Oxatan →  Azercell chat/layır...

Yəqin ki, eşidib bilmiş olarsınız, Azercell növbəti yeniliyini edib(!), mobil saytında chat xidməti açdı. Yox əşşi, nəsə xüsusi SMS-ə alternativ IM servisi filan buraxmayıb. Bildiyimiz chat açıb.
Bu yanaşmanın nədən yarandığı, bu addımın hansı məntiqlə atıldığı qaranlıq qaldı. Chat məsələsiki var, bu əsasən əyləncə seqmenti üçün nəzərdə tutulmuş bir servisdir. Prestiji də belə o qədər yüksək deyil. Hətta artıq bir növ avaraxana statusunu daşıyır. Bir özüm üçün bir daha aydınlaşdırım. Deməli bu m.azercell.com, Azercell.com-un mobil versiyasıdır. Bu Azercell.com isə o boyda böyük, yekə, nəhəng, dinəndə ağız dolusu bazar liderliyindən danışan Azercell Telekomun rəsmi saytıdır. Hansı ki, bu Azercell Telekom da, TeliaSonera-nın şirkətidir (maraqlıdır görən onların xəbəri var?). Yəni korporativ saytdır.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 22 мая 2011, 02:10
  • Shaig
  • 12

Oxatan →  m.azercell.com - KonturKiller


Bu yaxınlarda Azercell-in mobil versiyasının çıxdığını gördüm. Sayt haqqında ilkin fikrimi twitter-də yazmışdım. Tvitdə də qeyd elədiyim kimi mobilə qəti şəkildə uyğunlaşdırılmayıb. Hətta məndə Galaxy S-in ekranında belə scroll əmələ gəlir. Bilmirəm hansı standartları nəzərə alıblar. Bəlkə də heç touchscreendən test etməyiblər bilmirəm. Mən iPad-da baxa bilmədim düzdü, amma başqa mobil cihazlarda yoxladım və nəticədə tam rahat formada deyildi. Əksərən mobil saytlar tam uyğunlaşdırmada olanda o ekranın enini nəzərə alaraq ona uyğun forma alırlar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 30 декабря 2010, 15:03
  • Shaig
  • 17