Mobil Texnologiya →  2011-ci ilin mobil təhlili

Mobile Future 2011-ci il üçün mobil təhlil hazırlayıb. Videoda 2011-ci ildə olanlar barədə qısa məlumatlar var:

Facebook Mobilin istifadəsinin bu il 166% artması ilə 350 milyon mobil istifadəçinin olması, günə 103 milyon wireless tweet göndərilməyi, 1 milyard foursquare check-in edilməsi, hər saniyə 26 instagram fotosu, hər 1 milyard mobil app endirilməsi bunlardan bəziləridir.
Paylaş :

Azercell →  Androidli Samsunglar (Galaxy-lər) üçün @Azercell -in kampaniyası


Avqust ayında Androidli HTC-lər ilə kampaniya keçirən Azercell, indi də Androidli Samsunglar üçün kampaniya keçirir. Galaxy ailəsindən olan telefonlar üçün xüsusi güzəştlər tətbiq olunacaq. Bu barədə Azercell-in rəsmi blogunda məlumat verilib:
Nəzərinizə çatdırırıq ki, 04 noyabr 2011-ci il tarixindən etibarən Azercell abunəçiləri üçün Samsung Galaxy Family smartfonları üzrə kampaniya keçiriləcək. “Galaxy family” smartfonlarını əldə edən Fakturalı və Fakturasız Xətt abunəçiləri təqdim edilən 3 güzəştli paketlərdən birini seçərək sərfəli qiymətlə Danışıq vaxtı, SMS və Mobil İnternet xidmətlərindən istifadə edə bilərlər.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 4 ноября 2011, 12:33
  • Weboxu
  • 5

Mobil Texnologiya →  Gələcəyin mobil texnologiyası: HTML5


Mobil əməliyyat sistemlərindəki inkişafların belə sürətli olması, bütün cihazların yeniliklərə tez uyğunlaşmasına təsir edir. İstehsalçıların sürətli bir şəkildə inteqrasiya olmağa çalışdığı texnologiyaların başında HTML 5 gəlir.

Hələ veb dünyasında bir standart olaraq aktiv şəkildə istifadə edilməsə də HTML 5 gələcəkdə bütün brouserlər tərəfindən dəstəklənəcək. Bu məzmunda xüsusilə mobil əməliyyat sistemləri sürətli bir şəkildə bu texnologiyaya inteqrasiya olmağa başladı belə.

( Ətraflı oxuyun )
Paylaş :

Apple →  iPhone Nano proyekti


Applenin mobil cihazlarda istifadə etdiyi əməliyyat sistemi iOS həm interfeys həm də touchscreen performansı olaraq digər əməliyyat sistemlərini kölgədə qoysa da son illərdə mobil bazarın olduqca genişlədiyini görən dünyanın ən böyük axtarış mühərriki Google, açıq qaynaq koduyla təqdim etdiyi Android əməliyyat sistemi, iOSin ən böyük rəqibi oldu. Apple kimi yalnız yüksək seqmentdə ağıllı telefon çıxaran HTC, məhsullarında Android əməliyyat sistemini istifadə edərək cihazlarına dəyər qatır və bu bazarda Applenin ən böyük rəqibi olaraq görünür. Digər tərəfdən Samsung, LG kimi firmalar da yuxarı seqment ilə bərabər orta seqment üçün də telefonlar istehsal edir. Amerika bazarında isə Motorola Androidli smartfonları ilə iPhone üçün başağrısına çevrilir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 12 февраля 2011, 03:53
  • Weboxu
  • 1

Android →  İki ekranlı Android - Sprint Kyocera Echo


Bir müddət əvvəl 3 ekranlı telefon konsepsiyası barədə məlumat yayılmışdı. Bu dəfəki isə konsepsiya deyil, artıq telefonun özüdür.
2 ədəd 3.5 düymlük 800x480 ekrana sahib olan Kyocera Echo, Android 2.2 əməliyyat sistemini istifadə edir. 5 megapiksel kamera və 1 GHz prosessorlu telefon, 199 dollardan iki illik kontraktlı olaraq istifadəçilərə satılacaq. Kontraktsız qiyməti isə hələki bizə məlum deyil.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Ice Cream fərqli olacaq.


