Blog: togrul94 → MultiBoard 1.1

Keçən ay MultiBoard`ın ilk versiyasını yayımlamışdım. Bu dəfə isə MultiBoard 1.1 versiyası haqqında danışacam. Amma əvvəlcə MultiBoard`ı heç tanımayanlar üçün məlumat verim:
Çox vaxt komputerdə yazı yazarkən yazdığımız dildə olmayan hərf və ya simvollardan istifadə etmək lazım gəlir. Bu isə çox vaxt adamı yorur. MultiBoard`ın da missiyası sizə bu işdə kömək etməkdir. Bunun üçün o sizə Qısayol Kombinasiyaları təqdim edir ki, siz onun köməyilə dili dəyişmədən digər hərf və simvollardan da istifadə edəsiniz. Yəni “W” yazmaq istəyən istəsə CTRL+SHİFT+W, istəsə CTRL+WİN+W ya da başqa cür kombinasiyalar düzəldib yaza bilər.
( Ətraflı oxuyun )
- +2
- 26 февраля 2011, 17:47
- 1
Blog: togrul94 → MultiBoard 1.0

Proqram haqqında
MultiBoard`ın komputerində Azərbaycan və İngilis klaviaturalarının hər birindən istifadə edən insanlar üçün çox faydalı olacağını fikirləşirəm. Bir çox Azərbaycan komputer istifadəçiləri azərbaycan dilində mətnləri öz əlifbamızla deyil İngilis əlifbasıyla yazırlar. Bunun başlıca səbəbi işə yazılarda tez-tez Azərbaycan klaviaturasında olmayan bəzi işarələrin yazılmasına ehtiyacın olmasıdır. Məsələn, W, @, $, # və s. işarələrdən istifadə etmək üçün klaviaturanın dilini İngilis dilinə çevirmək lazım olur. MultiBoard Proqramının əsas funksiyası da belə hallarda istifadəçilərn işini asanlaşdırmaqdır. İşarələri daxil etmək qaydasını öyrənmək üçün proqramı yüklədikdən sonra İstifadə Qaydalarını oxuya bilərsiniz.
İnterfeys dili: Azərbaycanca
Platforma: Windows
ScreenShots
( Ətraflı oxuyun )
- +6
- 2 января 2011, 12:31
- 25



