AzerDict →  AzerDict Sual-Cavab

AzerDict, daha əvvəl də qeyd edildiyi kimi, məqsədlərindən biri olan sosial və kollektiv cəmiyyətin bünövrəsini qoymaq üçün Sual-Cavab (Question & Answers) bölməsini Azərbaycan və İngilis dili olmaq üzərə iki dildə istifadəyə verdi. Bu platformda istifadəçilər Azərbaycan və İngilis dilinə aid onları maraqlandıran sualların cavablarını müvafiq kateqoriyalarda müzakirə və fikir paylaşımı vasitəsilə tapa biləcəklər. Sual-Cavab bölməsi sualın qısa bir müddətdə və sahəsinin mütəxəssisi tərəfindən cavablandırılması üçün xüsusi funksiyalarla təchiz edilmişdir. Eyni zamanda suallara ən yaxşı cavabı verən istifadəçilər xal və reputasiya qazanacaqlar və bu şəkildə bu cəmiyyətin aktiv bir parçası olacaqlar.
Bundan başqa verilən son suallardan və dil sahəsində nələr baş verdiyindən xəbərdar olmaq üçün bölmənin RSS-nə abunə ola bilərsiniz. Sual-Cavab bölməsinə daxil olmaq üçün buraya tıqqıldadın.
Paylaş :
  • +1
  • 12 февраля 2010, 14:48
  • Ferhad
  • 3

AzerDict →  AzerDict Yeni Onlayn Lüğət Səhifəsinin Açıldığını Elan Edir

Press-reliz: AzerDict Onlayn Azərbaycanca-İngiliscə və İngiliscə-Azərbaycanca lüğəti istifadəyə verdi.
İstanbul, 01.02.2010 – AzerDict Azərbaycanda artan istifadəçi kütləsini və onların xarici saytlara artan marağını nəzərə alaraq internetdə Azərbaycan və İngilis dillərində ən böyük və ən əhatəli ikitərəfli tərcümə xidməti təklif edən onlayn lüğəti yayımladı.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 1 февраля 2010, 19:26
  • Ferhad
  • 7