Texnologiya → HP şirkətinin Azərbaycanda yeni baş direktoru təyin edildi

Press-reliz: Bakı, 17 yanvar 2012-ci il. Bu gün HP şirkəti İnarə Quliyevanın şirkətin Azərbaycanda baş direktoru təyin edilməsi barədə məlumat verdi. O, 2004-cü ildən indiyə qədər HP şirkətinin Azərbaycan bölməsinə rəhbərlik etmiş Rüfət Hacıəlibəyovu əvəz edəcək. Xanım Quliyeva yeni vəzifəsinin icrasına 1 fevral 2012-ci il tarixindən başlayacaq.
( Ətraflı oxuyun )
Texnologiya → Microsoft Azərbaycanın yeni baş meneceri təyin edildi

Press-reliz: Rüfət Hacıəlibəyov Microsoft Azərbaycan şirkətinin baş meneceri vəzifəsinə təyin edildi. R. Hacıəlibəyov yeni vəzifəsinə 2012-ci ilin 23 yanvarından başlayacaq.
Microsoft Azərbaycan şirkəti Microsoft korporasiyasının Mərkəzi və Şərqi Avropanın Yeni Bazarları regional bölməsi çərçivəsində fəaliyyət göstərir və ən dinamik şəkildə inkişaf edən bölmələrdən biridir.
( Ətraflı oxuyun )
HP → WebOS artıq "açıq qaynaq"lı platformadır

HP, WebOS əməliyyat sistemi platformasının gələcəyi ilə bağlı qərarını açıqladı. Ötən aylarda vəzifəyə gələn yeni CEO-su Meg Whitman-ın liderliyi ilə şirkət yenidən formalaşdırılır. Şirkət bu qərar əsasında da WebOS əsaslı «ağıllı telefon» və planşet istehsalını sonlandırıb ancaq Windows (8) əsaslı planşetlərin istehsal edəcəyini açıqlamışdı. Artıq HP WebOS əməliyyat sistemini də «open source» yəni «açıq qaynaq» etmək barədə qərar verdiklərini açıqladı.
( Ətraflı oxuyun )
- 0
- 10 декабря 2011, 20:54
- 2
Texnologiya → HP-nin məhsullarını "bölüşdürürlər"
HP WebOS əsaslı cihazların istehsalını dayandırdığını . Eyni zamanda PC istehsalını da dayandıracağı deyilir. Yəni, İBM kimi PC bölümünü sata bilər. Artıq HP daha çox software-ə yönələcəyini deyir.HP tərəfindən bunlar olanda, texnologiya aləmində məsələ bağlı müxtəlif hadisələr cərəyan edir.
HP-nin WebOS cihazlarından əl çəkməsi ilə birlikdə, həmin platforma üçün application yazanların aqibəti sual altında qalır. Bu developerlərə Microsoft göz dikib ki, öz Windows Phone əməliyyat sistemini zənginləşdirsin.
( Ətraflı oxuyun )
- +1
- 22 августа 2011, 22:59
- 3
HP → HP webOS-u istifadə etməyəcək

2010-cu ilin aprel ayında Palmı 1.2 milyard dollara satın . Bir ildən bir qədər çox vaxt keçdikdən sonra HP artıq webOS ilə heç bir məhsul çıxarmayacağını bildirdi. Yəni, bu satınalma özünü doğrultmadı.
HP satın alma əməliyyatından bu yana, webOS istifadə edərək yalnız üç ədəd məhsul çıxara bildi. Bunlar TouchPad adlı bir tablet pc və HP Pre2 və HP Veer adlı telefonlar idi.
Bu cihazların gözlənilən marağı görməməsi və artan rəqabət mühitində istədiyini əldə edə bilməməsi, webOS-in ömürünün sona çatmasına səbəb oldu.
Şirkətin ikinci rüb maliyyə hesabatında, webOS cihazları ilə əlaqədar bütün işlərin sonlandırıldığı rəsmi olaraq ictimaiyyətə açıqlandı.
Görünən odur ki, planşet və smartfon bazarında Android əsaslı cihazlar və Apple arasına bir başqa platformanın girməyi çox çətin olacaq.
- 0
- 19 августа 2011, 14:47
- şərh yaz
HP → HP-nin WebOS əsaslı ilk məhsulları

HP, Palmı satın sonra ilk məhsullarını nəhayət tanıtdı.
Hp Palm Pre 3
Palmın ənənəvi modeli Pre adını qoruyan yeni WebOS-lu smartfon, Palm Pre 3 olaraq adlandırılıb. 1.4GHz-lik bir prosessora sahib olan cihaz, dizayn olaraq da Pre xəttindən kənar kimi görünmür. Palmın yumşaq xəttləri və qəşəng dizaynı dərhal özünü göstərir.
( Ətraflı oxuyun )
- +2
- 10 февраля 2011, 18:18
- 2
HP → HP-nin WebOS əsaslı tableti PC-si

