AİF →  Milli Net 2010-da son qeydiyyat günü

Noyabr ayının 20-si, Milli Net internet mükafatında son qeydiyyat günüdür.
Bu yazını yazanda artıq 430 resur təqdim edilmişdi və 300-dən artığı müsabiqədə iştiraka haqq qazanıb.
Gedişat ilə bağlı nominantlar çıxanda blogda daha ətraflı fikirlər olacaq.
Qeydiyyat başa çatdıqdan sonra da, namizədliyini təqdim edən, ancaq qəbul edilməyən saytlara bir neçə gün əlavə möhlət veriləcək ki, onlar çatışmamazlıqlarını aradan qaldırsınlar. Bundan sonra nominantlar elan ediləcək. Nominantların seçilməsi ilə birgə, ikinci səsvermə mərhələsinə keçid olacaq və səsvermə yekunlaşacaq. Qaliblər dekabr ayının əvvəlində keçiriləcək tədbirlə ictimaiyyətə geniş təqdim olunacaq.
Qeyd edək ki, hal-hazırda səsvermənin birinci tutu davam edir. Hər gün müxtəlif sayda, müsabiqəyə buraxılmış saytlar münsiflərin baxışına verilir və qiymətləndirmələr aparılır.
Paylaş :

AİF →  Milli Net 2010-da ilkin səsvermə ayın 10-u, yekun isə 20-si başlayır


Milli Net 2010 — Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesinin başa çatmasına az bir müddət qalıb. Hazırda qeydiyyat davam edir və Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.

Təşkilat Komitəsi bildirir ki, Milli Net 2010 başlanandan indiyədək 2000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 300-dən çox sayt Müsabiqəyə təqdim edilib. Onlardan 200 –dən çoxu Müsabiqəyə qəbul edilib. Hələlik daha çox sayt İnternet xidmətləri, Asudə vaxt, idman və əyləncə, Elm və təhsil, Korporativ saytlar nominasiyaları üzrə qeydiyyatdan keçib.


( Ətraflı oxuyun )
Paylaş :

AİF →  MilliNet 2010 başlayır. #millinet10


MilliNet internet mükafatının bu il ikincisi təşkil olunacaq.
Ötən il, MilliNet 2009 baş tutdu və bir çox yenilikləri gətirdi. Artıq ənənə halını alacaq mükafatın bu il növbətisi — MilliNet 2010 keçiriləcək.
Onu qeyd edim ki, juri üzvlərində yeniliklər var. Ötən il jüridə olanlardan bəziləri bu il iştirak etməyəcək. Yeni jüri üzvlərimiz olacaq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 24 сентября 2010, 15:00
  • Shaig
  • 3