Nokia → Ebru Gündeş - Nokia Theme

Uzun müddətdir, təqribən üç aya yaxındır tema hazırlamırdım.
Nəhayət dünən ətəyimdəki daşları tökərək yenidən tema hazırlamağa başladım.
Bu da, sonuncu temam «Ebru Gündeş» teması.
Bu gün hazırlayıb bitirdiyim temanı «Exclusive» olaraq «WebOxu.Com» istfadəçiləri üçün təqdim edirəm…
Standart ikonlar tam şəkildə əvəz olunub.
( Ətraflı oxuyun )
- 0
- 1 апреля 2012, 23:48
- şərh yaz
Nokia → Nokia və Microsoftdan yeni əməkdaşlıq

Nokia və Microsoftdan yeni əməkdaşlıq
İki nəhəng şirkət mobil tətbiqləri inkişaf etdirmək üçün əməkdaşlığa başlayır.
Dünyanın sayılı nəhəng şirkətlərindən Microsoft və Nokia mobil tətbiq sayını artırmaq məqsədi ilə əməkdaşlığa girəcəklərini açıqladı. Bu birlik həm Microsoftun Windows Phone həm də Nokianın Symbian və S 40 platformaları üçün ortaq bir iş olacaq. Bu yeni mobil tətbiq inkişaf etdirmə proqramına isə AppCampus adı verilib. May ayında başlayacaq AppCampus proqramı Nokianın vətəni Finlandiyadakı Aalto Universitetində həyata keçiriləcək.
Nokia və Microsoft şirkətlərindən hər biri 3 il boyunca AppCampus üçün 9 milyon avroluq sərmayə qoyacaq. Bundan əlavə Aalto Universiteti boş sahə ilə yanaşı developerlərə həm akademik həm də iş şəbəkələrinə daxilolma təmin edəcək.
P.S: Bu böyük əməkdaşlığın hər iki şirkət üçün də faydalı olacağını düşünürük…
- 0
- 31 марта 2012, 03:06
- şərh yaz
Nokia → Nokia inkişaf etməkdə olan bazarlar üçün xüsusi iki MeeGo (Meltemi) adlı cihaz üzərində işləyir...

Nokianın Gələcək 1 Milyard layihəsinin təməlini Asha ardıcıllığı giriş səviyyəsi telefonlar təşkil edir. Nokia Asha 202, Asha 203, Asha 302, Asha 303 kimi cihazlar S40 əməliyyat sistemi ilə quraşdırılmış gəlir. Ancaq Nokianın Meltemi adı verilən bir proyekt icra etdiyini və bu layihə nəticəsində hazırlanacaq əməliyyat sisteminin Gələcək 1 Milyon daxilində bazara çıxacaq yeni cihazlarda yüklü gələcəyi güman edilir.
( Ətraflı oxuyun )
- +2
- 29 марта 2012, 12:50
- şərh yaz
Nokia → Azəri Günel - Nokia Theme

Bu dəfə sizə, İbrahim Tatlısesin kəşf edərək sənətə gətirdiyi, Azəri Günel mövzusunu təqdim edirəm.
Standart ikonlar Symbian Anna və MeeGo ikonları ilə əvəz olunub.
( Ətraflı oxuyun )
- 0
- 26 марта 2012, 19:44
- şərh yaz
Windows Phone → Nokia Lumia 800 - #unboxing

Novruz ərəfəsində, -nın Azərbaycandakı rəsmi təmsilçisi olan şirkəti Sosial Meidiada aktivliyi ilə seçilənlərə hədiyyələr göndərdi. Çox sağ olsunlar, bu hədiyyələrdən biri də mənə gəlib .
Hətta müşahidələrimə görə, Sosial şəbəkələrdəki fərqli smartfon istifadəçiləri öz platformalarından ayrılıb, əsas telefon olaraq Lumia ilə Windows Phone seçənlər də oldu.
Yanvarın sonunda Azercell-in Mi-Fi cihazı hədiyyəsini unboxing (paketindən çıxarma) . Qərara aldım ki, bunu bir növ ənənə halına salım. Bu tip texnoloji hədiyyələrin unboxingini edim.
( Ətraflı oxuyun )
- +6
- 25 марта 2012, 23:44
- şərh yaz
Nokia → "Nokia" minlərlə işçisini işsiz qoyacaq

«Nokia» minlərlə işçisini işsiz qoyacaq
«Nokia» korporasiyası Finlyandiyanın Salo şəhərində yerləşən mobil telefon istehsalı zavodunda 1000 əməkdaşı işdən azad edəcək.
Həmin şəxslər bu ilin sonunadək işdən azad ediləcəklər.
İxtisar edilən əməkdaşların əksəriyyəti iyun ayının son günlərinə qələr əmək birjasına göndəriləcək. Zavodda qalan işçilər isə Avropa Birliyi ölkələrindəki mobil rabitə operatorları üçün telefon və smartfonların istehsalı ilə məşğul olacaqlar.
«Nokia» yeni baş direktor Stiven Elopun təklif etdiyi köklü restrukturlaşdırma işlərini həyata keçirir. Korporasiya istehsalı tədricən bütünlüklə Asiyaya keçirmək niyyətindədir.
Asiyada işçi qüvə daha ucuz, «Nokia» məhsullarına olan tələbat isə daha çoxdur.
Ötən ilin sonlarında «Nokia» Rumıniyadakı mobil telefon zavodunu bağlamış, 3500 nəfəri işdən çıxartmışdı.
Korporasiya Finlyandiya, Macarıstan və Meksikadakı zavodlarında daha 4 min nəfəri işdən çıxaracaq. Əvəzində «Nokia»nın Malayziya, Tayvan və Çində müəssisələri işə düşəcək.
- 0
- 25 марта 2012, 20:27
- şərh yaz
Nokia → Nokia N9-da Android 4.0.3 işlədən xüsusi versiya yayımlandı [VİDEO]

