Facebook →  Facebook Ticker-ə ilk baxış.


Avqust ayının 28-i, facebook öz yeni funksiyasını kütləvi şəkildə aktiv etdi… düz on (10) dəqiqəlik. Qəddar Zuckerberg!

Əslində, «yeni» dediyim funksiya, əsla yeni deyil. Ancaq, bu haqda bir az sonra. Gəlin təqdim edim: oxucular, Ticker; Ticker, oxucular.

Tanış oldunuz? Lap əla. Keçək daha yaxın tədqiqata. Mən, Facebook Ticker'i, «Twitter style Newsfeed» adlandırdım. Ticker, səhifənizin sağ tərəfində, hamınıza çox lazımlı olan «Sponsored» (el arasında — «reklamlar» da deyirlər) blokunun düz altında yerləşir. Maraqlısı odur ki, siz səhifənin aşağı hissəsinə gedəndə, ticker də, yapışır pəncərənizin üst hissəsinə, və düşür sizinlə aşağıya. Beləliklə, onun (yəni tickerin), chat`ın üstündə olduğunu demək, həqiqətə daha yaxın olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 6 сентября 2011, 17:31
  • Punhan
  • 8

Blog: KNYAZ →  Facebook-da şəxsi bilgilər


Dünya səviyyəsində, 350 milyondan çox istifadəçiyə sahib olan Facebook, hər gün təxminən 75 min yeni üzvə ev sahibliyi edir. Saytın milyonlarla istifadəçisi isə, böyük bir etibarla xüsusi məlumatlarını bütün dünyaya açmış vəziyyətdə olur.
Məşhur sosial şəbəkənin təhlükəsizlik nizamlarını davamlı dəyişdirib daha kompleks hala gətirməsi, səbəbiylə şəxsi həyatınıza aid məlumatlar əslində əmin əllərdə olmaya bilər.
Bu vəziyyətə ən böyük nümunə isə, keçdiyimiz aylarda saytın təhlükəsizlik nizamlarını bir anda təsirsiz hala gətirməsiylə yaşanmışdı. Yeni nizamlara alışa bilməyən istifadəçilərin profilləri isə həftələrcə hər kəsə açıq olaraq dayandı.


( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook`da gizlilik seçimlərini diqqələ yoxlayın


350 milyon istifadəçisi olan sosial şəbəkə, istifadəçiləri daha da paylaşma yönümlü olmağını təbliğ edərək, gizlilik siyasətini dəyişdirdi.

Facebook, istifadəçilərin nəyi kiminlə paylaşmaq istədiyinə qərar verməsini istəyir. Dünəndən etibarilə (9 dekabr 2009) dövrəyə girən yeni gizlilik variantları, üzvlərin girdikləri məzmun haqqında «daha çox idarə etmə haqqı vermək» iddiasıyla nəşr olundu.


( Ətraflı oxuyun )
Paylaş :