Delta Telecom →  Delta Telecom internet qiymətlərini aşağı saldı

Delta-Telecomdan internet istifadəçilərə müjdə!!!

1. Ümumi kanal tutumu 100Mb/s-dən çox olan İSP-lər sentyabrın 1-dən əlavə aldıqları hər 1 Mbps üçün aylıq 50 manat vəsait ödəyəcək.

2. Aksiyada müəssisəyə borcu olmayan provayderlər iştirak edə bilərlər.

3. Delta Telecom tərəfindən keçirilən aksiyanın məqsədi Azərbaycanda Provayderlərin son müştərilərə göstərdiyi internet xidmətinin keyfiyyətini artırmaqdır.

Mənbə:
Paylaş :

Azerfon →  Azerfon-Vodafone 3G şəbəkəsi Quba, Xaçmaz və Lənkərana genişlənir

Press-reliz: 2010-cu ilin avqust ayından etibarən, Azerfon-Vodafone 3G şəbəkəsi Quba, Xaçmaz və Lənkəran şəhərlərində də istifadəyə verilir. Əhatə dairəsinə daxil edilmiş bu üç yeni şəhər ilə, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz və Şəmkirdə, Azerfon-Vodafone-un 3G xidmətləri hazırda Azərbaycanın 11 şəhərində istifadə olunur.

Azerfon şirkətinin İdarə Heyətinin sədri Cüneyt Türktan: «Azerfon-Vodafon-un 3G texnologiyası əsasında təqdim etdiyi xidmətlərə müştərilərin dayanmadan artan marağını nəzərə alaraq, biz bu şəbəkənin əhatə dairəsini Lənkəran, Quba və Xaçmaza da genişləndirməyi qərara aldıq. Biz bilirik ki, Azərbaycanda İnternet istifadəçilərinin sayı xeyli yüksəkdir. Get-gedə, daha çox insanlar 3G xidmətlərini dəstəkləyən telefonlar vasitəsi ilə İnternetdən istifadə edirlər, və məhz bu səbəbdən hazırda Azerfon-Vodafon-un xidmətləri geniş populyarlıq qazanmışdır.”

( Ətraflı oxuyun )
Paylaş :

Blog: sESo →  Yeni browser Mozilla Epic...

Artıq Internet Explorer istifadə edən var ki? Mən şəxsən ətrafımdakı insanlar arasında İE istifadəçisi görmürəm.
Məcburən sadəcə Internet Explorer’ə uyğun sayt yaradan firmaları keçsək, məcbur olunmadığı halda Internet Explorer istifadə edilmir, istifadə edənlərdə Maxthon istifadə edirlər; (Internet Explorer bazalı bir browser).


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 1 августа 2010, 19:54
  • sESo
  • 4

Blog: Zhala_Najafova →  Sosium-sosial bloq yazıları müsabiqəsi

AEGEE-Bakı Avropa Tələbələr Forumu təşklilatı tərəfindən həyata keçirilən “YazYay Məktəbi” çərçivəsində iyun ayında “Sosium” sosial bloq yazıları müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək, onların yazı və yaradıcılıq qabiliyyətlərini artırmaqdır. Müsabiqə açıqdır və bütün blogerlər iştirak edə bilər.

Yazılar müəlliflərin öz bloqlarında və ya www.sosium.com saytında yerləşdirilə bilər. Müsabiqənin münsiflər heyəti yeni media və jurnalistika sahəsində tanınmış şəxslərdən ibarətdir. Yazıların qiymətləndirilməsi zamanı yazılara məhz bloqçuluq tərəfdən düzgün yanaşmağa, işıqlandırılmış məsələnin reallığına

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Zhala_Najafova →  YazYay Məktəbi-Bloqlar haqqında təlim

AEGEE-Bakının Yaz-Yay Məktəbi — Bloq yazmaq istəyən, bloqer olmaq istəyən gənclər, tələbələr və gənc jurnalistlər üçün təlimlər layihəsi davam edir.

Üç günlük təlim ərzində öyrənəcəksiniz:

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Saytların açılmasındakı problemlər ICANN ilə bağlıdır

Dünəndən başlayaraq internet bağlantısında problemlər olmağa başlamışdı. Əslində bu bu məsələ bu gün başlamalı idi. Niyəsə dünəndən başlayıbdı işlər. Səbəb isə ICANN ilə bağlıdır. Bu barədə söhbət bir xeylir müddətdir var idi. Bizim datacenter-dən də bu haqda bir ay əvvəldən xəbərdarlıq eləmişdilər. Deməli məsələ nədən ibarətdir:
Bu gün ICANN, Verisign və ABŞ Hökumətinin başında olduqları bir qrup Domain Name System Security Extensions (DNSSEC) sisteminin ilk mərhələsini işə salmağa başladılar.


( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 5 мая 2010, 12:56
  • Shaig
  • 3

Blog: stop-narkotik →  Narkotiklərə qarşı gənclərin marifləndirilməsi! (stop-narkotik.com)

Salam!
Azərbaycanda hələ birdənədə gənclərin narkotiklərlə bağlı marifləndirilməsi, narkotiklərin və psixantop maddələrin ziyanlılığı barədə heç bir resurs tapmamışam :(

Dedim nə olar, yoxdu, mən birinci yaradaram!

