İnternet →  Ən çox istifadə edilən parollar hansıdır?


İnternetdə ən çox istifadə edilən parolların statistikası açıqlanıbdı.
Imperva adlı məlumat təhlükəsizliyi şirkəti, insanların internet üzərində ən sıx istifadə etdikləri şifrə kombinasiyalarını açıqlayıbdı.

32 milyon adam arasında edilən araşdırmada, insanların hələ də «123456» kimi sadə şifrələrdən imtina etmədikləri ortaya çıxdı.

Impervanın etdiyi araşdırmadan çıxan nəticələrə görə, dünyada ən çox istifadə edilən ilk on şifrə bu şəkildədir:

* 123456
* 12345
* 123456789
* Password
* iloveyou
* princess
* rockyou
* 1234567
* 12345678
* abc123
Paylaş :
  • 0
  • 23 января 2010, 20:08
  • Shaig
  • 8

Microsoft →  Almaniya İnternet Explorer`ə YOX deyir!

Çinli hacker`ların, Google hesablarını İnternet Explorerin açığı səbəbiylə ələ keçirməsi, Almaniyanın nüfuzlu mərkəzlərini sərt qərarlar almağa məcbur etdi. Səlahiyyətli nümayəndələr, İnternet Explorerdən uzaq dayanılması mövzusunda vətəndaşları xəbərdar etmək qərarı aldı.

Çin ilə Google arasındakı əlaqələr, hacker skandalının ardından gərginləşmiş və qarşılıqlı bəyanatlarla qopma nöqtəsinə gəlmişdi. Daha sonra Google hesablarının, İnternet Explorer browseririnin bug`ından faydalanaraq sındırıldığı ortaya çıxdı.

Almaniya Federal Rabitə Təhlükəsizliyi Dairəsi, bu inkişaflardan yola çıxaraq, Explorer lazımı bug`ları bağlayana qədər məşhur browserin istifadə edilməməsi yolunda tövsiyə verməyi qərarı aldı. Çinli hacker`ların etdiklərinin, Google qədər Microsoftun da imicinə zərər vurubdur.
Paylaş :
  • 0
  • 17 января 2010, 15:13
  • Shaig
  • 5

Texnologiya →  Google`u hack`ləyən komanda İE6 bug`ından faydalanıb


Əvvəl McAfee sonra da Microsoftdan gələn açıqlamalara görə, Google`un Çindəki mərkəzinə edilən hücumda İnternet Explorer 6 açığından faydalanılıbmış.

Google`a zərbə yenədə ən yaxın rəqibindən gəlib demək olar. Bu dəfə isə istəmədən olubdu bu hadisə.
Googlenin məruz qaldığı və xeyli sinirləndirən hücumun məzmununu araşdıran McAfee mütəxəssisləri sistemdəki zəif halqanı tabıblar: İnternet Explorer 6. Təhlükəsizlik üzrə proqram təminatı şirkətinin ardından Microsoft Təhlükəsizlik Bölümü tərəfindən də təsdiqlənən bu məlumata görə, Google`a hücum edən qrup, İnternet Explorer 6`nın bug`ından faydalanıblar. Ancaq bu bug indiyə qədər təyin edilməyibmiş.

Hücum 3 etapda reallaşıbdı. Hücumun ölçüsü isə təhlükəsizlik sənayesində işləyən şirkətlərin məruz qaldığı ölçülərdə olduğu deyilir. Yenə McAfee`dən gələn bu açıqlamaya görə Google`un yaşadığı hücumun standart metodlarla bilmək qeyri-mümkün imiş. Yəni İE yenə də istifadəçilərinə problem yaradıbdı.
Ətarflı buradan oxuya bilərsiniz.
Paylaş :
  • 0
  • 15 января 2010, 20:03
  • Shaig
  • 8

Qwerty.az →  "Mənəm mənəm" deyən bir İT şirkətin saytı başlıq-keçid

Özümü lap güclü təhlükəsizlik eksperti hesab etmirəm, peşəkar security guru-da bir şey var ki o məndə yoxdur — heçkimə heç vaxt etibar etməmək və hər şeyi yoxlamaq. Lakin web sahəsində heç bir ticari quruma aidiyyatım yoxdur, ona görə bunu və qismən mənim günahıma görə «compromise» edilən resursların mövcudluğunu üzürlü hesab etmək olar. Bu proloqa çox fikir verməyin, əslində sayta baxıb onun security səviyyəsini 5 dəqiqəyə müəyyən edə bilərəm — daha çox bilikdən deyil təcrübədən irəli gəlir.
Paylaş :