Apple →  Apple-dan 2010-un son rübünün hesabatı


Apple, 25 dekabr 2010-da nəticələnən 2010-un son rübünün rəqəmlərini veb saytında nəşr etdi. Şirkət, yaxşı rüb keçirdiyini və son rübdə 26.74 milyard dollar gəlir və 6 milyard dollar qazanc əldə etdiyini, əvvəlki ilə görə qazancını 40.9% artırdığını açıqladı.

Rüb boyunca 4.13 milyon Mac satan Apple, iPhone satışlarını keçən ilə görə 86% artıraraq 16.24 milyona çıxarmağı bacardı. Şirkət eyni zamanda 19.45 milyon iPod touch və 7.33 milyon iPad satışı gerçəkləşdirdi. iPod touch satışlarında 7%-lik eniş müşahidə edildi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 19 января 2011, 21:42
  • Weboxu
  • 2

Texnologiya →  Motorola-nın yeni tablet PC-inin reklamı


Tablet PC bazarı böyüdükcə firmalar arasındakı rəqabət də artır. Hətta rəqabət, video reklamlarıyla bir-birinə qarşı söz atmalarına da çevrilə bilər… Motorola, CES 2011-də tanıdacağı yeni tablet PC-inin reklam videosunu yayımladı. Videoda iPad və Galaxy S 'ə də tənqidlər mövcuddur. Xüsusilə iPad üçün edilən tənqid maraqlıdır. Videoda Motorola iPad üçün «yalnızca böyük bir iPhone» deyə şərh edir. Galaxy Tab-ın isə tənqidi daha yumşaqdır: «Android əməliyyat sistemidir, ancaq telefon üçün Androiddir». Motorolanın isə Tablet PC-si Android 3.0 olmağı gözlənilir. Bu versiya xüsusi ilə tabletlər üçün hazırlanır.
Yəqin ki yeni əməliyyat sistemi çıxanda Galaxy Tabların da update-lər mövcud olacaq.
Paylaş :

Texnologiya →  Richard Branson’un ilk iPad jurnalı - Project

Rupert Murdoch-un iPad üçün xüsusi qəzet çıxarma planları var. Belə görünür ki, medianın gələcək üzü, daşına bilən alətlərə sürüşəcək. Tablet PC-lər, mobil telefonlar və s. iPad üçün qəzet hələ hazır olmasa da, başqa bir insan — Richard Branson artıq iPad üçün jurnal hazırlayıb. Yeni jurnal Project adlanır. Project, Apss Store-da pulsuz endirilməyə hazırdır. Ancaq jurnallar isə pullu olacaq. İlk nömrəsi də artıq satışa çıxıb. Qiyməti isə 2.99 dollara. Jurnalın qapağı da videodan ibarətdir.
Azərbaycanda hələki Tablet PC-lər yayğın olmadığına görə bu sahəyə xüsusi diqqət ayırmış saytlar və ya media quruluşları isə yoxdur.
Paylaş :
  • +1
  • 30 ноября 2010, 18:47
  • Weboxu
  • 3

Təhlil →  İnternetdən maraqlı foto müqayisələr [pics]


Arada karikaturalar və ya maraqlı reklamların screenshotlarını paylaşıram.
Bu dəfəki paylaşımda isə əsasən müqayisələr olacaq. Həm yerli həm də xarici məhsulları özündə əks etdirən müqayisələrdir. Baxdıqca həm təəccübləndirir, həmdə təbəssüm yaradır.
Əvvəl yerli müqayisələrdən başlayım. İlk yerdə Azercell`in saytı ilə bir Wordpress theme`idir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 4 марта 2010, 20:43
  • Shaig
  • 17

Apple →  Apple, Tablet PC-ni tanıtdı [video-pic]


Apple nəhayət hər kəsin gözlədiyi Tablet PC`ni təqdim elədi. 27 yanvarda keçirilən Apple eventi zamanı təqdim edilən məhsul artıq bütün texnologiya aləminin müzakirə mövzusudur. Düzü indiyə qədər iSlate olaraq adı keçirdi. Deyilənlərə görə guya belə adlanacaqdı. Ancaq yeni cihazın adı Apple iPad`dir. Bu arada onu da deyim ki, iSlate olsa daha yaxşı olardı.
Cihaz bir növ mobil ilə netbuk arasıdır (nəsə hələ ki qıraqdan mənə oyuncaq kimi gəlir). İndidən bunun üçün app`lar hazırlanmaq yolunda addımlar atılır. iPhone üçün yazılmış app`lar isə iPad üçün istifadəyə yararlı hala gətirilir. Texnologiya dünyasına xeyirli olsun.

Yeri gəlmişkən Çinlilər bunun da bənzərini çıxarıblar.

iPad`ın vedio istifadəsi:

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 28 января 2010, 17:44
  • Shaig
  • 2