Texnologiya → Bakıda “Oracle Day” Biznes və Innovasiya Forumu keçirildi

Press-reliz: 14 mart tarixində Bakıda “Oracle Day” İllik Biznes və Innovasiya Forumu keçirildi. Forum Oracle korporasiyası tərəfindən yerli tərəfdaş — SİNAM şirkətinin dəstəyilə təşkil olunmuşdu.
Forum zamanı biznes və hökumət sektoru üçün nəzərdə tutulan proqram həlləri sahəsindəki dünya trendləri müzakirə olundu. Türkiyə, İsveçrə və Azərbaycandan olan mütəxəssislər İT-texnologiyaların uğurlu tətbiqindən danışdılar. Əsas çıxışlar Oracle korporasiyasının Oracle Keynote, RAC, Active DataGuard, Fast-Start Failover, DataGuard Broker kimi texnologiyalarını əhatə edirdi. Oracle Exalytics in-Memory serverinin tətbiqinə isə ayrıca təqdimat həsr olundu.
Forumda biznes və hökumət sektorunu təmsil edən yüzdən çox nümayəndə iştirak etdi.
- +2
- 14 марта 2012, 15:44
- şərh yaz
EduCat → eduCat IT kursları
Hər birinizi salamlayırıq. Yeni uğurlar əldə etmək üçün hər birimizə biliklər və bu bilikləri təsdiq edən sertifikatlar lazım olur. Biz, eduCat tədris mərkəzi olaraq, Azərbaycanda ən ilk IT tədris mərkəzi kimi keçirdiyimiz seminarlar, tədris etdiyimiz istiqamətlər üzrə treninqlər haqda sizlərlə məlumat bölüşümü edirik.Tədris mərkəzi haqqında bir neçə maraqlı faktı sizinlə bölüşmək istərdim:
eduCat tədris mərkəzi 1998-ci ildə yaranıb və bu günə kimi 15 mindən çox tələbə bizim kurslarda təhsil alıb. Microsoft, Cisco, VMware, Oracle, Unix/Linux, SAP, ITIL, Project Management, Biznes-training, Java, 1С: Предприятие, Adobe, İnformasiya təhlükəsizliyi (ISO 20000, 27000 və s.) və Microsoft Office istiqamətləri üzrə kurslar keçirilir. Müəllimlər yerli, eləcədə əcnəbi mütəxəssislərdir. Keçirilən kurslar üzrə(məs. Microsoft, Cisco və s. sertifikatları) imtahan vermək üçün Prometric və Pearson VUE imtahan mərkəzləri var.
WebOxu kollektiv IT blog olduğuna görə, burada Azərbaycanın İnformasiya Texnologiyaları üzrə ən tanınmış insanları, eləcədə bu sahə üzrə maraqlanan ən fəal gənclər toplaşıb. Bu cəhətdən, sizlərlə bölüşəcəyim kurslar, gələcəyinizi qurmaq üçün lazım olan məqamlardan biridir. Buyurun, bu ilin yanvar-fevral ayları üçün eduCat tədris mərkəzinin cədvəlini Sizə təqdim edirəm:
( Ətraflı oxuyun )
- 0
- 16 января 2012, 16:47
- 1
Blog: adilaliev → Java SE7 imtahanı açıldı

Oktyabrın 5-i Java SE7 imtahanının tezliklə açıq elan olunacağı haqqında deyilmişdi.
Nəhayət bu gün imtahanın beta versiyasının açıldığı elan edildi. İmtahan şərtləri və detallarını öyrənə bilərsiniz.
Beta periodunda imtahanın qiyəti 50$-dır. OCA üçün upgrade imkanı verilməyib. OCP üçün isə upgrade etmək imkanı verilib. Adlanmada da yüngülvari dəyişikliklər edilib.
- +1
- 13 октября 2011, 01:02
- şərh yaz
Texnologiya → Oracle korporasiyası SİNAM şirkətinin sürətlə inkişaf edən bazarlardakı təcrübəsini öyrənməyi tövsiyə etdi

