Blog: DrELM →  Offline mobil lüğətlər

Mobil telefonda hər nə qədər şəxsən AzerDict istifadə etsəm də, offline lüğətlər sisteminə ehtiyac var. Sizə Siemens SL45i-dən başlayaraq Android'ə qədər düzəltdiyim lüğətləri paylaşacam. Nəzərə alaraq ki, gələcəkdə ehtiyaca görə lüğət formatı dəyişilə bilinən və ya hər hansı platforma rahat uyğunlaşdırılan (konvertasiya) olması üçün açıq kod olaraq XDXF formatına çevirdim.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 29 февраля 2012, 01:31
  • DrELM
  • 1

AzerDict →  AzerDict iOS Tətbiqi

AzerDict lüğətinin iPhone versiyasi artıq hazırdır. Görünüşü və funksionallığı demək olar ki, Android versiyası ilə eynidir. Yani applicationda Azərbaycan-English və əksinə tərcümə bölümü və sözlərin düzgün yazılışını yoxlaya biləcəyiniz orfoqrafiya bölümü mövcuddur. Applicationun necə işlədiyini görmək üçün aşağıdakı videoya baxın.



( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 30 сентября 2011, 11:36
  • Amidos
  • 5

Blog: sektor13 →  öz aramızdı

www.ozaramizdi.com

web2 texnalogiyasından bolca istifadə edilərək hazırlanmış turşməzə lüğət. fikir olaraq türkiyənin məşhur portalı ekşi sözlükdən təsirlənilib…



səhifənin sonunda yazılanlar əyləncəli olduğundan xəbər verir…

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klavyaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, «amerika kəşf» etməyi planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır.hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayınlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abyututürent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın). amma «atam bilər, mən bilərəm» deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik.

heçbir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, remont pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur… burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac yoxdur...olmağın ziyanı yoxdur, fərqi yoxdur. yaz, kim olursan ol yenə yaz! yaz ki, səni görə bilək!
"
Paylaş :

AzerDict →  AzerDict Yeni Onlayn Lüğət Səhifəsinin Açıldığını Elan Edir

Press-reliz: AzerDict Onlayn Azərbaycanca-İngiliscə və İngiliscə-Azərbaycanca lüğəti istifadəyə verdi.
İstanbul, 01.02.2010 – AzerDict Azərbaycanda artan istifadəçi kütləsini və onların xarici saytlara artan marağını nəzərə alaraq internetdə Azərbaycan və İngilis dillərində ən böyük və ən əhatəli ikitərəfli tərcümə xidməti təklif edən onlayn lüğəti yayımladı.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 1 февраля 2010, 19:26
  • Ferhad
  • 7