İndidə VordPresdə stop-narkotik.com ünvanında bir bloq tipli sayt yaratmışam (hayıf Netty-ə çatmadım). Gənclərimizi marifləndirmək üçün sizlərdəndə köməklik istəyirəm. Qarşıdan gələn ayda Allah qoysa narkotiklərin ziyanı haqqında məqalələrdə əlavə edəcəyəm. Sadəcə mən təkəm və işçi qrup axtarıram.

Volontyor olaraq mənə kömək etmək istəyənlər olsa admin@stop.narkotik.comyeni-keyat@bk.ru elektron poçtlarına mənə yaza bilərlər! Diqqətiizə görə çoxsağolun.
Paylaş :

Blog: Shaig →  ANS TV`də “Cümə Sevinc Osmanqızı ilə” internet müzakirəsi [yenilənib]

Yenilənib: verlişin video və audio forması əlavə olunubdu.
Əslində bu TV`lərdə hər dəfə internet haqqında verlişlər gedəndə baxıb xeyli əsəbləşirəm. Əcaib fikirlər səsləndirirlər. Həmişə kimin nə günahı var atmaq istəyir internetin üzərinə. Xüsusəndə verlişə başı çıxmayan adamları dəvət edirlər, onlarda elə ağıllarından ilk keçəni deyir. Belə verlişlərə əsasən Osman müəllimi tək dəvət edirdilər qonaq qismində. O da fikri müdafiə etmək üçün azlıqda qalırdı. Bu dəfə də ANS`də internet müzakirəsi olubdu. Qonaqlar birincən başqa hamısı tanış simalardır. Düşünürəm ki, daha yaxşı müdaifə edərlər mövqeyimizi.
(Verlişin video versiyasını çəkən olsa idi əla olardı.)
Verlişin qonaqları:
Osman Gündüz, İlgar Mirzə, Rahid Ələkbərli, Rüfət Gülməmmədov, Emin Hüseynzadə, Rövşən Bağırov

bizimnetci ləqəbli oxucumuza təşəkkürlər. Verlişin video formatını yerləşdiribdi:


telmannsoy ləqəbli oxucu isə səs yazısını yerləşdiribi:


Hər ikisinə təşəkkürlər.


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 3 апреля 2010, 15:34
  • Shaig
  • 19

İnternet →  İnternet NOBEL mükafatına namizəddir


Son 1-2 RSS gündür readeri yaxşı izləyə bilmirdim. Bu gün oturub yüzlərlə başlıqları bir-bir baxım maraqlı olanları oxuyurdum. Birdə qəribə bir başlıqla rastlaşdım. — "The Internet Nominated for Nobel Peace Prize". Keçən il ABŞ prezidenti Barack Obamaya verilən Nobel Sülh Mükafatı üçün bu ilki namizədlər arasında maraqlı bir ad gözə dəyir: İnternet. Bu ad 237 seçim arasından namizəddir. Eyni zamanda 1.4 milyon dollarlıq mükafata da sahib olma şansı var. Nəsə mənə çox qəribə gələn bir qərardır. Bu il deyəsən dünyada internetin çox güclü PR`ını aparmaq niyyətindədilər. Nəzərə alsaq ki, qaliblərin adı 8 Oktyabrda açıqlanacaqdı. Deməli ilin axırına qədər internetin PR`ı gedəcəkdi. Amma əsas məsələlərdən biri bu mükafatı internetin adından kimin qəbul edəcəyidir. Həm pulu, həm də mükafatı. Bunun üçün də bir neçə versiya ola bilər. Ya pul, internetin inkişafı naminə xərclənmək üçün ABŞ hökümətinə, və ya hansısa QHT`ə bağışlanar, ya da bəlkə hansısa internet sahəsində fəaliyyət görən şirkətə ( Google, Yahoo, Facbook və s.) bağışlanar. Düzdür hansısa kommersiya qurumuna bağışlanılması inandırıcı deyil, amma yenə də variant olaraq səsləndirirəm. Əgər seçilsə həqiqətən mənə maraqlıdır ki, bunu kim alar internetin adından.
Paylaş :
  • +1
  • 12 марта 2010, 20:57
  • Shaig
  • 6

AİF →  Azərbaycan İnternet Forumunun açıqlaması

AIF bildirir ki, son günlər bir sıra internet resurslara, xüsusilə də Azadlıq Radiosunun www.azadliq.orgwww.azadliqradiosu.az internet resursuna, www.yahoo.com
www.facebook.com resurslarına ölkə ərazisindən girişlə bağlı ciddi məhdudiyyətlər yaranıb.
Bu günlər ərzində bir sıra provayderlərin istifadəçiləri adı çəkilən resurslardan ümumiyyətlə istifadə edə bilməmişlər və www.azadliq.org resursuna girişlə bağlı problemlər hələ də qalmaqdadır.
6 mart tarixindən etibarən AİF -in mütəxəssisləri və bir sıra ekspertlər tərəfindən baş verən məhdudiyyətlərin mahiyyətinin araşdırılması, problemləri törədən səbəblərin müəyyən edilməsi istiqamətində intensiv işlər aparılmışdır. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən də bir sıra Provayderlər vasitəsilə adı çəkilən resursa girişlə bağlı ciddi əngəllər var. Provayderlərin də bir çoxu ölkə daxilindən bu resurslara girişlə bağlı şəbəkədə müəyyən problemlərin olduğunu, lakin onlar tərəfindən hansısa süni əngəllərin yaradılmadığını qeyd ediblər. Adı çəkilən resursa digər ölkələrin ərazisindən giriş sərbəstdir.

( Ətraflı oxuyun )
Paylaş :