Texnologiya → "Naxçıvan Regional innovasiya zonası üçün ən uyğun məkandır"

Press-reliz: Naxçıvan MR informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşan Regional innovasiya zonasının yaradılması üçün ən uyğun məkandır. Bu haqda İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bəyan etdi. Onun sözlərinə görə, Naxçıvan MR-nın geoiqtisadi mövqeyi Azərbaycanın məhz bu regionunda innovasiya zonasının yaradılması üçün müsbət amildir. Bundan əlavə, Naxçıvanda iqtisadi fəallığın stimullaşdırılması Regionların İnkişafı üzrə Dövlət Proqramına tam uyğundur.
F.Kazımov əmindir ki, muxtar respublikanın rəhbərliyi bu təşəbbüsü dəstəkləyəcək, çünki “regional innovasiya zonası” layihəsinin həyata keçirilməsi sərmayələrin cəlb olunmasına, yeni iş yerlərinin açılmasına səbəb olacaq və sözügedən regionda intellektual insani resursların formalaşmasına güclü təkan verəcək. Onun sözlərinə görə, innovasiya zonasının ən dəyərli resursu olan insan “yeni iqtisadiyyat” üçün zəmin yaradır. Ona görə də, innovasiya zonasının yaradılması Naxçıvanda gənc nəslin təhsilə marağın artması üçün stimul olacaq.
F. Kazımov ümid etdi ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi digər variantlarla yanaşı Naxçıvan ərazisində ilk regional innovasiya zonasının yaradılması imkanını da nəzərdən keçirəcək.
- 0
- 1 сентября 2010, 13:34
- şərh yaz



