Facebook →  "Facebook" rəqiblərini qabaqladı

İnternetdəki ən böyük sosial şəbəkə olan «Facebook» rəqibləri «Yahoo!» və «Microsoft»u geridə qoyaraq ABŞ-ın veb-reklam bazarında lider mövqeyə yiyələnib.
«PC World» bildirir ki, 2010-cu ilin I rübündə banner reklamının nümayişi baxımından «Facebook» ilk dəfə «Yahoo!»nu qabaqlayıb. İndiyədək «Yahoo!» ABŞ-da banner nümayişinin şəksiz lideri sayılırdı.

Bu ilin əvvəlində «Facebook»un payına bütün bannerlərin 16,25-i düşüb. Sosial şəbəkə media bloklarını 176,3 milyard dəfə göstərib. Müqayisə üçün deyək ki, həmin göstərici «Yahoo!»da 131,6 milyard, «Microsoft»da isə 60,2 milyarddı.

( Ətraflı oxuyun )
Paylaş :