Blog: farxadus →  Windows 8 icmalı

Bu günlərdə Ultra şirkətinin nümayəndələri Malik və Viktoriyaya Nexus AzPad planşetini icmal üçün vermələri üçün xahiş etmişdim. Elə Viktoriya xanım qeyd etmişdi ki, nə vaxt istəsən, planşeti icmal üçün təqdim etməyə hazırıq. Ukraynaya səfər etdiyim üçün bu icmalı sonraya saxlamalı oldum. Qayıtdıqdan sonra, işlədiyim İnfoCity jurnalının redaktoru Dima müəllim Ultra şirkətindən AzPad planşetinin təqdim edildiyini və yeni Windows 8 Beta əməliyyat sistemini yazaraq, icmal etməyimi qeyd etdi. Doğurdan ideya çox xoşuma gəldi və dünən bu icmalı reallaşdıraraq, bu gün sizə icmalı təqdim edirik:

( Ətraflı oxuyun )
Paylaş :

Blog: farxadus →  «Mənim qədcetim» müsabiqəsi

Şəkil çəkməyi sevirsiniz, amma şəkillərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq necə, istəyirsiniz? Biz sizə bu işdə məmuniyyətlə kömək edərik! «Mənim qədcetim» fotomüsabiqəsində iştirak edin və Canon şirkətindən əla fotokamera əldə edin! Müsabiqə Canon şirkəti və InfoCity jurnalı tərəfindən keçirilir.

Bizə Canon fotoaparatına əla kompaniya təşkil edəcək, texnologiya sferasına aidiyyaatı olan və tez-tez istifadə etdiyiniz 5 alət təsvir edilmiş şəkil göndərin və əl çatmayan qədcet udmaq imkanı əldə edin.

Müsabiqədə iştirak etmək istəyirsiniz? Fantaziyanızı göstərin! Öz iş stolunuz və yaxud çantanızdakı texniki alətləri çəkib, göndərin. Biz düşünürük ki, sizin qadcetlər özünə Canon fotoaparatı timsalında bir dost axtarır. Bu halda onlara kömək edin! Heç bir məhdudiyyət yoxdur — siz bir şəkildə beş alət birləşdirib real şəkil və yaxud kollaj edib göndərə bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: farxadus →  Bu qarlı günlərdə 3G olacaq?

Hə, öncə hamınızı ilk qar yağması münasibətilə təbrik edirəm, amma onu da deyim ki, sabahki çirkli yollara hazır olun :) 3G ilə yazdığım keçən postuma qayıtmaq istəyirəm. Hamının bu saat gözlədiyi 3G şəbəkəsinin Azercell və Bakcell mobil operatorlarında ha vaxt aktivləşəcəyi mövzusunda bir daha toxunmaq istəyirəm. Yəqin ki, keçən postumda, Bakcell`in 3G şəbəkəsi olan və «BKCELL» adlandırılan şəbəkəsi haqda söhbət yadınızdadır. Çünki mən 100% əminəm ki, mən Samsung Galaxy telefonunun düzəlişlərində, mobil nömrənin yalnız 3G şəbəkəsində işləməsini seçmişdim, və heç cür bu 3G şəbəkəsi olmadan, düzəlişlər GSM şəbəkəsi ilə dəyişdirilə bilməzdi (onu da deyim ki, düzəlişlərdə yalnız GSM və GSM+3G avtomatik seçilmə variantlarıda var).

( Ətraflı oxuyun )
Paylaş :

Blog: farxadus →  Nokia N9 və MeeGo mobil əməliyyat sisteminin icmalı


Bu günlərdə video icmallara çox qızğın start verilib. Mobitel şirkətinin İnfoCity jurnalında icmal üçün təqdim etdiyi Nokia N9 telefonu bu gün əlimə düşdü. Jurnalın növbəti nəşr olacaq noyabr ayında telefon haqqında + mütəxəssis rəyi olan yazının müəllifi @Punkito`dur. Hətta bu günlərdə @Punkito bu telefonun video icmalını belə etdi. Yalnız icmal rus dilində olduğundan, bir çoxunuzun etirazına səbəb olmuşdu. Budur, sizə Nokia N9 və MeeGo əməliyyat sisteminin Azərbaycan dilində olan icmalını təqdim edirəm:

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 12 октября 2011, 17:32
  • farxadus
  • 5