Press-reliz: Oracle korporasiyası Türkiyədə “İxtisaslan və uğur qazan” adlı Tərəfdaş konfransını keçirdi. Azərbaycanı konfransda korporasiyanın ölkəmizdəki lokal tərəfdaşları — SINAM, R.I.S.K. və Caspel şirkətləri təmsil edirdi. Qeyd etmək lazımdır ki, SİNAM Qafqaz və Mərkəzi Asiyada Oracle şirkətinin yeganə “Specialize” statuslu tərəfdaşıdır.
( Ətraflı oxuyun )
- 0
- 6 мая 2011, 13:36
- şərh yaz
Texnologiya → Oracle-dan Java üçün təcili update
Oracle Javada olan vacib bir bug üçün təcili olaraq update çıxardı. Update-ləri 3 aylıq aralıqlarla yayımlayan Oracle bug-ın bir sonrakı uptade-i gözləyə bilməyəcək qədər vacib olduğunu ifadə etdi.Sözü gedən bug «2.2250738585072012e-308″ sayının və bənzər törəmələrinin əməliyyatı əsnasında Javanın sonsuz döngüyə girməsynə səbəb olur. Nəticə olaraq sistem crash olur və ya DOS hücumlarında olduğu kimi çökür. Bu açığı hədəf alaraq edilə biləcək hücumlarda Java əsaslı əlavələrin və veb serverlərinin risk altında olacağına diqqət çəkilir. Oracle səhifəsində mövcud vəziyyətdən təsirlənən paketlərin siyahısı nəşr olundu.
Tərkibində 60′dan çox update olan son Java update-i keçən ay yayımlanmışdı.
Ətraflı və .
- +2
- 10 февраля 2011, 17:57
- şərh yaz
Ultra → Bakıda “Bank sektorunun müasirləşdirilməsi üçün innovasiya həlləri” seminarı keçirildi
28 oktyabr 2010-cu il tarixində Bakıda ULTRA (Bakı), “Sistem Texnologiyaları” (Minsk) və Oracle (Bakı) şirkətlər alyansı tərəfindən təşkil olunmuş “Bank sektorunun müasirləşdirilməsi üçün innovasiya həlləri” mövzusunda seminar keçirilib. Tədbir Park İnn otelinin Dan Ulduzu konfrans zalında baş tutmuşdu. Seminarda biznesin gələcəkdə inkişafı və sabitləşməsi üçün informasiya texnologiyalarının effektiv istifadəsində maraqlı bank və maliyyə strukturlarının 40-dan çox mütəxəssisi iştirak etmişdir. ULTRA şirkətinin prezidenti Tahir Mirkişili və “Sistem Texnologiyaları” Birgə Məhdud Məsuliyyətli Cəmiyyətinin başçısı Aleksnadr Mukovozçik seminarı açıq elan etmişdilər. Seminarın əsas məsələləri tərəfdaş təşkilatlar tərəfindən işlənib hazırlanan və tətbiq edilən həllərin və İT texnologiyaların nəzərdən keçirilməsindən, həmçinin əməkdaşlığın aktual istiqamətlərinin müzakirəsindən ibarət idi. Tahir Mirkişili qeyd etdi ki, “bankdaxili proseslərin həyata keçirilməsində informasiya texnologiyaları artıq köməkçi funksiyanı yerinə yetirmir, hətta İT biznes-proseslərin ən mühüm tərkib hissəsinə çevrilmişdir. – Şöbələrin məqsədlərinə və tələblərinə uyğun olaraq yaradılan və fəaliyyət göstərən düzgün qurulmuş İT-infrastruktur bank rəhbərliyinə və işçilərinə təşkilat daxilində və ondan kənarda baş verən prosesləri tam olaraq anlamağa kömək edir, daimi dəyişən mühit şəraitinə tez uyğunlaşmağa, opertiv olaraq yeni müştəriləri tapmağa və yeni xidmətləri sürətlə bazara çıxarmağa imkan verir”.
( Ətraflı oxuyun )
- 0
- 2 ноября 2010, 10:17
- şərh yaz
Google → Oracle Google-u məhkəməyə verdi
Oracle, axtarış nəhəngi Google-u məhkəməyə verdi.İddianın səbəbi olaraq Android proqramının, Oraclenin Javayla əlaqədar olan patentləri və müəllif haqqları olaraq göstərilir.
Sun Microsystems-i və onların məhsulu Java texnologiyasını bu ilin başlarında satın alan Oracle-ın iddiası Android yazılarkən Java texnologiyasını istifadə edən Google-un daha əvvəl Oracle-da işləyən Java mütəxəssislərini işə götürdüyü və bu çalışanlar üzərindən Oracle texnologiyalarını icazəsiz istifadə etdiyi istiqamətindədir.
Oracle-ın nümayəndəsi Karen Tillman mövzuyla əlaqədar olaraq, «Google, Androidi düzəldərkən, bilərək, birbaşa olaraq və təkrar təkrar Oracle-ın Javayla əlaqədar olan haqqlarını pozmuşdur.» dedi.
Lakin mütəxəssislər tam tərsini söyləyir.
Google, Androidi yazarkən Java-ya yaxın Dalvik adını verdikləri texnologiyanı istifadə edib. Dalvik, Java «clean room» versiyasıdır. Yəni sıfırdan Javaya uyğun olaraq yazılıb ancaq java deyil. Sistem Oracle-ın sahib olduğu texnologiyaları istifadə etmədən yazılıb. Google da sözlərini bunu deyərək dəstəkləyir: "Əgər bir Java tətbiqini Androidə birbaşa yükləsəniz bilməzsiniz. Dalvik istifadə edərək yenidən yığmalısınız."
- 0
- 15 августа 2010, 17:26
- 1
Ultra → Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu


