Bakcell →  Bakcell səs-sədasız manata keçdi

Azercell-dən fərqli olaraq, Bakcell-in konturdan manata keçişi çox səssiz oldu. Ona görə əvvəldən də bu barədə çox məlumat verəsi olmadıq.
Artıq ölkədə bütün operatorlar manatladır. Düşünürəm ki, operatorlar arasında əsl rəqabət bundan sonra başlayacaq. Reklamlarda istifadə edilən sözlərə daha çox diqqət yetirilməli olacaqlar. Yalandan ən sərfəli deməklə «baş aldatmaq» dövrü geridə qalacaq. Ən azından dəqiqənin qəpiklə qarşılığı aydın görünəcək.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 5 мая 2011, 14:49
  • Shaig
  • 9

Mobil Texnologiya →  Azercell vs Nar Mobile - virus fotolar


Son günlərdə deyəsən kontur-manat söhbətindən çox danışası olacağıq. Kontur məsələsi aktual olan vaxt Nar artıq uzun çəkən qış yuxusundan oyanıb, hesablamanının onlarda əvvəldən bəri manat/qəpik məsələsini xatırlatmasından bu yana arada mübarizələr başlayıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 30 апреля 2011, 01:07
  • Shaig
  • 2

Azercell →  Azercell-in yeni tarifləri açıqlandı


Azercell Telekom MMC fəaliyyətində yeni bir mərhələyə qədəm qoydu. Şirkət danışıq haqqının hesablanmasında yeni sistemə keçir. Artıq SimSim abonentlərin danışıqları konturla deyil, manatla hesablanacaq. Qeyd edək ki, Azercell 1998-ci ildə dünyada əvvəlcədən ödəmə və danışıqların konturlarla ölçülməsini tətbiq edən ilk şirkətlərdən olub. Bu sistemin tətbiqi həmin dövrdə zamanın tələbi idi.

Bu gün SimSim abonentləri üçün kontur əvəzinə manat hesablama sisteminə keçid də bir zaman tələbidir. Yeni ödəmə sisteminə keçidin əsas məqsədi milyonlarla abonentin danışıq vaxtı ilə bağlı daha çox məlumat alması və müqayisələr aparmasıdır. Azercell əminliklə bəyan edir ki, yeni sistem abonentlərin cari danışıq vaxtını idarə etməsinə və ona nəzərat etməkdə yardımçı olacaq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 29 апреля 2011, 16:12
  • Weboxu
  • 3

Oxatan →  m.azercell.com - KonturKiller


Bu yaxınlarda Azercell-in mobil versiyasının çıxdığını gördüm. Sayt haqqında ilkin fikrimi twitter-də yazmışdım. Tvitdə də qeyd elədiyim kimi mobilə qəti şəkildə uyğunlaşdırılmayıb. Hətta məndə Galaxy S-in ekranında belə scroll əmələ gəlir. Bilmirəm hansı standartları nəzərə alıblar. Bəlkə də heç touchscreendən test etməyiblər bilmirəm. Mən iPad-da baxa bilmədim düzdü, amma başqa mobil cihazlarda yoxladım və nəticədə tam rahat formada deyildi. Əksərən mobil saytlar tam uyğunlaşdırmada olanda o ekranın enini nəzərə alaraq ona uyğun forma alırlar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 30 декабря 2010, 15:03
  • Shaig
  • 17

Azercell →  Azercell-in Virtual Müştəri Xidməti səhifəsində "Texniki səhv"

Axşamüstü tezbazar SMS göndərmək üçün Azercell-in Webmesaj səhifəsinə daxil oldum. SMS-i göndərəndən sonra, "Ödəmələr" bölməsinə keçdim. Ən sonuncu ödəmə tarixini görəndə, bir az çaşdım. Çünki göstərilən tarixdə mən balansa kontur yükləməmişəm. Ən maraqlısı isə, son ödənilən kontur sayı idi. Şəkildən gördüyünüz kimi, sıfır kontur.

Tənbəllik eləməyib 2002-yə zəng etdim. Operator cavab verdi, bu haqda ona məlumat verdim. «Gözləyin» deyib, hardasa 3 dəqiqəlik fasilədən sonra (arada «siz gözləyirsiz də, hə?» — deyə soruşdu), bu problemin texniki səhv olduğunu, həmin tarixdə balansıma heç bir konturun yüklənmədiyini dedi. İstədim deyəm, narahat olmayın, orda samballı bir ədəd yazılmayıb ki, sıfırdır da :)) Nəysə, operatorla sağollaşdım.
Nədənsə harda belə əcaib «texniki səhv»lər var, Azercell-dən çıxır. Saat 18:30-da onlara məlumat verməyimə baxmayaraq, «texniki səhv» hələ də öz yerində durur. Sonuncu ödəmənin səhv məlumat olduğunu nəzərə alsaq, demək başlıqda yazıldığı kimi, «son üç ödəmələrim barədə məlumat»ı orda görə bilmirəm.
Paylaş :