İnternet → Adobe Muse - kod yazmadan veb sayt

Adobe şirkəti HTML5-in çıxmasından sonra flash texnologiyasının arxa planda qaldığını görüb yeni məhsullar çıxarmağa başlayır. Bu yeni məhsullar da yeni trend HTML5-in xüsusiyyətlərini istifadə edir. Qısa müddət əvvəl flashları HTML5-ə çevirən proqramını istifadəyə vermişdi. Avqustun 15-i isə Muse adında daha başqa bir məhsulun beta versiyasını istifadəyə . Muse kod yazmadan sayt düzəltməyə kömək edən texnologiyadır. Əsasən qrafik dizaynerlər üçün nəzərdə tutulan, onların işini asanlaşdıracaq bir məhsul olaraq təqdim edilir.
Daha əvvəl Dreamweaver ilə veb dizaynerlərin bir nömrəli köməkçisi olan Adobe, bu dəfə kod yazmağa ehtiyac duymadan bir-birindən bənzərsiz veb saytları meydana gətirməyi təmin edən bir vasitə təqdim edir. Muse kod adlı proqramın beta versiyasını istifadəyə verən Adobe, proqramı bir başqa məhsulu olan Adobe Air ilə develop edib. Bu da Muse-un həm PC həm də Mac-larda işləyə bildiyi mənasını verir.
( Ətraflı oxuyun )
- +1
- 18 августа 2011, 04:59
- 2



