Blog: thebayramli → Bloggerin alətləri seriyasından – online və offline alətlər
Offline alətlər – Proqramlar.Total Commander – . Çoxfunksiyalı file explorer, vaxta və enerjiyə qənaət üçün çox əlverişlidir, funksiyalarının və imkanlarının genişliyi ilə əvəzedilməz alətinizə çevriləcəkdir. Qovluq və fayllarla əməliyyatlar, FTP client, mini proqramlar, çoxseriyalı əməliyyatların kompakt həlli və s. kimi imkanları vardır.
FileZilla – . FTP client proqramıdır, pulsuz, rahat və sadədir.
Notepad++ – . Mətn redaktorudur, sadə və çoxfunksiyalı, alternativlərindən sürətli açılandır.
( Ətraflı oxuyun )
- +1
- 18 января 2012, 01:36
- 3
İnternet → Online TV və Radio - Virtual Ekran

qiymətləri ucuzlaşandan bəri sürətli internetin verdiyi üstünlüklərdən adam daha çox istifadə etməyə başlayır. Xüsusi ilə online videolara baxmaq, online TV və radiolara baxmaq çox rahatlaşır. Video deyəndə təbii ki ağıla ilk gələn -dur. Online kinolara filan baxmaq üçün saytı çox faydalı olur. Bir də online olaraq TV və Radiolara baxmaq maraqlı olur. Düzdür, bütün kanalların online versiyası yoxdur. Olanların isə saytlarından baxmaq olur. Ancaq daha rahat hamsını bir yerdə görmək, baxmaq olardı. Belə saytların sayı çox olmasa da var. Məsələn: — uzun müddətdir istifadədir, — bu sayt isə bir müddət əvvəl istifadəyə verilib.
Mən əsasən online TV və Radioları tapdıqca browserdə bookmark edirdim. Sonra ağlımıza gəldi ki, saytlarda belə funksiya olsa pis olmazdı. Ona görə də boş vaxtlarda, işlərdən qalan zamanlarda belə bir sayt düzəltmək pis fikir kimi gəlmədi. Ona görə də — Virtual Ekran adlı saytı düzəltməyə başladıq. Fikir ağlımıza keçən ilin sentyabrında gəlmişdi. Boş zamanlarımızda edərək ancaq indiyə bitirmək alındı. Xüsusən contentin orjinal olmadığına görə qərar verdik ki, müəyyən bir script əsasında qurmaq daha ağıla batandı. Çünki çox əziyyət çəkib scripti qutarana qədər belə, əlavə edəcək content tapmamaq olardı. Ona görə təkcə dizaynı orjinal edib, script əsasında belə bir sayt qurduq. İmkanları da bəsitdir. Daxil olursan, kanal axtarıb baxırsan və ya radio dinləyirsən. Bir də əsas odur ki, üzv olub bookmark listi düzəlmtək imkanı var.
- +4
- 2 мая 2010, 00:17
- 10
DNS Computers → Online alışlara 15% endirim
yeni ilin gəlişi ilə əlaqədar yeni kampaniyaya start verilib. Kampaniya çərçivəsində sayt vasitəsilə alınan bütün mallara 15% endirim tətbiq olunmuşdur. Sifariş olunan mallar Bakı şəhəri ərazisində alıcılara pulsuz çatdırılır. Malın sayt vasitəsilə alışı prosesi kifayət qədər rahatdır. Sifarişin ödənişi mal müştəriyə çatdırıldıqdan sonra həyata keçirilir. Bununla yanaşı, malı kredit yolu ilə də əldə etmək mümkündür. Bunun üçün müştəri DNS Computers-in əməkdaşlıq etdiyi banklardan biri vasitəsilə krediti rəsmiləşdirdikdən sonra sifariş etdiyi malı əldə edə bilər. Yaxın gələcəkdə saytda onlayn ödəmə sistemlərinin də tətbiqi nəzərdə tutulur.
- +3
- 7 декабря 2009, 14:24
- 4
Oxatan →
Internet yoxsa Google?
Günü-gündən inkişaf edən texnologiya adamı təəccübləndirməyə davam edir. Hər yeni məlumat oxuduqca, böyük saytların yeniliklərini gördükcə lap mat qoyur. Bu dəfə izlədiyim bloglardan birində oxuduğum yazı üzərində təhlil edib yazacam.
- 0
- 1 декабря 2009, 20:43
- şərh yaz



