Box.az →  Box.az-da məktubların saxlanması üçün yeni sistemə keçid

Bir ilə yaxındır ki biz məktubların saxlanması üçün yeni sistem (mail storage system) üzərində işləyirdik. Nəhayət bu sistem hazırdır və biz istifadəçilərimizi tədricən yeni sistemə keçirməyə başlamışıq. Hazırda bir neçə min istifadəçi bu sistemə keçirilmişdir.

Yeni sistemin əvvəlkindən fərqi nədir?
İlk növbədə sürət və böyümək imkanı. Box.az-da hal-hazırda yüz minlərlə hesab və on milyonlarla məktub saxlanılmaqdadır. Məktubları saxladığımız əvvəlki sistem bu böyük həcmlər üçün hesablanmayıb və bu səbəbdən sürətdə yavaşlamalar müşahidə edilməkdədir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Tural →  Bu gün Elektron poçt xidmətinin yaranma günüdür


İlk e-mail tam 40 il əvvəl bu ayda göndərilmişdi. E-mail internetin də yayılmasıyla insan həyatındakı əhəmiyyətini olduqca artırmış vəziyyətdə. Artıq, əvvəlki kimi məktublar qalmamış hər şey e-mail sayəsində elektronik hala çevrilmişdi. Son zamanlarda sosial şəbəkələrdəki mesajlaşma xüsusiyyətləri e-mailin istifadəsini azaltsa da e-mail hələ əhəmiyyətini qorumaqda.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Hotmail tamamilə yenilənəcək


Microsoft, e-poçt xidməti Hotmail üçün 3 Oktyabr günü New Yorkda bir event təşkil edir. Dəvətnamədən belə görünür ki Microsoft 3 Oktyabr günü tanıdacaqları Hotmail barədə bir xeyli iddialı.

3 Oktyabrda təşkil ediləcək eventin dəvətnaməsində belə yazır: «Hotmail haqqında bildiyiniz hər şeyi unudun. Yalnız bu tarixi unutmayın: 03.10.11 Bazar ertəsi, New York. İndi Hotmailə ikinci dəfə nəzər salma zamanıdı.»

Microsoft-un e-mail xidməti bir zamanlar çox populyar olsa da, xüsusi ilə Gmail-dən çox geridə qalır. Yahoo da mail servisini intensiv yeniləyir. Belə görünür ki, Microsoft yarışda çox geridə qalmaq istəmir.
Paylaş :
  • +1
  • 13 сентября 2011, 00:21
  • Weboxu
  • 2

İnternet →  Azərbaycan müəllimləri rəsmi elektorn poçt ünvanları ilə təchiz olunacaq

Press-reliz: Təhsil Nazirliyi, Microsoft Azərbaycan şirkətinin və Mədəd Azərbaycan təşkilatının birgə layihəsi çərçivəsində “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”çərçivəsində Azərbaycan müəllimləri rəsmi elektorn poçt ünvanları ilə təchiz olunacaqdır. Microsoft Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları teacher.edu.az domen adı altında açılacaqdır. Elektron poçt ünvanları Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyəcəkdir.

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Azərbaycan üzrə ən çox istifadə olunan e-mail servislər [araşdırma, statistika]


Son vaxtlarda internetə qarşıma çıxan, dünya üçün və eləcə də Azərbaycan üçün müxtəlif statistikalarla qarşılaşdım, maraqlı bildiklərimizi də blogdan paylaşdıq. Axır bir neçə gün ərzində isə Facebook-un sosial inboxunu aktiv etməyi ilə demək olar ki, mail bazarında ən iddialı oyunçu oldu. Lakin iddialı demək, hələki lider demək deyil. Onun funksiyası ola bilər ancaq istifadəsinin nə dərəcədə yayılacağı bəlli deyil.
Bəs indi Azərbaycanda mail servislərinin istifadəsində kimlər irəlidədir? Bunun üçün sadə bir araşdırma elədim. Üzv sayı çox olan saytların qeydiyyat mailləri arasında hansı servisin üstünlük təşkil etdiyini yoxlamaq lazım idi. Bunun üçün müvafiq saytlardan bu barədə xahiş elədim və onlardan statistikanı aldım. Araşdırmaya kömək etdikləri üçün hər bir sayta təşəkkür edirəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 1 февраля 2011, 20:59
  • Shaig
  • 27

