Mobil Texnologiya →  “Eurovision” müsabiqəsi ərəfəsində iPhone,iPad və iPodTouch üçün pulsuz Azerbaijan Pages proqramı yaradılmışdır

Press-reliz: Azərbaycanın mobil proqramların hazırlanması üzrə mütəxəssisləri iPhone, iPad və iPodTouch mobil qurğuları üçün nəzərdə tutulan pulsuz Azerbaijan Pages proqramını işləyib hazırlamışlar. Azerbaijan Pages proqramı interaktiv biznes-kataloqu və elektron xəritəni daxil edir, və Azərbaycan, İngilis və Rus dillərində çalışır. Qeyd etmək lazımdır ki, proqram artıq Apple onlyan-mağazasında yerləşdirilmişdir.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  iPad vs Galaxy Tab

Samsung Galaxy Tab 10.1 üçün yeni bir reklam filmi çəkib. Reklamda Apple-ın iPad məhsulu hədəfə alınıb.
Bir vaxtlar Apple-ın PC-ni hədəf alan reklamlarını yada salan bu reklamda, Galaxy Tab-ın sürətinə vurğu edilib.
Reklam filmini izləyə bilərsiniz:
Paylaş :

Google →  Google dizaynını planşetlərə uyğunlaşdırır


Planşetlərdə Google üzərində axtarış etmək əslində çox da çətin sayılmazdı, ancaq Google-un etmiş olduğu yeniliklərlə birlikdə bu cihazlar üzərindəki iş prinsipi daha da asan hala gəldi. Açıqlamaya görə həm iPad həm də Android 3.1+ planşetlərə xüsusi axtarış interfeysində bəzi optimizasiyalar həyata keçirildi. Yeniliyə təkcə barmaqla daha rahat işləmək deyil, həmdə sürətli işləmə daxildir.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Skype iPad üçün app. hazırlayır

iPad-lardan telefon kimi istifadə etmək istəyənlərin köməyinə Skype çatacaq. Şirkətin yayımladığı təqdimat videosu iPad üçün hazırlanmış Skype app-nın hazırlanacağını işarə edir. Əslində istəmədən nəşr olunduğu düşünülən bu təqdimat videosu iPad üçün hazırlanmış, iPad 2′lərde video görüşmələrinə icazə verən əskiksiz bir VoIP tətbiqinin gəlişini ortaya qoyur.

Yazılanlara görə iPhone app-dakı bir çox xüsusiyyət iPad tətbiqinə də daşınıb. Çox təəssüf ki, fayl paylaşması kimi müxtəlif masaüstü versiya xüsusiyyətləri iPad app-da olmayacaq.
Paylaş :

Apple →  Apple 1 trilyona doğru


Apple-ın 1 trilyon dollara çatan ilk şirkət olma ehtimalı çox yüksəkdir.
Formula Capital-dan James Altucher, Businnes, Businnes Insider ilə etdiyi reportajda; inanılmaz sürətli və balanslı bir inkişaf sərgiləyən Apple-ın 1 trilyon dollarlıq ilk şirkət olacağını söylədi.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  iPad-ın istehsalı Çindən Braziliyaya keçə bilər.


iPad-ın istehsalçısı olan Foxconn, iPad istehsalına yeni açacağı Braziliya fabrikində davam etmə planları qurur.

Braziliya Dövlət Başçısı Dilma Rousseff, etdiyi açıqlamada, Foxconnun Braziliyaya etməyi planladığı sərmayənin məbləğinin 12 milyard dollara çata biləcəyini söylədi. Rousseff, hökumətinin, şirkətlə müxtəlif variantları müzakirə etdiyini, sərmayə mövzusunda 5-6 il müddətində 300 ilə 400 milyon dollardan 12 milyard dollara uzanan çox müxtəlif imkanlar olduğunu ifadə etdi.