Nokia N9-da Android 4.0.3 işlədən xüsusi versiya yayımlandı [VİDEO]
Android 4.0 ilə işləyən Nokia N9'un görüntüləri keçən ay internetdə çıxmışdı. Bunun üstündən çox vaxt keçməmişdi ki, Nokia N9'a xüsusi əməliyyat sisteminin qeyri-rəsmi alfa versiyası NITDroid tərəfindən nəşr olundu.
( Ətraflı oxuyun )
- 0
- 25 марта 2012, 16:10
- şərh yaz
Mobitel → 3G Nokia C2-01 ilə PULSUZ danışın!
İndi hamının 3G dəstəkləyən mobil telefonu olsun!
Bahar sevincinizi artırın! Özünüzə və sevdiklərinizə gözəl hədiyyə edin!
Ən sərfəli qiymətə 3G dəstəkləyən Nokia C2-01 telefonu əldə edin və müasir texnologiyanın üstünlüklərindən faydalanın.
Nokia C2-01 – 79 AZN, üstəlik Bakcell nömrəsi HƏDİYYƏ!
Aprelin 1-dən iyunun 30-a kimi həftəsonu danışıqlar PULSUZ! Sadəcə ƏlaCIN və ya DoğmaCIN tariflərindən birinə qoşulun!
Qeyd:
Həftəsonu pulsuz danışıqlar yalnız şəbəkədaxili istiqamətlərdə və satış nöqtəsində və ya diler dükanında ƏlaCIN, yaxud DoğmaCIN tariflərindən birinə qoşulduqda mümkündür.
ƏlaCIN, yaxud DoğmaCIN tarifindən çıxdıqda pulsuz danışıq imkanı deaktivasiya ediləcək.
Əlavə məlumat üçün Bakcell-IM şöbələrinə və bütün rəsmi diler dükanlarına müraciət edə bilərsiniz.
Bahar sevincinizi artırın! Özünüzə və sevdiklərinizə gözəl hədiyyə edin!
Ən sərfəli qiymətə 3G dəstəkləyən Nokia C2-01 telefonu əldə edin və müasir texnologiyanın üstünlüklərindən faydalanın.
Nokia C2-01 – 79 AZN, üstəlik Bakcell nömrəsi HƏDİYYƏ!
Aprelin 1-dən iyunun 30-a kimi həftəsonu danışıqlar PULSUZ! Sadəcə ƏlaCIN və ya DoğmaCIN tariflərindən birinə qoşulun!
Qeyd:
Həftəsonu pulsuz danışıqlar yalnız şəbəkədaxili istiqamətlərdə və satış nöqtəsində və ya diler dükanında ƏlaCIN, yaxud DoğmaCIN tariflərindən birinə qoşulduqda mümkündür.
ƏlaCIN, yaxud DoğmaCIN tarifindən çıxdıqda pulsuz danışıq imkanı deaktivasiya ediləcək.
Əlavə məlumat üçün Bakcell-IM şöbələrinə və bütün rəsmi diler dükanlarına müraciət edə bilərsiniz.
- 0
- 24 марта 2012, 15:53
- şərh yaz
Mobitel → Nokia Lumia sahiblərinə Azercelldən hədiyyə!

2 Mart 2012-ci il tarixindən etibarən Azercellin diler şəbəkəsindən «Nokia Lumia» smartfonlarını alanlara Azercelldən Mobil İnternet trafiki hədiyyə olunur!
Fakturalı Xətt abonentlərinə 3 faktura dövrü ərzində hər faktura dövrü üçün 1 GB həcmində, fakturasız Xətt abonentlərinə 90 gün ərzində 3 GB həcmində Mobil İnternet Azercell tərəfindən pulsuz yüklənəcək.
( Ətraflı oxuyun )
- 0
- 24 марта 2012, 15:51
- şərh yaz
Mobitel → Yüksək mükafata layiq görülmüş Nokia C3...
Nokia Barselonada keçirilmiş Mobil Dünya Konqressində üç mükafatla təltif edilmişdir. Bunlardan biri Nokia C3 modelinin payına düşmüşdür. Nokia C3 modeli GSMA 2012 mərasimində "Ən Yaxşı Xüsusiyyətli telefon" nominasiyasında mükafata layiq görülmüşdür.Bu mərasimdə juri üzvləri Nokia C3-00 modelinin ən çox satılan və ilkin telefon istifadəçilərinin bütün ehtiyaclarını ödəyən bir telefon olduğunu vurğulayıblar.
Nokia C3 modelinə gəldikdə bu telefon S40 platformasında ilk QWERTY klaviaturaya sahib telefondur. 2 mp kamera, 8 Gb yaddaş kartını dəstəkləyərək ən vacib xüsusiyyətləri özündə daşıyır. Model haqqında daha .
Nokia C3 modelinə gəldikdə bu telefon S40 platformasında ilk QWERTY klaviaturaya sahib telefondur. 2 mp kamera, 8 Gb yaddaş kartını dəstəkləyərək ən vacib xüsusiyyətləri özündə daşıyır. Model haqqında daha .
- 0
- 24 марта 2012, 15:45
- şərh yaz