Keçən il ərzində Palmı satın alan HP-in, bu qərarının ən əhəmiyyətli səbəbi olan WebOS əməliyyat sisteminin istifadə edildiyi Tablet PC-sindən ilkin şəkillər yayıldı.
Engadgetin göstərdiyi Tablet PC haqqında bildiklərimiz hələlik məhdud olsa da, ehtimal olunur ki HP-in gələn ayın 9-unda təşkil ediləcək tədbirdə tanıdacaq. Bundan sonra detallar haqqında daha ətraflı məlumat veriləcəl.
( Ətraflı oxuyun )
- +2
- 19 января 2011, 13:26
- şərh yaz
Texnologiya → Microsoft və HP şirkətləri Bakıda lisenziyalı proqram təminatlı yüksək texnoloji məhsulların satışı üzrə treninq keçirir
Press-reliz: Microsoft Azərbaycan və HP Azərbaycan şirkətləri Bakıda HP məhsullarının leqal proqram təminatılə satılmasına həsr olnmuş treninq keçirir. Treninq çərçivəsində gündəlik şəraitdə yenidən quraşdırılmış Microsoft OEM lisenziyalı HP məhsullarının satışının effektiv və sadə üsulla artırılmasına dair tədris həyata keçirirlir.
Treninq çərçivəsində “fərdi və korporariv müştərilərə kompüter avadanlığının və lisenziyaların satışı metodologiyası”, “lisenziyalı proqram təminatının dəyəri”, “Microsft-un OEM məhsullarının təsviri”, “HP noutbuklarının təsviri və hər modelin mövqeləşdirilməsi”, “fərdi müştərilərə satış üsulları” və “korporativ müştərilərə satış üsulları” kimi mövzular müzakirə olunur.
( Ətraflı oxuyun )
- +2
- 14 декабря 2010, 15:25
- şərh yaz
Ultra → ULTRA şirkəti "Xalq Kompüteri" layihəsinə dəstək verəcək!
Press reliz: Ölkənin İnformasiya Texnologiyaları və inteqrasiya həllərinin tətbiqi üzrə fəal çalışan ULTRA şirkəti artıq “Xalq kompüteri” layihəsinə də dəstək verəcək. Beləki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri «Xalq kompüteri» layihəsinin ölkədə daha da kütləviləşməsi və verilən kompüterlərin imkanlarının daha da artırılması üçün ULTRA şirkəti proqram çərçivəsində təqdim olunan kompüterləri Microsoft Korporasiyasının bu proqram üçün xüsusi imtiyazlı lisenziyalı proqram təminatları ilə təchiz edəcəkdir.Layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompüterlər və lisenziyalı proqramları güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
( Ətraflı oxuyun )
- +3
- 24 июня 2010, 11:58
- şərh yaz
Texnologiya → HP 9 min işçisini qovacaq
«Hewlett-Packard» (HP) korporasiyası istehsalın avtomatlaşdırılması planını açıqlayıb.
1 milyard dollarlıq plan üç il ərzində şirkətin dünyanın müxtəlif ölkələrində 9 min iş yerini təxirə salmasını nəzərdə tutur.
«PC World» bildirir ki, HP bu plan sayəsində avtomatlaşdırılmış məlumat mərkəzləri vasitəsilə müştərilərin işlərini asanlaşdırmaq istəyir. Yeni texnologiyaların tətbiqi nəticəsində korporasiya ildə $500-700 milyon məbləğində vəsaitə qənaət etmək niyyətindədi.
Daha sonra isə HP ixtisarlar nəticəsində boş qalmış mövqeləri doldurmaq üçün 6 min yeni iş yeri açacaq. Fəqət, yeni iş yerlərinin nə zaman yaradılacağı bəlli deyil.
Qlobal maliyyə böhranının yaratdığı fəsadları aradan qaldırmaq üçün HP ötən il 6700 əməkdaşını ixtisar edib.
Mərkəzi ofisi ABŞ-da yerləşən və dünyanın ən iri kompüter istehsalçısı olan HP qlobal miqyasda kompüter satışı bazarının 19,8%-nə nəzarət edir.
1 milyard dollarlıq plan üç il ərzində şirkətin dünyanın müxtəlif ölkələrində 9 min iş yerini təxirə salmasını nəzərdə tutur.
«PC World» bildirir ki, HP bu plan sayəsində avtomatlaşdırılmış məlumat mərkəzləri vasitəsilə müştərilərin işlərini asanlaşdırmaq istəyir. Yeni texnologiyaların tətbiqi nəticəsində korporasiya ildə $500-700 milyon məbləğində vəsaitə qənaət etmək niyyətindədi.Daha sonra isə HP ixtisarlar nəticəsində boş qalmış mövqeləri doldurmaq üçün 6 min yeni iş yeri açacaq. Fəqət, yeni iş yerlərinin nə zaman yaradılacağı bəlli deyil.
Qlobal maliyyə böhranının yaratdığı fəsadları aradan qaldırmaq üçün HP ötən il 6700 əməkdaşını ixtisar edib.
Mərkəzi ofisi ABŞ-da yerləşən və dünyanın ən iri kompüter istehsalçısı olan HP qlobal miqyasda kompüter satışı bazarının 19,8%-nə nəzarət edir.
- +1
- 3 июня 2010, 09:20
- 2



