Ilkaddimlar.com →  Ilkaddimlar.com saytının təqdimatı keçirildi

Bu gün Caspian Plazada ilkaddimlar.com-un təqdimadında iştirak etdim. Yazacaqlarımı təqdimat və videolarla əvəz etmək visual baxımdan oxuyucular üçün daha rahat olar. Sadəcə bir-iki məqama toxunmaq istəyirəm.
Təqdimatda həm Ə.Rəşad çıxış etdi. Proyekt haqqında, onun başlanması və davamiyyət planları haqqında danışdı. Həm də təqdimatın başqa maraqlı cəhəti bir qədər müzakirəyə çevrilməsi oldu. Bir növ ümumi «Brainstorming» aparıldı. Hər kəs müəyyən təkliflər irəli sürdü. Həmin təkliflərdən bir başqasında yeni ideya yarandı. Məncə təqdimatlar həmişə bu şəkildə olsa resursa daha faydalı olardı. Yəni həm rəsmi, həm də səmimi ab-hava.
Təqdimata həm bəzi Universitetlərdən, həm də dövlət orqanlarından insanların iştirakı proyektin gələcəyinə də nikbin baxmağa imkan verir.
Təqdimat slide-ında maraqlı statistikaları da görmək olar. Ümid edirəm rəqəmlərin sonundakı 0-lar daha çox olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 16 декабря 2011, 20:30
  • Shaig
  • 1

Texnologiya →  Distant təhsil və internet [podcast]


Bu gün Azadlıq radiosunda Distant təhsil barədə müzakirələr gedibdi. Təbii ki, bu təhsildə internetin rolu da qaçınılmazdır. Proqramın qonaqları arasında İT sahəsində tanınmış simalardan olan Rəşad Əliyev də var idi. Elə xəbəri də Rəşadın blogundan aldım. Rəşadın qonaq olmasına səbəb isə ilkaddimlar.com saytıdır. Proqramda İT`dən çox söhbət getdiyinə görə məndə paylaşmaq istədim:


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 27 января 2010, 22:39
  • Shaig
  • 2