AİF →  AİF rəhbəri, Rabitə və İnformasiya Texnologiyaları nazirinə məktub ünvanlayıb.

AİF rəhbəri Osman Gündüz milli İnternet ünvanların — .az domeninin qeydiyyatının tənzimlənməsindəki ciddi problemlər və onların aradan qaldırılması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova məktub ünvanlayıb.
Məktubda milli internet ünvanların qeydiyyatı sahəsində uzun müddət dən bəri davam edən dözülməz vəziyyətə diqqət yönəldilib. Müraciətdə qanunvericilikdə nəzərdə tutulduğu qaydada tənzimləyici infrastrukturun yaradılmadığı, bu istiqamətdə səylərin göstərilmədiyi, tənzimləmə prosesində əlaqədar qurumların iştirakının təmin edilmədiyi bildirilib. Bütün
bunların nəticəsində isə ölkədə .az domeninin qeydiyyatı prosesində ciddi qüsurların olduğu, şəffaflığın təmin edilmədiyi, inhisarçılığın mövcud olması, sui-istifadə hallarına yol verildiyi, beynəlxalq normalara uyğun online qeydiyyat sisteminin yaradılmadığı bildirilib.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 18 февраля 2010, 17:35
  • Weboxu
  • 2