İnternet → Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı hack olunub

Bayaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytının rus dilli versiyasına baxmağım üçün link yolladılar. Saytın versiyasının ikinci xəbəri dərhal diqqət çəkirdi. Hakerlər Nazirliyin saytını sındıraraq Erməni soy qırımı haqqında xəbər əlavə ediblər. Azərbaycan dilli versiyada isə bu xəbər təbii ki yoxdur. Çünki tərcümə eləmək məsələsi var.
Bundan əvvəlki postda informasiya müharibəsində uduzmağımızla bağlı yazmışdım. Bu da ona davam oldu. Böyük ehtimalla idarə panelinə daxil olub rus dilində öz xeyirlərinə xəbər yerləşdiriblər. Dövlətçiliyimizə, ölkəmizə qarşı olan nifrətlərini internetdə də davam etdirirlər. İndi linki, blog yazımda verib onları reklam etmək istəmirəm. Ancaq internetdə ermənilərin blog postlarında rast gəldim. Ümid edirəm tez zamanda problem aradan qaldırılar.

#2. Artıq saytdakı xəbər yığışdırılıb.
- 0
- 24 апреля 2010, 01:58
- 7



