Blog: thebayramli → Azərbaycan dilində WP pluginlər – WP-PageNavi 2.82
Blogun Səhifələnməsi haqqında.
Blogda məqalələrin sayı çoxaldıqca bütün məqalələri Ana Səhifəyə yerləşdirmək məqsədəuyğun deyildir. Belə ki, Ana Səhifədə məqalələrin sayı nə qədər çox olarsa, məlumatlar bazasına sorğuların sayı da çoxalacaqdır ki, bu da internet sürəti zəif olan ziyarətçilərin hövsələdən çıxaraq blogunuza bir daha qayıtmama halı yarada bilər. Bunun üçün məqalələrin ümumi sayını müəyyən statik hissəyə bölüb, bu saydan sonra növbəti səhifəyə keçid vermək çox əlverişlidir. Məsələn: ilk 5 məqaləni birinci səhifədə, sonrakı 5 məqaləni isə ikinci səhifədə və ilaxır. Bunu avtomatik etmək üçün WordPress Admin Panelində Settings->Reading bölməsinə daxil olub, Blog pages show at most -> 5 seçmək olar ki, hər 5 məqalə növbəti səhifəyə keçid vasitəsilə yerləşdirilsin. Keçid vasitəsiylə məqalələrin hər səhifədə eyni sayda yerləşdirilməsi, yəni səhifələnmə (pagination) bir çox WordPress temalarda çox primitiv formada olur. İstifadəçi üçün səhifələnməni daha funksional etmək üçün WP-PageNavi adlı mükəmməl bir plugin mövcuddur. Bu plugin tərəfimdən Azərbaycan dilinə tərcümə olunmuşdur. İlk öncə onu qeyd edim ki, WP pluginlərinin Azərbaycan dilində görüntülənməsi üçün WordPressin təməl papkasındakı wp-config.php faylında:
( Ətraflı oxuyun )

- 0
- 13 февраля 2012, 23:09
- 2
Blog: thebayramli → Azərbaycan dilində WordPress pluginlər - Contact Form 7 ver. 3.1

WordPress pluginlərin Azəri dilinə tərcüməsi.
baxanda bir çox pluginlərin müxtəlif dillərə olan tərcümələrini gördüm. Fikirləşdim ki, Axı niyə görə Azəri dili bu dillər sırasında olmamalıdır? Sırf buna görə vaxta israf edirəm deməyib, WordPress pluginlərdən ən məşhurlarını tərcümə etməyə başladım və plugin müəlliflərinə göndərdim. Bunlardan isə Contact Form 7 plugini ilk olaraq yeniləndi və yeni versiyaya «Azeri» dili daxil edildi. Təbbi ki, tərcümədə bəzi sözlərin tərcüməsində nöqsanlar ola bilər. Ona görə də, nöqsanların düzəldilməsi üçün sizlərdən təklif və tələblər gözləyirəm.
( Ətraflı oxuyun )
- 0
- 1 февраля 2012, 22:39
- 4
Blog: thebayramli → Wordpress.org ABŞ-da yeni IP qanunun əleyhinə etiraz üçün qara dizayna boyanıb

Hər gün girib yoxladığım saytına girərkən saytın əvvəlkindən tam fərqli qara dizayna büründüyünü görüb oxumağa başladım. Yazılanlara görə bir çox veb saytlar etiraz aksiyasına başlamışdır. Səbəb isə ABŞ konqresində İnternetin azadlığına bais olacaq «Intellektual Mülkiyyəti mühafizə etmək» («Protect IP») qanununun qəbul edilməsinə etirazdır. Wordpress.org ziyarətçilərə etiraz etmək üçün müraciət edir. Konqressə etiraz məktubu yazılmağı xahiş olunur. ABŞ konqressinə etiraz məktubu yazmaq üçün hazır daxiletmə formu da yaradılmışdır. Hətta bu etiraz aksiyasına qoşulmaq üçün saytın dizaynını qara rəngə çevirəcək pluginlərin də yüklənməsini təklif edirlər. Bu qanunun zərərlərin izah etmək üçün isə video rolik də hazırlayıblar. Video roliki bura da yerləşdirirəm:
- +1
- 18 января 2012, 22:11
- 7
Blog: Tural → Kinoklik.com üçün Chrome qoşması
Bu gün daha bir hazırlayaraq istifadəyə təqdim etdim. Bu dəfə ki, qoşma üçün hazırladım. İşləmə prinsipi çox sadədir. Qoşmanı quraşdırırsız və ınızda kinoklikin ikonunu sıxırsız. Azacıq aşağı enərək daxil ol yazısına basaraq saytın əsas səhifəsinə daxil olursuz. Burada istədiyiniz yazını oxumaq üçün sadəcə yazının başlığını sıxırsız. Bəyəndiyiniz yazıya öz şərhlərinizidə yaza bilər, olduğunuz sosial şəbəkələrdə paylaşa bilərsiz. Qoşmanı hazırlarkən yəni istədiyim nəticəni görmək üçün qoşmasından istifadə etdim. Bu qoşma telefonla bloqa daxil olarkən mobil versiya görünümündə açılması üçün istifadə edilir.
( Ətraflı oxuyun )
- 0
- 23 июня 2011, 18:05
- şərh yaz
Blog: Elliot → Phototag Wordpress Plugini

