Facebook →  "Facebook Comment" plugini mobil platformalarda

Facebook-un internet saytları üçün şərh qutusu (Facebook Comment) artıq mobil cihazlarda da istifadə edilə biləcək.

Facebook şərh qutusunu sayta əlavə etmək də çox sadədir. Facebook şərh qutusunu normal veb saytınız aktivləşdirməyiniz kafidir. Şərh qutusu mobil saytlar üçün avtomatik olaraq yüklənəcək.

Facebook-un bu şərh pluginin istifadəsi insanların müəyyən qismi tərəfindən müsbət olaraq qiymətləndirilir. Beləcə istifadəçilərin şərh yazmağını daha asanlaşdırdığı fikri yürüdülür. Həm də şərh olunan mövzular, şərhçinin dostları da gördüyündən mövzu barədə daha çox insanın xəbəri olur. Bir digər qisim insanlar isə bu plugin sayəsində anonim şərh etmək istəyən istifadəçilərin şərhdən yayındığı və beləcə mövzuya olan bütün fikirlərin bildirilmədiyini qeyd edirlər.

Facebook Comment pluginindən istifadə etmək üçün aşağıdakı keçiddən istifadə edin:
https://developers.facebook.com/docs/reference/plugins/comments/
Paylaş :

Mobil Texnologiya →  2011-ci ilin mobil təhlili

Mobile Future 2011-ci il üçün mobil təhlil hazırlayıb. Videoda 2011-ci ildə olanlar barədə qısa məlumatlar var:

Facebook Mobilin istifadəsinin bu il 166% artması ilə 350 milyon mobil istifadəçinin olması, günə 103 milyon wireless tweet göndərilməyi, 1 milyard foursquare check-in edilməsi, hər saniyə 26 instagram fotosu, hər 1 milyard mobil app endirilməsi bunlardan bəziləridir.
Paylaş :

Blog: Antonio →  BlackBerry Milan



Crackberry.com texnobloqu Research in Motion (RIM) Kanada şirkətinin hazırladığı yeni smartfon-slayderin fotosunu əldə edib. Şəkildən aydın olur ki, BlackBerry Milan modeli küncləri dəyirmilənmiş qara korpusla (planshetaPlaybook kimi) və fiziki QWERTY-klaviatura ilə təchiz olunmuşdur.

Ehtimal olunur ki, Milanın displeyinin piksellərinin sıxlığı Apple şirkətinin iPhone 4 (326 dpi) Retina Displayinin sıxlığından yuksək olacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Start-up`lar →  MoBiz.az - Mobil Biznes Portalı

Bu gün Facebook səhifəmdə yeniliklər səhifəsində, bizim sevimli Rəşad Əliyevin yeni statusunu gördüm. O gün yazırdı ki, bəs FirstSteps.az üçün könüllü axtarıram. Bu da statusu:

"İlk Addımlar layihəsinin inkişafı üşün könüllü axtarışında...Tələsin, vaxta az qalıb..." url.az/7rt

Bəs siz fikirləşə bilərsiniz ki, Rəşad özü gözəl proqramçı olduğu halda niyə köməkçi axtarır? Öz bloqunda bu halı belə aydınlıq gətirib:

İlk Addımlar layihəsinin yeni versiyası üzərində çalışıram, bununla əlaqədar digər layihələrin də proqramlaşdırılması üzərində işlədiyim üçün görürəm ki, artıq mənə köməkçi lazımdır.
Ona görə də, İlk Addımlar layihəsinin yeni versiyasını işə salmaq üçün könüllülər axtarışına başlayıram.


Bu günkü statusu isə, təxmini yarım saat bundan əvvəl yazıb. İndi başa düşürəm ki, nəyə görə FirstSteps layihəsini özü proqramlaşdıra bilmir. Hal-hazırda əlində olan wap.xana.az / poni.az / moxito.az və s. layihələri ilə birlikdə yeni bir beta layihə təqdim edir:


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 8 сентября 2011, 22:57
  • farxadus
  • 6

Start-up`lar →  Hansı internet bağlantı tarifinin sərfəli olduğunu Yoxla(.az)

Blogumuzun oxucularına yəqin ki, “Hansı internet provayderi yaxşıdır” sualı veriblər. İnternetdən aktiv istifadə edənlərə, yeni qoşulmaq istəyənlərin ən çox ünvanladığı sualdır. Bütün internet provayderləinin paketlərinə eyni bir resurs üzərindən baxmaq imkanı yox idi. Bu boşluğu nəzərə alaraq belə imkan yaratdıq — Yoxla.az. İdeya olaraq uzun müddətdir üzərində iş gedirdi. Sistem olaraq sayt indi hazır oldu. Ancaq yenə də çatışmamazlıqlar qalacaqdır. Xüsusi ilə, elə bu gündən RİTN-nin tətbiq etdiyi yeni zona kodları səbəbi ilə, yenidən baxış keçirilməli, provayderlərin update-ləri sayəsində biz də sistemdəki məlumatlara yenidən baxmalıyıq.
Xidmətləri almazdan əvvəl yoxlaya biləcəyiniz iki kateqoriya var:
Genişzolaqlı İnternet
Mobil və Simsiz İnternet

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 1 августа 2011, 18:28
  • Shaig
  • 2

