Mobil marketing →  Google mobil reklam bazarının 97%-nə sahibdi


Google, xüsusilə Android əsaslı cihazlardadakı app-larda qarşımıza çıxan pulsuz reklamlı versiya strategiyası ilə hədəfinə çatmış kimi görünür.

( Ətraflı oxuyun )
Paylaş :

Moxito →  moxito.az-da Kredit Kartı ilə ödəmələr qəbul edilir.


Artıq siz moxito.az mobil reklam sistemində balansınızı kredit kartları ilə də artıra bilərsiniz. Bunun üçün Balansınız hissəsində ödəmə vasitəsini «Credit Card» olaraq seçdikdən sonra, VISA, MasterCard və ya Maestro kartlarından biri ilə rahatca balansınıza pul əlavə edə bilərsiniz. Ödəmə sistemi GoldenPay vasitəsi ilə keçirilir.
Paylaş :
  • +3
  • 16 мая 2010, 00:22
  • moxito
  • 8

Google →  AdMob Google`un 3-cü böyük satınalması oldu.

Google, mobil reklam şirkəti AdMob`u 750 milyon dollara satın aldı. Beləcə Google, Mart 2008′de 3.1 milyard dollara aldığı DoubleClick və 2006′da 1.65 milyard dollara aldığı YouTube`dan sonrakı üçüncü ən böyük satın almasını AdMob ilə etmiş oldu. Mobil appilication`lar və mobil saytlara reklam göstərilməsi üzərinə işləyən bir reklam şəbəkəsi olan AdMob, sektorun parlayan ulduzlarından biriydi.
Qeyd edimki AdMob`un Azərbaycandan da istifadəçiləri olduqca çoxdur. Nəzərə alandakı wap/mobil saytlar bizdə üstünlük təşkil edir. AdMob`dan da Azərbaycana müəyyən miqdarda pul gəlirdi.

Digər tərəfdən bildiyimə görə AdMob`da çox işləyən adamlar onun müəyyən dərmə-deşiklərini artıq öyrənmişdilər. Bu sayədə gəlir faizini saytın istifadəçi potensialına uyğun olaraq artırmaq mümkün olurdu. Artıq AdMob Google`un qanadları altına keçdiyindən bu tip halların azalacağını düşünmək mümkündür. Google ads`də çünki belə bir hal yaranan kimi hesab bağlanılır. Hadisələrin inkişafını birgə izləyərik.

P.S. AdMob`un sağ əli Moxito`nun başına :)
Paylaş :
  • +1
  • 10 ноября 2009, 16:57
  • Shaig
  • 4

Moxito →  Moxito.az sistemində reklam yerləşdirmək istəyənlər üçün

moxito.az sistemi işə düşəndən, bir çox reklam yerləşdirmək istəyənlər orda reklamı necə yerləşdirəcəkləri barədə suallarla bizə müraciət edirdilər.

Bu məqsədlə reklam yerləşdirmək üçün təlimat formatında qısa bir təqdimat hazırlayıb sizə təqdim edirik.

Paylaş :
  • +2
  • 7 ноября 2009, 23:08
  • moxito
  • 2

Mobil marketing →  İnternet marketinqin gələcəyi - Mobil marketinqlə sərhədlərin itməsidirmi?

Bu gün internetdə «Mobil marketinq»lə əlaqəli bir video gördüm. Əvvəla onu qeyd edim ki, məlumatın mənbəsinə gedib çıxanda videonun «Turkcell»in rəsmi video blugundan gəldiyini görəndə, Azərbaycandan kənarda markaların interneti necə aktiv istifadə etdiklərini görmək məni bir balaca «qısqandırdı»…
Videonu yerləşdirməzdən əvvəl sürəti videonu rahat izləməyə imkan verməyənlər üçün bir iki cümləlik qısa xülasə edim. Əvvəlcədən deyim ki, video əsasən «Mobil marketinq» barəsində olsa da, söhbət mobil marketinqin gələcəyindən getdiyinə görə sonu internetə gəlib bağlanır. Birdə məlum olur ki, mobil sektorda hər kəs 2013-cü ili gözləyir. Belə ki, «ağıllı cihazlar»ın və 3G sisteminin bazarda geniş vüsət almasından sonra artıq adət etdiyimiz statik reklamlar belə mobil cihazlarin köməkliyi ilə hərəkətli reklamlara çevriləcək. Artıq qəzetlərdəki, jurnallardakı hətta afişalardakı statik reklamlar aktiv informasiya ötürmə gücünə malik olacaq. Məlumatlar telefona ötürüləcək və telefonda audio və ya video formaya çevrilərək, statik reklamlar «canlanacaq». Videodan belə başa düşdüm ki, artıq deyilən texnologiya ümid vəəd edəcək qədər hazırdır.

Video türk dilindədir, amma fikrimcə maraqlananların işinə yarayacaq.
Paylaş :

Oxatan →  Mobil bazarımızda inqilab – Mobile Advertising başlıq-keçid

Yəqin çox internet istifadəçisinə məlumdurki Azərbaycanda internet reklamçılığı demək olarki mövcud deyil. Heç bir online ads sistemimiz yoxdur. Bəzi ölkələrdə hətta bu tip sistemlər bir neçə dənədir. Amma bizim internet bazarında heç biri də yoxdur. (Yumroo`nunkini heç hesaba qatmıram. O formalnı bir şeydir) . Bu tip adds`lərin olması inkişafa böyük kömək edir.
Paylaş :
  • 0
  • 19 октября 2009, 23:50
  • Shaig
  • 1