Blog: Reshad_Mirzeyev →  “.az” Milli domain adımızda problemlər


Bildiyimiz kimi 2 gün əvvəl “Технологии будущего” şirkətinin(Hosting.ua) Ukraynanın Odessa şəhərində yerləşən ofisində baş vermiş yanğın nəticəsində 100-lərlə serverə ziyan dəymiş, çoxsaylı provayderlərin fəaliyyətində problemlər yaranmışdır. Azərbaycan saytlarının çoxunun xarici serverlərdə yerləşdiyi sirr deyil. Bu hadisə Azərbaycan saytlarına da təsirsiz qalmadı. Nümunə üçün Netmoney şirkətinin 4 serverinin “Технологии будущего” şirkətindən alındığını göstərmək olar.

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Zamanla ayaqlaşan texnologiya?


NT`nin saytına elədə tez-tez daxil olmuram. Olduqda isə elədə uzun vaxt keçirtmirəm. Ümumiyyətlə isə sayt Rus dilində açılır və elə həmin dildə də istifadə edirəm. Heç Azərbaycan dilinə klikləyib, istifadə etməmişdim. Bu yaxınlarda bir dostumun tövsiyyəsi ilə Azərbaycan versiyasına daxil olanda maraqlı bir paradoksla qarşılaşdım. Son yazılan xəbər 26.09.2005 tarixində idi. Xəbərin başlığı isə Network Technologies zamanla ayaqlaşır idi. Yəniki 5 il əvvəl yenilənən saytın/şirkətin zamanla ayaqlaşması böyük bir paradoksdur. Onsuzda bu sayt .AZ domainlərini qeydiyyata alan saytdır. Yenə Rus dilli versiyada son yenilənmə 2007-ci ildir. Amma Azərbaycan dilli versiyada bu lap 2005-ci ildir. Ümumiyyətlə Texnologiya şirkətinin saytlarının belə gec yenilənməsi yəqinki ancaq Azərbaycanda görünə bilər. Bir şirkətin ki biznesi internet üzərində qurulubdu və həmin şirkət öz biznesinə biganə yanaşırsa bu doğurdan təəccüblüdür. Mənə isə daha çox maraqlı gələn bu paradoks oldu.
Paylaş :
  • 0
  • 18 февраля 2010, 22:25
  • Shaig
  • 9