Twitter → Twitter yenilənəcək - #newnewtwitter
Twitter-in CEO-su Dick Costolo bir sıra məlumatlar . Bunlar əsasən saytın statistikaları ilə bağlıdır. Dediklərinə görə artıq aktiv Twitter istifadəçiləri 100 milyonu keçib. İstifadəçilərin isə təqribi 40%-i passivdirlər. Aktiv istifadəçilərin 55%-i mobil istifadəçilərdir. Yaxında sayt 17 dildə xidmət göstərəcək. Gündə sayt üzərindən 230 milyon status paylaşılır. Bu ilin əvvəlindən indiyə qədər 110% artım deməkdir.
Bunlardan başqa sayt yaxın zamanda . Şirkətin CEO-su Dick Costolo və mikro blog qurucusu Jack Dorsey etdikləri xüsusi yığıncaqda özlərinin #newnewtwitter dedikləri sistemi qonaqlarına izah etdi.
Costolo və Dorsey önümüzdəki aylardan etibarən Twitteri yeni başdan yaradacaqlarını açıqladı. Yeni sistemdə, artıq hər istifadəçiyə öz maraq sahələriylə əlaqədar reklam tweetləri göndəriləcək.
Bu yenidən yaradılış müddətində interfeys tamamilə dəyişəcək. Yeni interfeysdə istifadəçilər daha praktik və sürətlə saytın xüsusiyyətlərini istifadə edə biləcək.
Bu dəyişikliklər istifadəçilərin bir-birləriylə olan əlaqələrini artıracaq. Yeni sistem haqqında qarşıdakı günlərdə daha ətraflı məlumatlar əldə etmək mümkün olacaq.
- 0
- 9 сентября 2011, 17:08
- 4



