Blog: Antonio →  Azercell-in Baraması yekunlaşdı


Press-Reliz: Qafqaz Universiteti tələbələrinin “Barama” innovasiya mərkəzindəki staj proqramı başa çatıb. Universitetin 10 tələbəsi “Azercell”in bu unikal proqramı çərçivəsində geniş araşdırma aparıblar. Onlar 2 həftə ərzində seçilən mövzu ətrafında iqtisadi-analitik tədqiqat işini yekunlaşdırıblar.

Proqram çərçivəsində tələbələr sorğu keçirilməsi və təhlil aparılması yolu ilə şirkətin qoyduğu sualları cavablandırıblar. Onlar əldə etdikləri nəticələr əsasında şirkət üçün öz tövsiyyələrini hazırlayıblar. Proqram oktyabrın 26-da başa çatıb. İki gün sonra staj proqramında iştirak edən tələbələr araşdırmanın nəticələrini və öz tövsiyyələrini “Azercell Telekom” MMC-nin nümayəndələrinə təqdim ediblər.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 29 октября 2010, 17:01
  • Antonio
  • 3

Blog: SYD →  Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi baş tutdu


Azərbaycanda ilk dəfə Sosial Yeniliklər Düşərgəsinin (SYD) keçiriləcəyi barədə məlumat verilmişdi. Təşkilatçıların bu tədbiri keçirməkdə məqsədi ideya müəlliflərini ideyanın həyata keçirilməsinə yardım edəcək insanlarla, reallaşdırmaq qabiliyyətli insanları ideya müəllifləri ilə görüşdürmək və onların bir komandada işləməsini təmin etməkdir. Daha əvvəllər Böyük Britaniya, Slovakiya, Koreya, Avstraliya, Gürcüstanda keçirilmiş bu düşərgə Azərbaycanda ilk dəfə 18-19 sentyabrda Novxanıda AF Hotel-də keçirildi.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 21 сентября 2010, 23:29
  • SYD
  • 3