverlərini yükləməyə ehtiyac görmədim. Tənbəllik elədim daha doğrusu. Görüntüdə qüsur olmasa da bir gün gördüm ki, Əməliyyat sistemi sleep moda keçdikdən sonra açılanda ekranda əcaib rəng zolağı əmələ gəlir. Şifrəni yazıb girdikdən sonra, problem aradan qalxırdı.




( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 31 мая 2011, 15:11
  • Panda
  • 2

Yazı-Pozu →  Galaxy S-in Kies-ə qoşulma problemi


Yəqinki, Galaxy S istifadəçilərinin Kies proqramından xəbərləri var. Bu Samsungun proqramıdır və telefonla PC arasında rahat əlaqə saxlamaq üçün istifadə edilən bir proqramdır. Düzdür elə-belədə telefonu kompüterə qoşmaq olur. Bu proqram vasitəsilə backuplar götürmək, əməliyyat sistemini update etmək və s. kimi vacib əməliyyatları yerinə yetirmək mümkündür. Galaxy S-in üzərində gələn Android versiyası 2.1 Eclair-di. Onu Froyoya update isə mümkündür. Amma əvvəl gərək Kiesə qoşulaq. Bu zaman da error verirdi. Qəti şəkildə qoşulmurdu. Videoda görülən problem yaranırdı.

( Ətraflı oxuyun )
Paylaş :

Twitter →  Twitter`də bug var - yeniləndi #2

Niyəsə son günlərdə məşhur şəbəkələrin təhlükəsizliklə problemləri çıxır. Facebook`un məsələsi gündəmdən düşməmiş indi də Twitter`in bug`i ortaya çıxıb. Həmin bug vasitəsilə istənilən istifadəçinin sizi izləməsini təmin etmək olur. (sirrini yazacam amma mənim accountu buna alət etməyəcəyinizi ümid edirəm =) ). Problemi tapanlar türklər olublar. Hələki dünyanın tanınmış bloglarında məsələ işıq üzü görməsə də metodun işə yaradığını əminliklə deyirəm. Bug özü də Twitter kimi sadədir:
Twitter`ə accept [sizi izləməyini istədiyiniz adamın username`i]. Məsələn: accept billgates

Mən yoxladım hələ işə yarayır. Belə getsə bu barədə tezliklə dünya mediasında da eşidərik =)

Yenilənmə: Türkiyədən yayılan bu bug Twitter tərəfindən düzəldildi. Bir müddət izləyənlər və izləyicilər sıfırlanmışdı. Artıq rəqəmlər yerinə qayıdıb.
Paylaş :
  • +3
  • 10 мая 2010, 20:51
  • Sadig
  • 10

Qwerty.az →  "SMS dili" və axtarış problemi başlıq-keçid

Aznet istifadəçiləri internetdə yazışarkən Latın qrafikalı Azərbaycan əlifbasından(LQAƏ) daha çox ingilis əlifbası(İƏ) ilə yazırlar, nəticədə Azərbaycan «SMS dili» meydana çıxır. (Men gelirem, en yaxshi, mentiqli dushunce və.s.). Aznetin ümümi mətn bazasının nəhəng olmadığını və istifadəçilər tərəfindən daxil olunan informasiyanın(forum müzakirələri,twitter tweetləri, bloq şərhləri və.s.) əksərinin İƏ-də olduğunu nəzərə alsaq, bu önəmli bir axtarış probleminə gətirib çıxarır.
Paylaş :