Texnologiya →  #Bloqosfer 2011-in mətbuat konfransından qeydlər


Bildiyiniz kimi, Bloqosferin 2011-ci il üçün nəzərdə tutulmuş tədbiri sentyabr ayının 2-4-də olacaq. Bununla əlaqədar olaraq Caspian Business Center-də mətbuat konfransı keçirildi.

Konfransı, təşkilatçılar İlqar Mirzə və Azər Nəzərov açdılar. Onlar tədbir barədə ətraflı məlumat verdilər. Qeydiyyat müddətinin 26 avqustda başa çatacağını qeyd etdilər.
Tədbirin gedişatı haqqında da məlumat verən təşkilatçılar qeyd etdilər ki, bu il də ötən ilki kimi yalnız təşkilatçı mövqeyində qalacaqlar. Tədbirin gedişatını iştirakçılar müəyyən edəcək. Onlar tədbirə müəyyən dövlət və biznes strukturlarından nümayəndələr dəvət etdiklərini vurğuladılar. Onlar ötən ilin müzakirə mövzuları və bir il ərzində atılmış addımlar, hazırki vəziyyət barədə təqdimatlar edəcəklər. Hələki əsas olaraq 3 dövlət qurumuna müraciət olunub. Bunlar RİTN, Təhsil Nazirliyi və Dilçilik İnstitutudur. Bu qurumlardan hələ ki, Təhsil nazirliyi konfransda iştirakını təsdiqləyib. Eyni zamanda bu sahəyə marağı olan provayderlərdən, mobil opeartorlardan və internet reklam agentliklərindən də iştirakçılar olacaq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 24 августа 2011, 15:16
  • Weboxu
  • 2