( Ətraflı oxuyun )
Paylaş :

Apple →  iPad2-nin ilkin görüntüləri


iPad sevərlərin maraqla gözlədiyi, önümüzdəki həftə içində tanıdılacağı gözlənilən iPad 2-nin ilkin görüntüləri mediada göründü.

Yüksək ekran dəqiqliyinə sahib olacaq iPad 2-də iPhone 4-də olan «Retina Display» xüsusiyyətinin olması gözlənilir. Qabaqda və arxada olmaq üzrə 2 kamerası olmağı, iPod 4-də olan «Face Time» xüsusiyyətinin iPad 2-də də olacağına işarədir. USB dəstəyinin olacağı və 128 GB yaddaşının olacağı, ən çox danışılanlar arasındadır.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  iPad qəzeti təxirə salındı


News Corp. tərəfindən hazırlanan və yalnız iPaddan oxuna biləcək qəzet «The Daily»in çıxışı təxirə salındı.

Bir müddət əvvəl xəbər verilidi ki, Apple CEO-su Steve Jobs və News Corp.-un qurucusu Rupert Murdochun 19 Yanvar günü ediləcək bir təqdimat gecəsiylə iPad qəzeti olan «The Daily»ni tanıdacaq. Ancaq işlər çatdırıla bilinmədi və axsaqlıqlar meydana gəldi. Beləcə təqdimat təxirə salındı

19 Yanvarda çıxmağı gözlənilən virtual qəzetin ən yaxşı ehtimalla bu ayın sonunda çıxacağı, digər bir ehtimalla isə Fevralı gözləmək lazım olduğu deyilir. Hələ Apple və ya News Corp. cəbhəsindən bir açıqlama edilməyib ancaq gecikmənin səbəbi olaraq iTunesdə abunəlik ilə əlaqədar uyğunlaşdırmanın çatdırılmadığı deyilir…

Başqa tərəfdən isə bilindiyi kimi 19 Yanvardan əvvəl Steve jobsun sağlamlıq problemləri səbəbiylə Apple CEO-luğunu qısa müddətli təhvil verməsinin də işləri gecikdirmiş ola biləcəyi və təqdimata təsir etmiş ola biləcəyi deyilir.
Paylaş :

Apple →  Apple 10 milyarda çatdı


Apple ötən günlərdə App Storenin download sayının 10 milyarda yaxınlaşdığını, 10 milyardıncı downloadı edənə 10.000 dollar mükafat verəcəyini xəbər vermişdi.

İndi isə Apple, 22 Yanvar 2011 etibarilə App Storenin 10 milyardıncı downloada çatdığını bildirdi. Oktyabr 2009 etibarilə 2 milyarda çatan App Store download sayı, Yanvar 2010-da 3 milyarda çatmışdı. App Store-un uğuru hələ də artan sürətlə davam edir.

App Store-un 2011-in sonuna qədər 20 milyard səddini keçməyi gözlənilir. 10.000 dollarlıq iTunes hədiyyə çekini kimin qazandığına dair məlumat isə hələ verilmədi.
Paylaş :

Apple →  Apple-dan 2010-un son rübünün hesabatı


Apple, 25 dekabr 2010-da nəticələnən 2010-un son rübünün rəqəmlərini veb saytında nəşr etdi. Şirkət, yaxşı rüb keçirdiyini və son rübdə 26.74 milyard dollar gəlir və 6 milyard dollar qazanc əldə etdiyini, əvvəlki ilə görə qazancını 40.9% artırdığını açıqladı.

Rüb boyunca 4.13 milyon Mac satan Apple, iPhone satışlarını keçən ilə görə 86% artıraraq 16.24 milyona çıxarmağı bacardı. Şirkət eyni zamanda 19.45 milyon iPod touch və 7.33 milyon iPad satışı gerçəkləşdirdi. iPod touch satışlarında 7%-lik eniş müşahidə edildi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 19 января 2011, 21:42
  • Weboxu
  • 2