Blog: RMehbaliyev → E-demokratiya, e-nəsil, e-seçkilər... Avropa Gənclər Parlamenti, Krakov
Mart ayında nin Polşanın Krakov şəhərində növbəti regional sessiyasının keçiriləcəyi barəsində elan gördüm. Elanı oxudum və məlum oldu ki, müxtəlif komitələrdəki mövzularda internetin və yeni texnologiyaların tətbiqi diqqət mərkəzindədir. "İnkişaf" komitəsində olan mövzu isə birbaşa in prosesində iştirakı və müasir medianın gənclərin seçkidəki iştirakının artırılmasında necə istifadə oluna biləcəyi barəsində idi və hazırda nin layihə koordinatoru olduğumdan bu cür sosial innovativ ideya ətrafında müzakirələrdə iştirak etmək üçün bu komitədə olmaq qərarını verdim. Komitəmizdə müxtəlif ölkələrdən (Azərbaycan, Türkiyə, Estoniya, Polşa, İsveç, Belarus, Ukrayna, Xorvatiya) iştirakçıların olması müxtəlif ölkələrdəki təcrübələrlə tanış olmağa imkan verirdi. Xüsusən də sahəsində dünyada ilk yerlərdən birini tutan Estoniyadan iştirakçının olması müzakirələri daha da maraqlı etdi. Müzakirələri mövzu ətrafında (E-nəsil üçün e-demokratiya, Avropa gənclərinin seçkilərdə daha aşağı iştirak etməsinə cavab kimi. Müasir media Avropa Birliyində gənclərin seçkilərdə iştirakının artırılmasında necə istifadə oluna bilər?) beyin həmləsi etməklə başladıq, fikirlərimizi 3 qrupa böldük: problemlər, faktlar, həlli yolları.
( Ətraflı oxuyun )
- +2
- 14 мая 2011, 02:21
- 2
Twitter → Ənənəvi medianın Twitter istifadəsi
Twitter rəsmi blogundan micro blog servisindən ənənəvi medianın necə istifadə edilməsi və edənlər ilə bağlı video .
- +1
- 5 мая 2011, 13:20
- şərh yaz
Blog: Antonio → Azercell Telekom “Mediacell” tarifini təqdim edir
Press-Reliz“Mediacell” şəbəkəsindəki abonentlər xeyli güzəştlə danışa bilər
4 mart, 2011, Bakı: Azercell Telekom MMC jurnalistlərin təşəbbüsünə cavab olaraq “Mediacell” tarif paketini istifadəyə verir. Martın 4-dən etibarən işə salınan bu şəbəkə daxilində abonentlər üçün çox sərfəli tariflər tətbiq edilir.
Bu tarif paketi Azərbaycan Respublikasında fəaliyyət göstərən və rəsmi qeydiyyatdan keçmiş qəzet, jurnal, televiziya, radio və internet nəşrlərində işləyən şəxslərə aiddir. “Mediacell” tarif paketi mobil telefondan çox istifadə edən təbəqələrdən biri – jurnalistlərin daha sərfəli danışmasına imkan yaradır. Onlar həm şəbəkəyə daxil olan abonentlərlə, həm də istənilən istiqamətdə etdikləri digər zənglərin qiymətində güzəşt əldə edirlər.
( Ətraflı oxuyun )
4 mart, 2011, Bakı: Azercell Telekom MMC jurnalistlərin təşəbbüsünə cavab olaraq “Mediacell” tarif paketini istifadəyə verir. Martın 4-dən etibarən işə salınan bu şəbəkə daxilində abonentlər üçün çox sərfəli tariflər tətbiq edilir.
Bu tarif paketi Azərbaycan Respublikasında fəaliyyət göstərən və rəsmi qeydiyyatdan keçmiş qəzet, jurnal, televiziya, radio və internet nəşrlərində işləyən şəxslərə aiddir. “Mediacell” tarif paketi mobil telefondan çox istifadə edən təbəqələrdən biri – jurnalistlərin daha sərfəli danışmasına imkan yaradır. Onlar həm şəbəkəyə daxil olan abonentlərlə, həm də istənilən istiqamətdə etdikləri digər zənglərin qiymətində güzəşt əldə edirlər.
( Ətraflı oxuyun )
- 0
- 4 марта 2011, 15:53
- 1
Blog: Zhala_Najafova → Tbilisidə İnternet Televiziyası konfransı 16/29 aprel
adlanan qurum ilə birlikdə Gürcüstanda ilk dəfə İnternet Televiziyası adlanan konfransın keçirilməsinə hazırlaşır. Konfransın 16/29 apreldə baş tutması nəzərdə tutulur.Məqsəd media ilə məşğul olanların, blogerlərin,vlogerlərin, dizayner və developerlərin İnternet Televiziyası haqqında bilik və bacarıqlarını artırmaqdır. Gürcüstan, Böyük Britaniya və Sinqapurdan internet televiziyasını bütün detallarını müzakirə edəcəklər.
( Ətraflı oxuyun )
- +2
- 3 апреля 2010, 18:18
- 4
Google → Ənənəvi media Google`a qarşı...
Google`un getdikcə böyüməsi, intensiv və ektensiv inkişafı istifadəçilərin nə qədər xoşuna gəlsə də, bəzilərinin görünür ki narahatçılığına səbəb olur. Narahat olanlardan biri də Rupert Murdoch olub. Onu dünya ənənəvi medyanın «imperatoru» kimi tanıyır. Belə ki, o ən elitar nəşrlər hesab olunan Wallstreet Journal, Sun, Times`dan başqa 44 qəzet, 30 jurnal, `lə `in də daxil olduğu 32 internet saytı və dünya səviyyəsindəki Fox kanal və studiyalarının da sahibidir.Hamıya məlumdur ki, Google əsas istiqamət olaraq axtarışı götürüb və internetdə olan məlumatları axtarır. Rupert`in fikrncə bu prosesdə heç də müəllif hüquqları tam qorunmur. Bunun üçün də o sahibi olduğu bütün medya orqanlarının saytında Google`un məlumatları indeksləməsinə icazə verməyəcək. Yəni Googleda axtarış etdiyimizdə hətta Fox kanalında yayımlanan teleseriallar barədə belə məlumat tapa bilməyəcəyik. Bu qədər mediya orqanına sahib olan birinin bu qərarı əlbəttə Google üçün məlumat itkisi baxımından böyük zərərə sala bilər.
Bəlkə də Rupert`ın 78 yaşı olduğunu nəzərə alsaq yeni web 2.0 mühitdə belə qəribə bir qərar verməsini başa düşmək olar, amma yenə də fikirləşəndə ki, Google axtarış zamanı saytlara birbaşa keçid verir, onda məlumatı yazan saytların istifadəçi itirdiyini yox hətta qazandığını belə düşünmək olar.
Mənbə:
- 0
- 11 ноября 2009, 23:27
- 1