Android Ice Cream, Honeycombun bəzi xüsusiyyətlərini smartfonlara gətirəcək.
Daha çox tablet cihazları hədəfləyən Honeycomb (Android 3.0) telefonlarda istifadə edilmir. Google, GRI17 (Ice Cream) əməliyyat sistemi ilə Honeycombun bəzi xüsusiyyətlərini ağıllı telefonlara əks etdirəcəyini açıqladı.

Android telefonları, Android tablet PC-lərə yaxınlaşdıracaq olan bu yeniliklərin detalları hələ müəyyən deyil. Lakin Ice Cream gəldiyində detallar dəqiqləşəcək. Bu ilin sonunda meyvələrini verməsi gözlənilən bu yeniliyi izləməyə davam edəcəyik.
Paylaş :

Mobil Texnologiya →  Android əsaslı 3 ölçülü telefon konsepsiyası


Artıq gerçəyə çevrilərmi çevrilməzmi bilmirik amma 3 ölçülü telefon konsepsiyası qarşılaşdıq. Telefonun əməliyyat sistemi olaraq da təbii ki son zamanların ulduz ƏS-i olan Android nəzərdə tutulub


( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 22 января 2011, 21:45
  • Weboxu
  • 2

Texnologiya →  Samsung-un bükülə bilən Amoled ekranları

Artıq ötən ildən Samsung-un Amoled və Super Amoled modelləri keyfiyyətinə görə müsbət qiymətləndirilirdi. Bu ekranların bükülə bilən modellərinin də istehsalı haqqında eşitmiş, onların demo versiyalarını videolardan da görmüşdük. Həmin ekranları Samsung CES 2011 üçün hazırladı və tədbirdə təqdim etdi. Videoda görüldüyü kimi ekranları ələ alıb bükmək də olur: görünüşə ziyan gəlmir və öz şəffaflığını itirmir. Amoled ekranları Samsungun satış rekordu vuran telefonu Galaxy S-ində ekranında var idi.
Bu texnologiyanın inkişafı ilə birgə, mobil cihazların dizaynlarının da müxtəlif formada dəyişmə ehtimalı yaranır.

Paylaş :

Oxatan →  m.azercell.com - KonturKiller


Bu yaxınlarda Azercell-in mobil versiyasının çıxdığını gördüm. Sayt haqqında ilkin fikrimi twitter-də yazmışdım. Tvitdə də qeyd elədiyim kimi mobilə qəti şəkildə uyğunlaşdırılmayıb. Hətta məndə Galaxy S-in ekranında belə scroll əmələ gəlir. Bilmirəm hansı standartları nəzərə alıblar. Bəlkə də heç touchscreendən test etməyiblər bilmirəm. Mən iPad-da baxa bilmədim düzdü, amma başqa mobil cihazlarda yoxladım və nəticədə tam rahat formada deyildi. Əksərən mobil saytlar tam uyğunlaşdırmada olanda o ekranın enini nəzərə alaraq ona uyğun forma alırlar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 30 декабря 2010, 15:03
  • Shaig
  • 17

Mobil Texnologiya →  Saytların mobil uyğunlaşdırılması - Box.az [photo]

Smartfonların artışı, mobil texnologiyaların və mobil internetin inkişafı, saytların da bu texnologiyaya uyğunlaşdırılmasını tələb edir. Təbii ki, həmişə olduğu kimi yenə də dünya trendlərini geridən izləyirik. Ancaq sevinmək də olarki, ən azından izləyirik.
Heyif ki, Azərbaycanda əsasə köhnə stildə olan wml wap saytları üstündür. Bu texnologiya ilə isə yüksək keyfiyyətli məlumat ötürmək mümkün olmurdu.
Yeni texnologiyaya uyğunlaşdırılmış ilk sayt olaraq mən Azadlıq radiosunun saytını görmüşəm — www.azadliq.mobi/. Bu da xarici təcrübə olduğundan onların mobil saytının yüksək səviyyədə olmağı normal haldır.
İndi isə mail servisi olan Box.az -ın mobil versiyası haqqında məlumat yazacam. Yeni əldə etdiyim məlumata görə, Box.az -ın yaxın zamanda bir sıra yenilikləri işıq üzü görəcəkmiş. Hal-hazırda yeniliklər üzərində iş gedir. Bu yeniliklərdən biri də mobil versiyadır. İndi hələki mobil variantın üzərində ilkin testlər aparılır. Hər nə qədər indi test aparılan variantda dəyişikliklərin olacağı gözlənilsə də mən screenshotları paylaşmaq istədim.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 11 ноября 2010, 18:26
  • Shaig
  • 4