Blog: DrELM →  Offline mobil lüğətlər

Mobil telefonda hər nə qədər şəxsən AzerDict istifadə etsəm də, offline lüğətlər sisteminə ehtiyac var. Sizə Siemens SL45i-dən başlayaraq Android'ə qədər düzəltdiyim lüğətləri paylaşacam. Nəzərə alaraq ki, gələcəkdə ehtiyaca görə lüğət formatı dəyişilə bilinən və ya hər hansı platforma rahat uyğunlaşdırılan (konvertasiya) olması üçün açıq kod olaraq XDXF formatına çevirdim.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 29 февраля 2012, 01:31
  • DrELM
  • 1

Blog: thebayramli →  Bloggerin alətləri seriyasından – online və offline alətlər

Offline alətlər – Proqramlar.

Total Commander – www.ghisler.com/. Çoxfunksiyalı file explorer, vaxta və enerjiyə qənaət üçün çox əlverişlidir, funksiyalarının və imkanlarının genişliyi ilə əvəzedilməz alətinizə çevriləcəkdir. Qovluq və fayllarla əməliyyatlar, FTP client, mini proqramlar, çoxseriyalı əməliyyatların kompakt həlli və s. kimi imkanları vardır.
FileZilla – filezilla-project.org/. FTP client proqramıdır, pulsuz, rahat və sadədir.
Notepad++ – notepad-plus-plus.org/. Mətn redaktorudur, sadə və çoxfunksiyalı, alternativlərindən sürətli açılandır.

( Ətraflı oxuyun )
Paylaş :

Oxatan →  Internet yoxsa Google? başlıq-keçid

Günü-gündən inkişaf edən texnologiya adamı təəccübləndirməyə davam edir. Hər yeni məlumat oxuduqca, böyük saytların yeniliklərini gördükcə lap mat qoyur. Bu dəfə izlədiyim bloglardan birində oxuduğum yazı üzərində təhlil edib yazacam.
Paylaş :