Mobil Texnologiya →  Mobile OS-lərdə yeniliklər


Amazon webOS-i alır.
Mobil İnternet gedərək daha da çox yayılır. Yayılmağı ilə birgə Texnologiya şirkətlərinin də mobil texnologiyalara yatırımları daha artır.
Hewlett-Packardın radikal bir qərar alaraq bağladığı webOS mobil əməliyyat sistemi, sonunda yoluna davam edə biləcəyi bir tərəfdaş tapdı. VentureBeatın xəbərinə görə Amazon, webOS-in yaradıcısı Palm firmasıyla maraqlanır. Amazon ötən günlərdə təşkil etdiyi mətbuat konfransında Kindle Fire adlı planşetini tanıdaraq bu bazara da daxil olmuşdu. Satın alma əməliyyatı reallaşdığı təqdirdə, Amazondan daha çox planşet görmə ehtimalımız yaranır.

MeeGo proyekti Tizen OS-ə çevrilir

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Amazon-dan Androidli planşet: Kindle Fire


Amazon yeni Android əməliyyat sistemli Kindle Fire adlı planşetini tanıtdı. Bu amazonun cihazlarının hələki ən sonuncusudur. Amazon Kindle barədə blogumuzda ətraflı yazılmışdı.
Yeni cihaz 15 noyabrdan etibarən istifadəyə təqdim ediləcək. Cihazın 1024 x 600 həllolma əmsalı olan, 7 düymülük IPS ekranının parlaq və rəng baxımından zəngin olduğu ifadə edilir. Ayrıca ilk dəfə bir Kindle modelində Gorilla Glass görə bilərik. Hər nə qədər Kindle Fire Android əsaslı bir planşet olsa da, Amazonun bu planşet üzərində etdiyi radikal dəyişikliklər sayəsində Androidin xüsusiyyətləi bir xeyli arxa plana alınmış vəziyyətdədir. Cihazın təməlinin Android 2.3 olduğunu bildirək. Amazon bu planşet üzərində multimedia və e-kitab xidmətlərini, ayrıca Amazon Silk adını verdiyi yeni internet brouserini ön plana çıxarıb. İstifadəçi interfeysinin təməli kitab rəfi şəklində platforma üzərinə quruludur. Burada virtual kitablar, jurnallar, CD-lər və bütün tətbiqlər göstərilə bilir. Ən çox istifadə edilənlər isə ən başda görünür, ayrıca favorit məhsul və tətbiqləri favoritlər rəfinə qoymaq da mümkündür. Digər yandan, Qəzet Dileri, Kitablar, Musiqi, Video, Sənədlər, Tətbiqlər və Web kimi fərqli tablar da interfeysdə mövcuddur.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 29 сентября 2011, 00:25
  • Weboxu
  • 3

Blog: Elliot →  Amazon Kindle haqda fikirlər

Çoxdandır almağı planladığım Amazon Kindle elektron kitab oxuyucusunu nəhayət bu günlərdə ebay vasitəsi ilə əldə etdim. Dostların təəssüratı paylaşmaq istəyini nəzərə alıb bu yazını yazıram. Həm də bu cihaz xeyli sayda tanışlara maraqlı olduğundan əminəm ki maraqlananların ümumi sayı çoxdur. Çünki müasir zamanda çap kitab oxumaq bir az əlverişsiz(tutduğu yer, həcm, daşımaq və.s.) olduğundan gənclərin müəyyən hissəsi elektron oxuyucalara üstünlük verir. Bunların da böyük qismini mobil telefonların oxuyucu proqramları, kiçik qismini də planşet, noutbuk, netbuk, ev kompüterinin müvafiq proqramları təşkil edir. Sadaladıqlarımın hamısı şüa-ekranlı olduğundan və kitab oxuyarkən göz daha diqqətlə ekrana zilləndiyindən gözlərə ziyanlıdır və yorucudur. Ona görə də kitab oxumağın sürəti və birdəfəyə oxuma müddəti adi kitab oxuyarkən olan haldakılardan xeyli geri qalır. Məhz buna görə də artıq qərbdə bir neçə ildir ki gözə demək olar ki zərərsiz olan elektron-kitab oxuyucularının istehsalına başlanılıb. İşin fizikasına çox varmayacam, maraqlananlar «Electronic ink display» yazıb axtarış edə bilərlər.


( Ətraflı oxuyun )
Paylaş :