Azərbaycan İT şirkətləri sırasında sistem inteqrasiya sahəsində aparıcı şirkət olan – Ultra şirkəti distribusiya sahəsi üzrə də daim irəliləyişlər etməkdədir. Ultra şirkəti daim innovasiya təqdim etmək üçün yüksək statuslu tərəfdaşlıqlar qurmaqdadır. Şirkət “Oracle Gold Partner” və “Cisco Premier Certification Partner” statuslu tərəfdaşı oldu.
Oracle Gold Partner statusu — Ultra şirkətinin Oracle həllərinin tam satış hüququna malik olmasını bildirir. Bundan başqa, Gold Partner statusu — Oracle həlləri üzrə mütəxəssisləri olan və Oracle həllərin tətbiqini edən şirkətə verilir.
Cisco Permier Certification Partner statusu ilə Ultra şirkəti avtorizə edilmiş Cisco avadanlıqların tətbiqi ilə yanaşı, simsiz şəbəkə və texnologiya təhlükəsizliyinin inteqrasiyasını təmin edəcəkdir.
- +2
- 26 мая 2010, 08:36
- şərh yaz
Azerfon → Teymur Hacıyev “Tərəqqi” medalı ilə təltif olundu
Press-reliz: 23 yanvar 2010-cu il tarixində Rabitə və İnformasiya Nazirliyində informasiya texnologiyaları sahəsində çalışan şəxslərin medal və ordenlərlə mükafatlandırılma mərasimi keçirildi. Təltif olunanların arasında Azerfon MMC-in əməkdaşı — database üzrə baş administratoru — Teymur Hacıyev də var idi. Xatırladaq ki, 14 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya texnologiyaları sahəsində çalışan şəxslərin medal və ordenlərlə mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Teymur Hacıyev Azərbaycanda İKT inkişafı sahəsində məhsuldar fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.
( Ətraflı oxuyun )
- 0
- 27 января 2010, 09:49
- 4
Texnologiya → "Oracle" mütəxəsisi Teymur Hacıyevlə, Weboxu istifadəçiləri üçün kiçik müsahibə

Teymur Hacıyev`in bu çətin sertifikatı almağı barədə blogda . Bu dəfə isə Teymur bəyin özünə bir neçə sualla müraciət etdim. Düzdür elədə qeyri adi suallar deyil, ancaq ağlıma gələn ilk suallar bunlar oldu. Yeni suallar yaransa, yenidən müraciət edərəm.
Həmin suallar və cavablarla sizi tanış edirəm:
( Ətraflı oxuyun )
- 0
- 14 декабря 2009, 13:43
- 4