Apple →  iPhone Nano proyekti


Applenin mobil cihazlarda istifadə etdiyi əməliyyat sistemi iOS həm interfeys həm də touchscreen performansı olaraq digər əməliyyat sistemlərini kölgədə qoysa da son illərdə mobil bazarın olduqca genişlədiyini görən dünyanın ən böyük axtarış mühərriki Google, açıq qaynaq koduyla təqdim etdiyi Android əməliyyat sistemi, iOSin ən böyük rəqibi oldu. Apple kimi yalnız yüksək seqmentdə ağıllı telefon çıxaran HTC, məhsullarında Android əməliyyat sistemini istifadə edərək cihazlarına dəyər qatır və bu bazarda Applenin ən böyük rəqibi olaraq görünür. Digər tərəfdən Samsung, LG kimi firmalar da yuxarı seqment ilə bərabər orta seqment üçün də telefonlar istehsal edir. Amerika bazarında isə Motorola Androidli smartfonları ilə iPhone üçün başağrısına çevrilir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 12 февраля 2011, 03:53
  • Weboxu
  • 1

Texnologiya →  Samsung-un bükülə bilən Amoled ekranları

Artıq ötən ildən Samsung-un Amoled və Super Amoled modelləri keyfiyyətinə görə müsbət qiymətləndirilirdi. Bu ekranların bükülə bilən modellərinin də istehsalı haqqında eşitmiş, onların demo versiyalarını videolardan da görmüşdük. Həmin ekranları Samsung CES 2011 üçün hazırladı və tədbirdə təqdim etdi. Videoda görüldüyü kimi ekranları ələ alıb bükmək də olur: görünüşə ziyan gəlmir və öz şəffaflığını itirmir. Amoled ekranları Samsungun satış rekordu vuran telefonu Galaxy S-ində ekranında var idi.
Bu texnologiyanın inkişafı ilə birgə, mobil cihazların dizaynlarının da müxtəlif formada dəyişmə ehtimalı yaranır.

Paylaş :

Oxatan →  m.azercell.com - KonturKiller


Bu yaxınlarda Azercell-in mobil versiyasının çıxdığını gördüm. Sayt haqqında ilkin fikrimi twitter-də yazmışdım. Tvitdə də qeyd elədiyim kimi mobilə qəti şəkildə uyğunlaşdırılmayıb. Hətta məndə Galaxy S-in ekranında belə scroll əmələ gəlir. Bilmirəm hansı standartları nəzərə alıblar. Bəlkə də heç touchscreendən test etməyiblər bilmirəm. Mən iPad-da baxa bilmədim düzdü, amma başqa mobil cihazlarda yoxladım və nəticədə tam rahat formada deyildi. Əksərən mobil saytlar tam uyğunlaşdırmada olanda o ekranın enini nəzərə alaraq ona uyğun forma alırlar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 30 декабря 2010, 15:03
  • Shaig
  • 17

Moxito →  Moxito.az-dan mobil sayt sahibləri üçün yenilik...

Moxito.az sistemində mobil sayt sahibləri üçün yeni bir imkan. Artıq mobil saytınızı reklam etmək üçün əlavə xərc çəkməyə bilərsiz. Yeni funksionallığın köməkliyi ilə siz saytınız üçün olan reklam kodunu saytda yerləşdirməklə digərlərinin reklamını edə və qazandığınız kliklərin hesabına öz saytınızı da reklam edə bilərsiz. Bunun üçün moxito.az sistemində reklam yaradarkən reklamın tipini "Kliklərlə idarə edilən" seçmək lazımdır.

moxito

Moxito.az sistemi haqqında: Moxito.az 2009-cu ildə yaranmış və Azərbaycanda ilk mobil reklam platformasıdır. Sistemdə reklam yerləşdirənlər üçün həmçinin GoldenPay, PayPalWebmoney ödəmə sistemləri də qəbul edilir. Məqsədimiz moxito.az-ın təkcə Azərbaycanda deyil, keçmiş MDB, Avropa ölkələrində də aparıcı mobil reklam sistemi olmaqdır.
Paylaş :
  • +1
  • 15 ноября 2010, 11:17
  • moxito
  • 1

Mobil Texnologiya →  Saytların mobil uyğunlaşdırılması - Box.az [photo]

Smartfonların artışı, mobil texnologiyaların və mobil internetin inkişafı, saytların da bu texnologiyaya uyğunlaşdırılmasını tələb edir. Təbii ki, həmişə olduğu kimi yenə də dünya trendlərini geridən izləyirik. Ancaq sevinmək də olarki, ən azından izləyirik.
Heyif ki, Azərbaycanda əsasə köhnə stildə olan wml wap saytları üstündür. Bu texnologiya ilə isə yüksək keyfiyyətli məlumat ötürmək mümkün olmurdu.
Yeni texnologiyaya uyğunlaşdırılmış ilk sayt olaraq mən Azadlıq radiosunun saytını görmüşəm — www.azadliq.mobi/. Bu da xarici təcrübə olduğundan onların mobil saytının yüksək səviyyədə olmağı normal haldır.
İndi isə mail servisi olan Box.az -ın mobil versiyası haqqında məlumat yazacam. Yeni əldə etdiyim məlumata görə, Box.az -ın yaxın zamanda bir sıra yenilikləri işıq üzü görəcəkmiş. Hal-hazırda yeniliklər üzərində iş gedir. Bu yeniliklərdən biri də mobil versiyadır. İndi hələki mobil variantın üzərində ilkin testlər aparılır. Hər nə qədər indi test aparılan variantda dəyişikliklərin olacağı gözlənilsə də mən screenshotları paylaşmaq istədim.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 11 ноября 2010, 18:26
  • Shaig
  • 4