Blog: yanar →  Milli Şeir Portalında “İlin şairi” seçilir.

Xoş bir xəbərlə Sizinlə paylaşmaq istəyərdik.
2011-ci ilin yekunu kimi Misra.az Şeir Portalında “İlin şairi” müsabiqəsi keçirilir.
“İlin şairi”ni saytın müəllifləri özləri seçirlər və qalibi saytda təşkil olunan səsvermə müəyyən edəcəkdir. İlk üç yeri qazanan müəlliflər üçün hesablarında olan balların nağd pula çevrilməsi və digər hədiyyələr nəzərdə tutulub.

Xatırladırıq ki, şeir yazan və internetə çıxışı olan hər bir şəxs, misra.az saytında qeydiyyatdan keçərək, öz əsərlərini istənilən dildə dərc edə və müsabiqələrdə iştirak edə bilər.

www.misra.az
Paylaş :

Blog: farxadus →  «Mənim qədcetim» müsabiqəsi

Şəkil çəkməyi sevirsiniz, amma şəkillərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq necə, istəyirsiniz? Biz sizə bu işdə məmuniyyətlə kömək edərik! «Mənim qədcetim» fotomüsabiqəsində iştirak edin və Canon şirkətindən əla fotokamera əldə edin! Müsabiqə Canon şirkəti və InfoCity jurnalı tərəfindən keçirilir.

Bizə Canon fotoaparatına əla kompaniya təşkil edəcək, texnologiya sferasına aidiyyaatı olan və tez-tez istifadə etdiyiniz 5 alət təsvir edilmiş şəkil göndərin və əl çatmayan qədcet udmaq imkanı əldə edin.

Müsabiqədə iştirak etmək istəyirsiniz? Fantaziyanızı göstərin! Öz iş stolunuz və yaxud çantanızdakı texniki alətləri çəkib, göndərin. Biz düşünürük ki, sizin qadcetlər özünə Canon fotoaparatı timsalında bir dost axtarır. Bu halda onlara kömək edin! Heç bir məhdudiyyət yoxdur — siz bir şəkildə beş alət birləşdirib real şəkil və yaxud kollaj edib göndərə bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: farxadus →  Yeni müsabiqə! Bu dəfə ActiveCloud fərqləndi!

Nokia N9 telefonunun icmalını edib qurtardıqdan sonra, Dima m. tərəfindən infocity.az saytında yazılan bir xəbəri gördüm. Son vaxtlar müsabiqələrdə iştirakdan çəkinmirəm və əgər bu sahədə biliyim varsa, tez iştirak etməyə can atıram ki, Allah Kərimdi, bəlkə qalib mən olacam? Xəbəri oxuduqdan sonra məlum oldu ki, ActiveCloud hosting xidməti göstərən şirkət tərəfindən web-masterlər üçün müsabiqə təşkil edilib. Web-programing sahəsində biliklərimin çox az olması çox gümanki bu müsabiqəyə qatıla bilməyəcəyimdən söz açır, yalnız iştirak edə bilməsəmdə, web-developer dostlarıma bu haqda xəbər verməyi özümə vacib bildim ki, bir çoxlarının bu haqda informasiyası olsun. Xəbəri əsasən yazıldığı kimi tərcümə edirəm ki, sonra heç bir problem yaşanmasın:

( Ətraflı oxuyun )
Paylaş :

Blog: SYD →  Sosial Yeniliklər Düşərgəsinə ideya verim yoxsa adi iştirakçı kimi müraciət edim?


Sosial Yeniliklər Düşərgəsi (SYD) ilə maraqlananlar bəzən hansı formada iştirak etmək barədə qərar verməkdə çətinlik çəkirlər, ona görə də bu məsələyə aydınlıq gətirmək istəyirik. Saytımızda qeyd etdiyimiz kimi SYD-də iştirakın 2 forması var:

1. İdeya sahibi kimi. Bu formada iştirak üçün olan ərizə formasından da göründüyü kimi xüsusi biliklər tələb olunmur, yetər ki, düşərgəyə verilmək üçün təşkilatçıların verdikləri tələblərə uyğun olan ideya olsun. İdeya sahibləri ideyalarını reallaşdırmaq üçün proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxsə ehtiyacları varsa və özləri də bütün bu işləri görə bilmirlərsə, onda həmin şəxslər ideyalarını düşərgəyə göndərirlər və özlərinə lazım olan komandanı düşərgədə toplayırlar. Qeyd etməliyik ki, bir şəxs istənilən sayda ideya göndərə bilər, lakin bir nəfərin ən çoxu bir ideyası düşərgəyə seçilə bilər.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  “Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları seçilib

Press-reliz: “Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsi bildirir ki, müsabiqədə iştirak edən layihələrin 2-ci mərhələdə qiymətləndirilməsi əsasında Müsabiqənin nominantları seçilib.

Müsabiqədə iştirak edən 601 Layihədən cəmi 98 Layihə Müsabiqənin Nominantı seçilərək mübarizəni davam etdirmək imkanı qazanıblar.

