Android →  Google, Nexus siyasətini dəyişdirir


Google-un Nexus modelləri, yeni Android versiyalarının ilk nəşr olunduğu telefonlar olaraq diqqət çəkirlər. Yeni update-lər ilk olaraq Nexuslara gəlir. Bu telefonlar xüsusilə Android əməliyyat sisteminin xam halını istifadə edirlər.

Google, Nexus modelləri üçün bir istehsalçı seçir və Nexus modelini o istehsalçı çıxardır. Nexus Ona modeli üçün HTC, Nexus S və Galaxy Nexus üçün Samsung ilə razılaşan Google, Wall Street Journal-ın xəbərinə görə Nexus strategiyasını dəyişdirir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: farxadus →  Galaxy Nexus Prime w/ Android 4.0 OS (w/ video)

Bu gün Bakı vaxtı ilə səhər 7-də, Samsung şirkətinin Galaxy ailəsinə daha bir nəhəng qatıldı. Motorolla Razr`dan sonra Google şirkəti ilə birlikdə təqdim edilən Samsung Nexus Prime artıq yeni əməliyyat sistemi olan Android 4.0 Ice Cream Sandwich ilə təqdim edildi. Google və Samsung istehsalı olan bu nəhəng, doğurdanda çox güclüdür. Gəlin daha yaxından tanış olaq. Galaxy Nexus Prime Super AMOLED HD texnologiyalı 1280х720 piksel ölçülü 4,65” düym ekran, iki nüvəli processor 1,2 GHz, 1 Gb əməli yaddaş, 16 və yaxud 32 Gb daxili yaddaş quraşdırılıb. Telefonun displeyi demək olarki bütün en boyu tutub və biraz korpusun içərisinə əyilib.  Telefon 1,3 mpx ön kamera və LED-işıqlandırıcı texnologiyalı 5 mpx arxa kamera ilə təhciz olunub ki, bu da 1080p keyfiyyətli (30 kard/san) çəkilişlər etmək imkanı yaradır.

Eləcədə mobil telefon  Wi-Fi 802.11 a/b/g/n, Bluetooth 3.0 və NFC, LTE şəbəkə texnologiyalarını dəstəkləyir.

      

Telefonun üçün Google saytında bir səhifə ayrılıb: http://www.google.com/nexus/

Telefonun ətraflı xarakteristikası:

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 19 октября 2011, 11:58
  • farxadus
  • 2

Android →  Google/Samsung Nexus Prime-ın təqdimatı təxirə salındı edit#2


Samsung ilə Googlenin birgə çıxaracağı Android nəsilinin yeni üst səviyyəsi telefonu Galaxy Nexusun (Nexus Prime) təqdimatı təxirə salındı.

Əvvəlcədən də məlumat verdiyimiz kimi, model 11 Oktyabr tarixində təşkil ediləcək olan Samsung Mobile Unpacked 2011 fəaliyyəti daxilində tanıdılacaqdı. Google və Samsungdan mövzuyla əlaqədar edilən ortaq açıqlamada təxirə salmanın detallarına dair bir məlumat yoxdur. Deyilən tək şey yeni bir məhsul təqdimatı üçün doğru zaman olmadığıdır.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Google/Samsung Nexus Prime-ın xüsusiyyətləri


Google ilə Samsungun 11 Oktyabrda təşkil edəcəyi eventdə tanıdılacağına qəti gözüylə baxılan Nexus Prime kod adlı yeni nəsil Nexusun texniki göstəriciləri mediada yayımlandı, BGR-in etibarlı mənbələrdən aldığı məlumatlar əsasında tərtib etdiyi məlumatlar aşağıdakı formadadır.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 6 октября 2011, 22:00
  • Weboxu
  • 1

Mobil Texnologiya →  Samsung-dan nəsə "böyük bir şey" gəlir


Dünən Apple-ın tədbiri keçirildi və tədbirdəə hər kəsin gözlədiyi iPhone 5 yox, iPhone 4S tanıdıldı.
Bu ayın 11-ində də Samsung-un Goog eilə birgə tədbiri baş tutacaq. Ehtimal olunur ki, Unpacked adlanan bu tədbirdə də Google və Samsung şərikliyi ilə Nexus Prime tanıdılacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  NEXUS “DocPad” adlı sensor ekranlı planşet hazırlayıb