İlk WP pluginim olan plugininin bir qoşqu proqramı kimi özünü doğrultması(müxtəlif ölkələrdən xeyli sayda developerdən təşəkkür və yeni update üçün təkliflər aldım) növbəti pluginləri reallaşdırmağa stimul verdi. Növbəti plugin üçün ideyalar çox olsa da ilk olaraq şəkildə obyekti tag etmək üçün vasitə olan bir plugin yazmaq qərarına gəldim(Facebook şəkillərindəki tag sisteminin oxşar variantı). Əvvəlcə mövcud pluginləri araşdırdım və bir neçə oxşar işləri görən pluginlərlə rastlaşsam da o pluginlərin yeni versiyaları dəstəkləmədiyini, qaneedici olmadıqlarını görüb bu plugini reallaşdırmağa başladım. 3 gün öncə vaxt imkanı tapıb işə başladım və dünən bitirdim. Artıq bu gün plugini Wordpress.org-a göndərdim və dərhal qəbul edildi. Plugin artıq rəsmi Wordpress saytındadır, buyurub yükləyə bilərsiniz: .
( Ətraflı oxuyun )
- +7
- 27 января 2011, 23:32
- 6
Blog: Elliot → HEXAM - yeni Wordpress plugini

Son zamanlar wordpress platformasında daha çox işlədiyimdən öz php class-larımı, kod parçalarımı wordpress-ə keçirmək barədə qərara gəlmişdim. İnline-php kimi çox faydalı plugini(wordpress page,post daxilində php kodların işləməsini təmin edir) aktiv etməklə və theme fayllarına lazımi php kodlar yazmaqla istədiyimiz nəticəni plugin olmadan da almaq olar. Amma təbii ki Plugin məsələnin universal həll yoludur və bu zaman php ilə iş təcrübəsi olmayan developer belə yazdığımız class-ın gördüyü işdən bəhrələnə bilir. İlk plugin olaraq online test,sınaq, psixoloji test və.s. keçirmək üçün bir plugin yazmaq qərarına gəldim. Plugin HEXAM adlanır( HE-müəllifin soyadı,adı; + EXAM-imtahan :) ) və artıq Wordpress.org tərəfindən qəbul edilərək plugin bazasına əlavə olunub:
Plugin install etmək çox sadə bir şeydir və o haqda ətraflı yazmıram. (qısaca: Dashboard-da admin menyuda Plugins->Add plugin, axtarışda pluginin adını yazıb çıxan nəticədə İNSTALL, daha sonra Activate.)
Plugin dünən əlavə olunub hələ ki yaxşıca test edilməyib, ona görə də hansısa bug-ların olma ehtimalı var. Belə hallar üzə çıxdıqca dərhal həll ediləcək.
Yaxın zamanda istifadə etdiyim digər maraqlı həlləri plugin formasına salaraq wordpress-ə əlavə etmək fikrindəyəm.
Pluginin Wordpress.org-a əlavə edilmə prosesi ilk dəfə üçün çətin prosesdir və bu barədə də izahlı yazı yazmaq lazımdır, imkan olan kimi yazacam. Ümid edirəm ki digər php proqramçılar da bundan sonra öz universal həllərini plugin standartına keçirib wordpress-də yerləşdirər.
Indi isə gələk HEXAM pluginin istifadəsinə:
( Ətraflı oxuyun )
- +2
- 30 ноября 2010, 11:52
- 2