Texnologiya → PHP.net serverləri Azərbaycanda
Bir müddət əvvəl Google-un serverlərini Azərbaycanda yerləşdirəcəyi barədə məlumat . Google-dan əvvəl Azərbaycanda serverləri olan oldu. PHP.net, PHP proqramlama dilinin rəsmi saytıdır. Onun müxtəlif olkələrdə serverləri olma səbəbi, ətraf regionlardan müraciətlər zamanı daha tez açmağıdır. Eyni zamanda xatırlayacağınız kimi, 2010-cu ilin mart ayında İnternet , bu zaman açılmayan saytlardan biri də məhz PHP.net olmuşdu. Saytın serverlərinin Azərbaycanda da olmağı, bu tip problemlər zamanı da, sayta normal giriş etməyə imkan verəcək. Qeyd edək ki, serverlər -da yerləşir. Delta-Telecom-un regiondakı mövqeyini də nəzərə alanda, bu PHP.net-in Qafqaz regionu üçün problemsiz işləməyinə imkan verəcək. PHP.net-in Azərbaycan serverləri ünvanında işləyəcək. Detallara ətraflı olaraq buradan baxa bilərsiniz: Göründüyü kimi, IP Address olaraq, 94.20.30.48 göstərilir. ISP olaraq isə, Delta Telecom LTD göstərilir. Əvvəl Google-un Azərbaycanda server yerləşdirmə xəbəri, ardınca da PHP.net-in serverlərini yerləşdirməsi, gələcəkdə yeni texnologiya nəhənglərinin öz serverlərini Azərbaycana gətirmə ehtimalını artırır.
- +2
- 3 августа 2011, 12:42
- 4
İnternet → İnternet bağlantısında problemlər - bəzi saytlar problemli açılır

Son 1 ayda internet bağlantısından yana üzümüz gülmür. Ofisdəki internet dəndir və ara-sıra kəsilmələr ilə lap bezdirir. Evdə isə dir. Son zamanlara qədər elədə çox problem yaşamırdıq. Hərdən nəsə nasazlıq olurdu. Ancaq son zamanlar burada da tez-tez internet kəsintiləri olmağa başlayıbdı. Son 2 gündə isə lap qəribə problemlər olur. Bəzi saytların açılmağı günün müəyyən periodlarında açılmır. Məsələn , , kimi saytlara gah daxil olmaq mümkün olur, gah da heç açılmır. (php.net Yahoo serverlərində olduğundan eyni problem yaşanır) Sosial platformalar, Facebook və Twitter`də gördüyüm qədəri ilə Yahoo`ya daxil ola bilənlər isə e-mail`ə daxil olmaqda çətinlik çəkirlər. Mən də həmçinin yoxladım, həqiqətən çətin oldu. Ajax`la olan formasına daxil olmaq mümkün olmadı ancaq classic Yahoo mail açıldı.
Digər bir problem də Facebook`un bəzi provayderlərdə zəif işləməsidir. Bu zəifliyə görə də Facebook API`sindən istifadə etmiş saytlarında açılmağı ləngiyir. Məsələn Weboxu`da Facebookda edilən paylaşımların sayını göstərmək üçün API`dən istifadə etmişik deyə, Facebook`u zəif açan provayderlərdə Weboxu`nun açılmağında da ləngimə olur.
Başqa kim, hansı saytların açılmağında problemlərlə üzləşibdisə bölüşsə maraqlı olardı.
- 0
- 7 марта 2010, 21:45
- 39



