Blog: elico →  Azərbaycanlı hakerlərdən İrana cavab: 20-dən çox sayt dağıdıldı


Azərbaycanlı hakerlərdən İrana cavab: 20-dən çox sayt dağıdıldı. Dağıdılan saytlarda Azərbaycanın bayrağı və “20 Yanvar. Unutmadıq” sözləri yerləşdirilib.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 17 января 2012, 09:40
  • elico
  • 6

MEQA şirkəti →  MEQA şirkətinin hazırladığı saytlarla bağlı sosial hakinq (social hacking) cəhdi aşkarlanıb.


Avqust ayının 24-də müştərilərimizə MEQA şirkətinin adından saxta müraciət ünvanlanmışdır.
Müraciətdə yazılır ki, şirkətimizin hazırladığı saytlarda guya təhlükəsizliklə bağlı kritik problem aşkarlandığından problemin aradan qaldırılması üçün təcili olaraq www.meqa-support.com/submit ünvanında qeydiyyatdan keçirmək lazımdır. Göstərilən ünvanda forma açılır və saytın məzmununu yeniləməklə məşğul olan inzibatçılardan oraya öz məxfi məlumatlarını (ünvanlarını, istifadəçi adı və parolunu) daxil etmələri tələb olunur. Müştərilərimizi inandırmaq üçün yeni yaradılmış saytın (bu sayt elə müraciətin ünvanlandığı tarixdə, yəni 24 avqust 2011-ci ildə qeydiyyatdan keçibdir) baş səhifəsi (yəni www.meqa-support.com ünvanı) MEQA şirkətinin rəsmi saytında yönləndilir.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 25 августа 2011, 15:51
  • istiot
  • 4

Blog: Teodor86 →  Anonymous senzurasız sosial şəbəkə hazırlayır



İnternetin bir çox seqmentlərində çoxsaylı hücumlar üçün məsuliyyət daşıyan Anonymous haker qrupu şəxsi sosial şəbəkə yaradılması planlarını elan edib. Bu ideya qrupun bəzi üzvləri yeni Google+ xidmətində bloklandıqdan sonra yaranıb.

Google yeni sosial xidmətindən haker komandasının xəbərlərinin verildiyi youranonnews rəsmi səhifəsini silib. Şəbəkə administrasiyası bunu səhifədə arzu edilməyən məzmunun olması ilə izah edib. «O an biz bilmirdik ki, bu yalnız Anonymous qrunun bloklanmış hesablarından biri idi. „Bu qəmgindir, amma internetdə sən “başqa tütək altında rəqs edəndə» belə olur — qrupun rəsmi bəyanatında bildirilib. Biz aktivistlərdən kimlərin hesablarının Facebook, Twitter, YouTube-da bloklandığı tarixini bilirik."

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Teodor86 →  Lulz Security braziliya hökumətinin saytını dağıdıb

Lulz Security haker qrupu bu gün Britaniya polisinin guya Lulz Security qrup üzvü 19 yaşlı Esseks sakinini saxlamaq haqqındakı dünənki bəyanatlarını təkzib edib. Bu gün isə Lulz Security haker qrupu Braziliya hökumətinin saytına müvəffəqiyyətlə hücüm etdiklərini bildirib.

Qrup Twitter-dəki bloqunda hal-hazırda braziliya hökumətinin rəsmi resursunun açılmadığını bildirib. Belə ki hal-hazırda da sayt DDOS (Distributed Denial Of Service Attack) hücum altındadır.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Teodor86 →  Lulz Security haker qrupu Britaniya polis bölməsinin saytına hücüm edib

Mənbə: cybersecurity.ru/crypto/125876.html
Lulz Security haker qrupu bu gün Britaniya polisinin mütəşəkkil cinayətlə mübarizə üzrə bölməsinin veb-saytına hücüm edib və sıradan çıxardıblar. Bu bölmə Böyük Britaniya ərazisi və onun hüdudları xaricində bir qrup insanlar tərəfindən törədilmiş cinayətlərin araşdırılması ilə məşğul olur. Lulz Security-dən bildiriblər ki, sıradan çıxarılmış sayt əvvəllər artıq DDOS hücumların qurbanı olmuş hökumət və korporativ saytların uzun siyahısına əlavə edildi.
«Hal-hazırda biz yalnız sayta hücüm edildiyini təsdiq edə bilərik. Hücumların detalları hələ məlum deyil, amma biz telekommunikasiya xidmətlərinin təchizatçısı ilə bu məsələni araşdırırıq» — SOCA–nın nümayəndəsi Riçard Sellors bildirib.

Qeyd edək ki, Lulz Security haker qrupu əvvəllər ABŞ Senatının saytına hücüm edib, həmçinin ABŞ-ın MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) saytının qısamüddətli sıradan çıxarılması üçün məsuliyyəti də öz üzərinə götürüblər. Qrupun bugünkü xəbərində bildirilib ki, hökumət və korporasiyaların kifayət etməyən təhlükəsizliyinə qarşı «Lulz daimi və yorulmaq bilməyən müharibəni aparmağa davam edir».


( Ətraflı oxuyun )
Paylaş :

Blog: Teodor86 →  Hakerlər Sega şirkətinin serverlərini sındırıblar, 1,3 milyon müştərinin məlumatı oğurlanıb

Mənbə: cybersecurity.ru/net/125781.html
Sega kompüter oyunları şirkəti naməlum hakerlər qrupunun hədəfi olub. Şirkət 1,3 milyon müştəri məlumatlarının itkisi haqqında bildirib.

Son 24 saat ərzində Sega şirkəti Sega Pass sisteminin müştərilərinə onların məlumatlarına qeyri-qanuni giriş faktları haqqında xəbərdarlıq göndərməyə başlayıb. «Son sutka ərzində biz müştərilərin məlumatlarının yerləşdiyi Sega Pass verilənlər bazasına qeyri-qanuni giriş faktını aşkar etdik. Biz müştərilərimizin müdafiəsi üçün sındırılmış sistemləri digər sistemlərdən təcrid etmək (izolyasiya) etmək üçün müvafiq tədbirləri etmişik. Şirkət artıq bu hadisə bağlı irimiqyaslı araşdırmaya başlayıb» Sega şirkətindən bildiriblər.

( Ətraflı oxuyun )
Paylaş :