Apple → iPhone OS 4.0
Dünən Apple `un yeni versiyasını tanıtdı. Bir sıra yeni maraqlı xüsusiyyətləri əlavə olunub. 1500`dən çox yeni API və 100 yeni funksiya əlavə olunub. Yeniliklərdən bəziləri isə belədir:
Multitasking funksiyası. Demək olar ki istifadəçilərin ən çox arzuladığı funksiyalardan biridir. Yeni versiyada bu funksiya aktiv olacaq. Steve Jobs məsləhət görüb ki, bu funksiyada düzgün istifadə etmək lazımdır. Əks halda batareyanın tez qutarmağı ilə nəticələnə bilər. Bu xüsusiyyəti keçmiş versiyalardan təkcə 3GS istifadəçiləri istifadə edə biləcək.
Folder funskiyası. Bu funksiya ilə endirdiyiniz proqramları (application) ayrıca bir qovluq yaradaraq içinə yerləşdirmək olar. Məsələn sosial şəbəkələr üçün applicationlar ayrı, oyunlar ayrı və s.
( Ətraflı oxuyun )
- +2
- 9 апреля 2010, 14:22
- 1
Apple → Apple yeni mobil reklam servisi açır ?
Apple, iPadı ilə texnologiya aləminə əməlli-başlı səs-səda saldı. Hələki iPad`ın xəbəri köhnəlməyibdi. Belə görsənirki Apple mobil internetə çox maraqlıdır. İndi də söz-söhbət gəzir ki, yeni bir mobil reklam servisi istifadəyə . Yeni servisin adı isə iAd olacaqmış. Düzü bu tip xəbərlər əksərən əsassız olmur. Ancaq çox vaxt ad barəsində verilən proqnozlar özünü doğrultmur. Ona görə də adının dəqiqliklə nə olacağı bilinməsə də, hələki şərti olaraq iAd adlanacaq servis barədə aprel ayının 7-də ətraflı məlumat veriləcəyi deyilir.
- 0
- 28 марта 2010, 00:51
- 7



