Qwerty.az → Bayramınız mübarək !!!
«Nə bayramı?» desəniz. Mənim üçün hər gün bayramdır. Amma bugün məni bir bayram münasibəti ilə daha təbrik ediblər. Bu gün Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı imiş. Odur ki sizin də bayramınızı təbrik edirəm.
Bundan başqa əlimə dəvətnamə tutuşdurdular, hansında ki, əziz peşə bayramımız və İnterntein yaranmasını 40(?!?!?) illiyinə həsr olunmuş tədbirə dəvət olunurdum. Beləliklə bu gün saat 15:00-da Heydər Əliyev adına Respublika sarayında (LOL, KVN-dəki Axundov adına APİ Lenina yadıma düşdü) təbrik olunmağa gedirəm. Başqa dəvət olunanlar varsa, görüşməyə şad olaram.
Bir daha bayramınız mübarək olsun!

- 0
- 5 декабря 2009, 12:43
- şərh yaz
Oxatan →
Internet yoxsa Google?
Günü-gündən inkişaf edən texnologiya adamı təəccübləndirməyə davam edir. Hər yeni məlumat oxuduqca, böyük saytların yeniliklərini gördükcə lap mat qoyur. Bu dəfə izlədiyim bloglardan birində oxuduğum yazı üzərində təhlil edib yazacam.
- 0
- 1 декабря 2009, 20:43
- şərh yaz
İnternet → Osman Gündüz: “Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”
Hal-hazırda Azərbaycanda internet qiymətlərini digər qonşu ölkələrlə müqayisədə formal olaraq normal hesab etmək olar. Bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, 1 meqabit internetin bəlli sürəti Rusiyada hansı qiymətdirsə bizdə də ona yaxınlaşıb. Azərbaycanda internetin keyfiyyəti ilə bağlı problemlər toxunan AİF prezidenti bildirib ki, ölkəmizdə provayderlər tərəfindən təqdim olanunan sürətlə, istifadəçilərin aldığı real sürət arasında kəskin fərq var.( Ətraflı oxuyun )
- 0
- 26 ноября 2009, 23:41
- şərh yaz
İnternet → Dünyadan internet qiymətləri
Azərbaycanda cari ildə internet qiymətləri bir xeyli endi. Əvvəl ilin başlanğıcında sonra isə ilin axırıncı rübündə oldu bu endirimlər. Amma bu endirimlərə baxmayaraq olduqca bahadır yenədə bizdə internet qiymətləri. Neyləmək olar buna da şükür. Bəs dünyada nə yerdədi:
Buradan görsənirki ən ucuz və ən yüksək sürətli internet gündoğan ölkədədir. 61mbps sürət heç 1 dollar nədire, heç yarım dollarada deyil. Bizdə bu qədər ucuz yox heç olmasa Fransadakı kimi olasada yaxşı olardı.

- 27 октября 2009, 12:05
- şərh yaz
Mobil marketing → İnternet marketinqin gələcəyi - Mobil marketinqlə sərhədlərin itməsidirmi?
Bu gün internetdə «Mobil marketinq»lə əlaqəli bir video gördüm. Əvvəla onu qeyd edim ki, məlumatın mənbəsinə gedib çıxanda videonun «Turkcell»in rəsmi video blugundan gəldiyini görəndə, Azərbaycandan kənarda markaların interneti necə aktiv istifadə etdiklərini görmək məni bir balaca «qısqandırdı»…
Videonu yerləşdirməzdən əvvəl sürəti videonu rahat izləməyə imkan verməyənlər üçün bir iki cümləlik qısa xülasə edim. Əvvəlcədən deyim ki, video əsasən «Mobil marketinq» barəsində olsa da, söhbət mobil marketinqin gələcəyindən getdiyinə görə sonu internetə gəlib bağlanır. Birdə məlum olur ki, mobil sektorda hər kəs 2013-cü ili gözləyir. Belə ki, «ağıllı cihazlar»ın və 3G sisteminin bazarda geniş vüsət almasından sonra artıq adət etdiyimiz statik reklamlar belə mobil cihazlarin köməkliyi ilə hərəkətli reklamlara çevriləcək. Artıq qəzetlərdəki, jurnallardakı hətta afişalardakı statik reklamlar aktiv informasiya ötürmə gücünə malik olacaq. Məlumatlar telefona ötürüləcək və telefonda audio və ya video formaya çevrilərək, statik reklamlar «canlanacaq». Videodan belə başa düşdüm ki, artıq deyilən texnologiya ümid vəəd edəcək qədər hazırdır.
Video türk dilindədir, amma fikrimcə maraqlananların işinə yarayacaq.

- 26 октября 2009, 09:15
- şərh yaz
İnternet →
Ermənistan və Azərbaycan - saytlar
Bu yaxınlarda FireFox brozuerimdə işlətdiyim Alexa Sparky Add-on-unun yeni versiyasını yükləyəndən sonra, alexa-nın saytına daxil olub araşdırma aparmaa barədə fikirləşirdim. Axır ki bu gün alexa-ya daxil oldum. İlk olaraq Alexa Sparky-nin yeni əlavə edilmiş maraqlı bir funksiyası barədə qısa bir məlumat verim.
- 0
- 17 октября 2009, 10:06
- 2