İlk milli noutbuk brendi olan NEXUS istehlakçıların təlabatlarına uyğun premium planşet hazırlayıb. DocPad planşetləri 11.6” HD Glare sensor ekranlı, İntel PieneView-M N450 prosessorlu, 2GB əməli yaddaş qurğulu olaraq Windows 7 əməliyyat sistemində hazırlanıb. DocPad planşetləri müasir, cəlbedici dizayna malik olaraq sinfinin digər planşetlərindən HDMİ, WiMax kimi texnologiyalarla təchiz olması ilə fərqlənir. DocPad planşetləri həm fərdi istifadə, həm də müasir və premium hədiyyə kimi yararlıdır. Çünki, sözügedən məhsul NEXUS-un A kateqoriyalı sinfinə daxil olaraq özünəməxsus, milli ornamentlərlə dizayn edilmiş qutu-qablaşdırılması vardır. DocPad planşetlərinin qiyməti 599 AZN-dır.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Yeni Google telefonunun adı "Nexus Prime" ola bilər


Deyilənlərə görə Google-un bir sonrakı rəsmi telefonu da Samsungun əlindən çıxa bilər. Google «Nexus Prime» olaraq adlandırılacağı iddia edilən bu telefon Android Ice Cream Sandwich əməliyyat sistemiylə işləyəcək və 720p HD dəstəkli ekrana sahib olacaq. BGR-in qaynaqlarına görə Samsungun çıxaracağı bu super telefonda fiziki düymələr olmayacaq və 1280 x 720 piksel həllolma əmsalı Super AMOLED HD ekran iştirak edəcək.

Digər yandan, telefonun Texas Instrumentin OMAP 4460 prosessorunda olması gözlənilir. 1.5 GHz sürətində işləyən bu cüt nüvəli prosessorun ardıcıl istehsalına 2011-in ikinci yarısında başlanması gözlənilir. Google-un bu telefonu ehtimal edilir ki, 4G LTE şəbəkələrini də dəstəkləyəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google Nexus Tab


Google smartfon dünyasından sonra planşet dünyasına da real oyunçu olaraq daxil olmağa hazırlaşır. Yenə Nexus markasını istifadə etməyi gözlənilir. Ənənəvi olaraq, yenə bir partnyorla — bu dəfəki istehsalçı isə LG-dir.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  NEXUS LCD və LED TV kolleksiyasını yenilədi


Press-reliz: Azərbaycanın ilk və yeganə noutbuk istehsalçı brendi NEXUS 2011-ci il üçün yeniliklərini təqdim etdi. Beləki, şirkətdən aldığımız məlumata əsasən NEXUS ilk olaraq yeni LED texnologiyalı TV-monitorun dizaynlarında yenilik etmişdir. Keçən ilin sonuna kimi ən maksimal 42 düymlü LDC tv-ləri olan NEXUS şirkəti artıq bu ildən 47 düymlü tv-də buraxır. Yeniləşmiş tv kolleksiyası ilə şirkətin rəsmi saytı vasitəsilə tanış ola bilərsiniz.
Paylaş :

Ultra →  NEXUS sosial mediada rəqiblərindən daha aktivdir

İlk Azərbaycan noutbuku kimi 2003-cü ildən fəaliyyət göstərən milli brend NEXUS sosial mediada rəqiblərindən daha aktivdir. Beləki, sosial şəbəkələrdə səhifələrinə daha çox üzv toplayan NEXUS tez-tez müxtəlif aksiyalar etməklə fərqlənir. Yerli brendin məqsədi ictimaiyyətlə əlaqələrini sosial şəbəkə səhifələrində də reallaşdırmaq, istehlakçı irad və təkliflərini nəzərə almaqdır.

Bundan başqa, NEXUS şirkəti sosial blogingə də önəm verir. Şirkət bloqlar vasitəsi ilə məhsulların xüsusiyyətləri barədə texniki və test analiz məlumatlarını yayır. Buna nümunə olaraq "InfoCity" jurnalının TestLab rubrikası üçün NEXUS AİR seriyasından olan noutbukun yoxlanılması və testdən uğurla keçməsini nümunə göstərmək olar.

Şirkət məhsullarının keyfiyyəti, texniki dəstək və s. göstərilən xidmətlərə görə sosial məkanda istehlakçıların minnətdarlığı qeydə alınır. Ancaq bəzi hallarda tutulan iradların səmimiyyəti şübhə yaradır. Məhz buna görə hadisəyə şərh verməkdən qaçınaraq sosial mediada cərəyan edən bəzi məqamların xronoloji vəziyyətini aşağıda qeyd edirik.

( Ətraflı oxuyun )
Paylaş :