Təşkilat Komitəsinin qərarı ilə ən çox bal toplayan resurslar arasından Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika nominasiyası üzrə 30, İbtidai təhsildə İT-dən istifadə üzrə ən yaxşı metodika nominasiyası üzrə 22, İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli nominasiyası üzrə 32, Müəllimlərin bloqları və Təhsildə İnternet resurslar nominasiyaları üzrə hər birində 7 Nominant yeri müəyyən olunub.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  “Elektron Təhsil” Respublika müsabiqəsində 601 layihə iştirak edir

Press-reliz: Layihələrin qeydiyyat mərhələsi başa çatdı

“Elektron Təhsil” Respublika müsabiqəsində layihələrin qeydiyyatı Qaydalara uyğun olaraq 26 may 2011-ci il tarixdə başa çatıb. Müsabiqəyə ümumi olaraq 788 layihə təqdim olunmuş, onlardan 601-i qeydiyyatdan keçmişdir. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən xəbərə əsasən, iki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla, Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təhsil” müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP və MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  Ultra şirkəti ƏN AKTİV PR XİDMƏTİ nominasiyası üzrə qalib oldu!

52 dövlət, qeyri-kommersiya və biznes strukturunun mətbuat və PR xidmətinin iştirak etdiyi müsabiqədə 9 nominasiya üzrə qalib olanlar arasında Ultra şirkəti də oldu.
Şirkət Distribüsiya sahəsi üzrə 2010-cu ilin ƏN AKTİV PR XİDMƏTİ nominasiyası üzrə qalib oldu. Qeyd edək ki, Ultra şirkətinin marketinq şöbəsi bu müsabiqədə artıq 4 ildir ki, qalib olur. Şirkətin marketinq strategiyası və ictimaiyyətlə əlaqələr istiqamətində görülən işlər ölkə və ölkədən kənar tədbir və müsabiqələrdə layiqincə qiymətləndirilir.

“İlin ən yaxşı PR xidməti” Müsabiqəsi
“İlin ən yaxşı PR-xidməti” müsabiqəsi 2006-cı ildən “Press-reliz Yayım Xidməti” tərəfindən təşkil olunur. Artıq beşinci dəfə keçirilən müsabiqə “Alfa Alliance Group” Kommunikasiya Agentliyinin və “Anadolu Media” şirkətinin dəstəyi ilə keçirilir.

Müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlərin ən fəal və səmərəli fəaliyyəti ilə seçilən PR və mətbuat xidmətlərinin müəyyənləşdirilməsi və PR xidmətlərinin işindəki müsbət təcrübənin yayılmasından ibarətdir.
Paylaş :

Texnologiya →  “Elektron Təhsil” Respublika müsabiqəsinə start verildi

Press-reliz: 11 aprel tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start verildi. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, Azerfon-Vodafone, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqəyə aid bütün məlumatlar www.musabiqe.edu.az internet-səhifəsində yerləşdirilmişdir. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilmişdir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Zhala_Najafova →  II Sosium sosial bloq yazıları müsabiqəsi

“Gənc Bloqçular Şəbəkəsi” layihəsi sosial bloq yazıları müsabiqəsi elan edir. Məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək olan bu müsabiqədə bütün bloqerlər iştirak edə bilər. Yazıları təcrübəli bloqçu və yeni media mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir. Müsabiqənin ümumi mükafat fondu 700 AZN təşkil edir.

Mükafatlar:

I yer 200 AZN
II yer 150 AZN
III yer 100 AZN
IV-VIII həvəsləndirici yerlər hər biri 50 AZN.

Müsabiqəyə 1 oktyabr – 10 dekabr 2010-cu il saat 23:00-a qədər yazılmış bloq yazıları qəbul olunur. Müsabiqəyə istənilən bloqda və ya sosium.com saytında yazılmış və qaydalara cavab verən bütün yazılar təqdim oluna bilər.

Maraqlananlar müsabiqə ilə bağlı bütün suallarınızı yazyay@gmail.com ünvanına yaza bilərlər.

Qeyd etmək istərdik ki, “Gənc Bloqçular Şəbəkəsi” layihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkishaf Agentliyinin (USAID) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir və Gənc Bloqçular Koalisiyası tərəfindən icra olunur.
Paylaş :

Blog: SYD →  Sosial Yeniliklər Düşərgəsi: Tez-tez verilən suallar


Sosial Yeniliklər Düşərgəsi (SYD) nədir?
SYD internetlə bağlı sosial ideyaların düşərgəyə qədər qəbulu, onlar içindən seçilən 4-8 layihənin düşərgədə reallaşdırılması və sonda ən yaxşısının mükafatlandırılması müsabiqəsidir.

SYD kimlər üçündür?
SYD internet və kompüter sahəsində heç bir xüsusi bacarığı olmasa da əla sosial internet layihə ideyası olan istənilən şəxslər, eləcə də proqramçı, veb developer, koder, dizayner, marketoloq, brend mütəxəssisləri, biznes düşüncəli insanlar və bu kateqoriyalara aidiyyəti olan digər şəxslər üçündür.

SYD-yə necə qatılmaq olar?

( Ətraflı oxuyun )
Paylaş :
  • -1
  • 19 августа 2010, 14:29
  • SYD
  • 3