Blog: Antonio →  @facebook.com mailləri olacaq

«Facebook Titan» kod adlı elektron poçt servisinin fəaliyyət göstərəcək

Dünyanın ən böyk sosial şəbəkəsinin istifadəçiləri bundan sonra «@facebook.com» ilə bitən elektron poçt ünvanı ala biləcəklər. «Facebook» elektron poçtun tam funksionallı veb-formatını hazırlayıb ki, bu da «Google Mail», «Microsoft Hotmail» və «Yahoo! Mail» kimi populyar elektron poçt servislərinə ciddi rəqib olacaq. «Facebook Titan» layihəsi ilə bağlı işlər haqqında ilk dəfə 2010-cu ilin fevralında informasiya yayılıb. Mütəxəssislər hesab edir ki, 500 milyondan çox istifadəçisi olan facebook mailinə axın çox olacaq.

p.s sonda like etməyi unutmayın
Paylaş :

Facebook →  Facebook e-mail servisi verəcək?

Son zamanlarda Facebook adı ətrafında e-mail söhbətləri müxtəlif formalarda davam edirdi. Əsas məsələ GMail-in öz dəstəyini Facebookdan çəkməyi olmuşdu. Google bu məsələni şərh edərkdən qeyd etmişdi ki, biz GMail ilə hər bir məlumatı açırıq, Facebook isə eyni imkanları vermir. Ona görə də dəstəyi dayandırdılar.
Facebook hər nə qədər API və Connect versə də, bu məlumatlar ancaq Facebook daxilində istifadə edilə bilir. Xarici platformalarda API dəstəyi yoxdur.
Bazar ertəsi günü isə Facebook-un növbəti böyük "event" i olacaq. Tədbir 15 noyabr səhər saat 9:30-da San Fransiskoda baş tutacaq. Bu tədbirdə isə Facebook-un nə tanıdacağı hər kəs üçün maraqlıdı. Məşhur texnologiya bloglarından biri olan Techcrunch isə Facebook-un bu tədbirdə e-mail servisini tanıdacağını iddia edir. Facebookda seçdiyini qısa adlar, həm də sizin e-maillərini olacaq. Məsələn username@facebook.com.
Paylaş :
  • +2
  • 12 ноября 2010, 03:01
  • Weboxu
  • 7

Təhlil →  Azərbaycanın e-mail servisləri

Bu gün Facebookda bir statusdan sonra, ağlımda Azərbaycana aid mail servisləri sadalandı. Eşitdiyimə görə informatika dərsi keçilən məktəblərdə də uşaqlara rus mail servisləri nümunə kimi öyrədilən yerlər var imiş. Əsasən də mail.ru. Mən də yadıma düşən Azərbaycan mail servislərini paylaşım dedim.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 20 октября 2010, 17:24
  • Shaig
  • 7

Blog: Emin →  Milli spamerlər

Bu nə dərəcədə qanunidir görəsən…
Hər halda, yəgin vergi ödəmirlər…
Paylaş :
  • +1
  • 27 августа 2010, 18:07
  • Emin
  • 6

Blog: KNYAZ →  Əvvəllər görülməmiş virus

Yaponlar elə bir virus yaratdı ki, kompüterinizə heç bir zərər vermədiyi halda, həyatınızı məhv edə bilər. Bəs bu zərərin xüsusiyyəti nədir?
Qarşımızda, hər zamankindən də təhlükəli, Yapon malı bir virus var: P2P ilə bulaşır, sizə aid tapa bildiyi bütün məlumatları yığır. Xüsusilə internetdə hansı saytlara girdiyiniz etdiyiniz axtarışlardı. Lakin kompüterinizə heç zərər vermir. Tək məqsədi şantaj etməkdir.

Virus, sizə aid bütün məlumatları yığdıqdan sonra bir e-poçt gəlir: Erotik bir məzmunmu axtardınız? Və ya başqa təhlükəli bir element? Əgər, ifadə olunan bank nömrəsinə 10 dollar ödəməsəniz, sizə aid bütün məzmun, şəkillərlə birlikdə bütün tanışlarınıza göndəriləcək. Ən yaxşı ehtimalla utanc yaradacaq, ən pis ehtimalla ayrılıq yaşamaq mümkündir. Məncə çox maraqlı bir virusdur. :)
Paylaş :
  • +2
  • 20 апреля 2010, 10:13
  • KNYAZ
  • 2