Blog: rashadaliyev →  Azərbaycan mənşəli JScript Beynəlxalq Platformda!


Hamımıza məlumdur ki, FaceBook səhifələrinin açılması kütləvi hal almışdır… Bir çoxları bunu düzgün istiqamətləndirərək bir çox istifadəçiləri ətrafında cəmləşdirməyə (like) nail oldu. Bunun üçün FB-dəki reklamlarından, saytdakı təşviq edici bölmələrdən başqa səhifəmizi «Bəyənin» deyə xüsusi xahişlərdən yəqin ki, bir çoxlarınız bezmiş olarsınız…

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook-un yeni xüsusiyyətləi və "Like"ın alternativi


Facebook, parolunu itirən istifadəçilərə cib telefonuyla parollarını sıfırlamağa imkan yaradan xüsusiyyət planladığını açıqladı.

Facebook komandasından bir mühəndis olan Dan Muriello, xüsusiyyətdən belə bəhs edir: «Parolunuzu unutduğunuzda və ya hesabınız kilidləndiyində, Facebooka geri dönmənizi asanlaşdırmaq istəyirik. Mobil cihazlardan parol sıfırlama funksiyasını sınamaqla məşğuluq.»

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google +1 button

Google sosiallaşma yolunda bir addım da atdı. Bunun üçün +1 düyməsini çıxardı. Bəs bu +1 düyməsi nədir? Mövzu o qədər də sadə deyil. +1 düyməsi Google ilə axtarış etdiyiniz səhifələr içərisində olacaq lakin +1 düyməsini görmək üçün Google hesabınıza daxil olmağınız lazımdır.

Bu düymə bir növ Facebook-un «Like» və ya Twitterin «RT» funksiyasına alternativdir. Etdiyiniz axtarışlarda bu düyməyə basdığınızda +1 verdiyiniz axtarış nəticəsi friendlərin profilində də görünəcək və sizin adınız istifadə edilərək "… bu axtarışa +1 verdi" cümləsi görünəcək.

Techcrunchun screenshotlarına baxılsa profiliniz içərisindəki bir seçim sayəsində, axtarış nəticələndirərinə verdiyiniz +1-ləri profilinizdəki friendslərlə paylaşa bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 31 марта 2011, 14:36
  • Weboxu
  • 2

Facebook →  Rəqəmlərlə Facebook-un son statistikaları



* Dünyada 500 milyon adam aktiv olaraq Facebook istifadə edir.
* Dünyadakı hər 13 insandan 1-i Facebook istifadəçisidi.
* Dünyadakı hər 26 insandan biri hər gün ən az 1 dəfə Facebooka girir.
* 18-34 yaş arasındakı Facebook istifadəçilərinin 48%-i oyanan kimi əvvəlcə Facebooku açır. Və bunların 28%-i yatmadan əvvəl mobil telefonlarından girərək yuxuya gedir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 8 марта 2011, 09:27
  • Weboxu
  • 7

Təhlil →  Twitter üçün sərfəli yol: Google ya Facebook?


Twitterin satılacağı ilə əlaqəli xəbərləri çox oxumağa başladım. Bir müddət əvvəl bu söz-söhbətlər çıxdı, sonra səngimişdi. Almaq istəyən tərəflərdən biri qalır — Google, digəri isə qismən dəyişir. Microsftun tərəfdaşı Facebook. "The Wall Street Journal«da yazılanlara görə təqribi qiymət də 8-10 milyard olacaq. Heç bir rəsmi açıqlama da yoxdur. Sadəcə axırını gözləmək qalır. Belə görünür ki, bu il Twitter əl dəyişdirəcək.
Məncə isə bu sövdələşmədə ideal variant Google-Twitter şərikliyi olardı. Düşünürəm ki, elə bu formada da olar.
Əvvəla Google-un buna ehtiyacı var. Çünki, Facebook getdikcə Google üçün başağrısı olur. İstifadəçilərin Facebookda keçirdiyi müddət daha da artır. Google isə son iki sosial platforma proyektində qəti uğur qazana bilmədi (Wave və Buzz). Bunun özü də onları xeyli geri saldı. Artıq mövcud platformanı almaq daha səmərəli olacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook-un yeni "bəyəniləsi" funksiyaları


Azərbaycanda da olduqca tanınmış şəbəkə olan Facebookda bayaq yenilik müşahidə etdim. Fan olmaq düyməsini Like düyməsi əvəzləyib. Əslinə bunun olacağı haqqında xəbərim var idi. Artıq aktiv edilib. Bunu etməkdə əsas səbəb insanların aktivliyini artırmaqdı. Like — Bəyənmək anlayışı Facebook istifadəçiləri arasında olduqca geniş yayılmış bir anlayışdır. Yəqin ki, bu anlayışdan istifadə edərək, insanları Facebook daxılındə daha aktiv etmək istəyirlər. Digər tərfdən, deyilənə görə Like anlayışını Share anlayışından da fərqləndirmək istəyirlər.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 20 апреля 2010, 00:43
  • Shaig
  • 7