Ultra →  NEXUS “DocPad” adlı sensor ekranlı planşet hazırlayıb

İlk milli noutbuk brendi olan NEXUS istehlakçıların təlabatlarına uyğun premium planşet hazırlayıb. DocPad planşetləri 11.6” HD Glare sensor ekranlı, İntel PieneView-M N450 prosessorlu, 2GB əməli yaddaş qurğulu olaraq Windows 7 əməliyyat sistemində hazırlanıb. DocPad planşetləri müasir, cəlbedici dizayna malik olaraq sinfinin digər planşetlərindən HDMİ, WiMax kimi texnologiyalarla təchiz olması ilə fərqlənir. DocPad planşetləri həm fərdi istifadə, həm də müasir və premium hədiyyə kimi yararlıdır. Çünki, sözügedən məhsul NEXUS-un A kateqoriyalı sinfinə daxil olaraq özünəməxsus, milli ornamentlərlə dizayn edilmiş qutu-qablaşdırılması vardır. DocPad planşetlərinin qiyməti 599 AZN-dır.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Planşetlər 2012-ci ilə kimi netbukların yerini tutacaq

Morgan Stanley şirkətinin analitikləri portativ texnikanın yeni sinfi olan planşet personal kompüterlərin bazarda öz sələflərinin, yəni netbukların yerini tutacağı vaxtı qeyd ediblər.
Belə ki, mütəxəssislərin fikrincə, bu 2012-ci ildə müşahidə olunacaq. Sözügedən hesablamalar planşet kompüterlərin satışında qeydə alınan yüksək dinamika ilə bağlıdır. Analitiklər hesab edir ki, 2010-cu ilin sonuna kimi dünya üzrə 10 milyon qurğu satılacaq. Əvvəlki proqnozlarda isə 6 milyon planşetin satılacağı qeyd olunurdu.

Netbuklar isə öz növbəsində artıq uzun müddətdir ki, satış həcminə dair mənfi göstəricilər nümayiş etdirir.

Ekspertlər qeyd edir ki, bu gün iPad internetdə işləmək üçün istifadə olunan dünyanın ən geniş yayılmış qurğusudur. Və ümumiyyətlə bu planşet müvafiq texnikanın inkişaf tarixində ən populyar qurğudur. Analitiklər əmindir ki, iPad-in bu cür uğurlu satışı səbəbindən bu gün netbukların satış həcmi ötən ilin aprel ayı ilə müqayisədə 13% azalıb. 2010-cu ilin birinci rübündə isə netbukların satışında 45% artım müşahidə olunurdu, Cnews yazır.

Mənbə: mincom.gov.az
Paylaş :