İnternet →  Azərbaycan saytlarına kütləvi kiber hücumlar - yeniləmə #12


Bu gün YAP-ın saytı ilə başlayan hücum davam edir. Bir çox dövlət saytları və xəbər agentliklərinin saytları hack olunur.
Bu barədə ətraflı məlumatımız yoxdur. Ona görə prosses barədə ətraflı xəbər verə bilmirik. Yeni məlumat əldə etdikdə paylaşacağıq.
İndiyə qədər hücuma məruz qalan saytlar:

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 16 января 2012, 16:58
  • Weboxu
  • 48

İnternet →  Nokia Developers hack-ləndi


Məşhur smartfon istehsalçısı Nokia hack-ləndi. Nokianın developerlər üçün istifadə etdiyi developer.nokia.com ünvanına bir hacker hücumu olub. Developer.nokia.com üzərində hackerlər tərəfindən bir SQL injection bug-ı istifadə edilərək Nokia developerlərin hesabları hackləndi. Informationweek.com-un xəbərinə görə bu SQL injection açığından istifadə edərək az saytda developerin məlumatları ələ keçirilib.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Teodor86 →  Pakistan hackeri Hewlett-Packard şirkətinin FTP-serverlərini sındırıb

Mənbə: cybersecurity.ru/crypto/125757.html

Hewlett-Packard şirkəti son aylar ərzində nəzərə çarpacaq dərəcədə fəallaşmış hakerlərin korporativ qurbanları siyahısına əlavə edilən saytlardan biri oldu. The Hacker News nəşrinin məlumatına görə, HexCoder ləqəbli Pakistan hakeri Hewlett-Packard şirkətinin qapalı FTP serverinə giriş əldə edib və oradan təxminən 9 Qb informasiya yükləyib.

HP mətbuat katibi şirkətin indi öz serverlərini yoxlaması ilə məşğul olduğunu və hələ saytın qırılıb-qırılmadığı haqqında məlumat verə bilməyəcəyini bildirib. Haker iddia edib ki, oğurlanmış məlumatlar yapon dilində olub, buna görə HP indi öz yapon nümayəndəliyi ilə fəal qarşılıqlı əlaqədədir və nə olduğunu aydınlaşdırmağa çalışır.

( Ətraflı oxuyun )
Paylaş :

Wordpress →  Wordpress-də təhlükəsizlik problemləri

Bir neçə gün Wordpress.com -da yerləşən bloglara daxil olmaq çətin idi. Olduqca gec açılırdı. Bunun səbəbi sayta olan hücumlardan əmələ gəlirmiş.
WordPressin qurucusu Matt Mullenwegin öz blogunda təsdiqlədiyi hücumun ən əhəmiyyətli tərəfi isə kök səviyyəsində reallaşdırılmış olmasıdır. Bunun mənası serverlərə potensial olaraq hər şey etmə imkanı əldə etmələridir. Əsas isə təhlükə WordPress.com ilə Vaultpress-dədir.
Bloggerlərə parollarını dəyişdirilməsi tövsiyə edilir.

Vaultpress istifadəçilərinə tövsiyə isə hər ehtimala qarşı, FTP, MySQL və SSH şifrələrini dəyişdirmələridir.

Scriptin istifadəçilərini gözləyən bir təhlükədən danışan yoxdur. Amma yenə də, hər ehtimala qarşı update-lər çıxdıqca yeniləməyiniz məsləhətdir.
Paylaş :

Apple →  Mac App Store hack-ləndi


Dünən açılan Mac App Store, bu gün etibarilə sındırıldı. Sistem üzərindən pulsuz application endirmək mümkün hala gəldi.

Apple, dünən yayımladığı Mac OS X 10.6.6 aktuallaşdırmasıyla birlikdə Maclara application xüsusiyyətini gətirən Mac App Store-u xidmətə təqdim etmişdi. Sistemə istifadəçilər böyük maraq göstərdi. Hətta ən yaxşı applicationları seçəcək qədər endirdilər.

Ancaq işlər mobil platformalarda deyil kompüterlərdə olunca sistemin hack-lənmeyi 24 saatı keçmədi. Sistemi qırmağı bacaran hackerlar, pullu appları pulsuz endirmənin yolunu tapdılar. Artıq pulsuz proqram endirmə üsullarıartıq internetdə yayılmağa başlayıb. Misallar da Angry Birds üzərindən verilir.

Hələ Apple-dan bir şərh ya da mağa üçün bir yamaq gəlmədi ancaq pulsuz endirilən tətbiqlər Apple-a başağrısı olacağa oxşayır. Ayrıca bir gün dolmadan sistemin qırılması da Apple pərəstişkarları üçün pis xəbər oldu.
Paylaş :

Blog: KoLGe →  YouTube server problemləri

YouTube Hacklayiblar?

Hal-hazırda sayta daxil olmaq olmur.



500 Internal Server Error

Sorry, something went wrong.

A team of higly trained monkeys has been dispatched to deal with this situation.

If you see them, show them this information.
Paylaş :
  • 0
  • 14 июля 2010, 13:05
  • Panda
  • 11

İnternet →  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı hack olunub


Bayaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytının rus dilli versiyasına baxmağım üçün link yolladılar. Saytın rus dilli versiyasının ikinci xəbəri dərhal diqqət çəkirdi. Hakerlər Nazirliyin saytını sındıraraq Erməni soy qırımı haqqında xəbər əlavə ediblər. Azərbaycan dilli versiyada isə bu xəbər təbii ki yoxdur. Çünki tərcümə eləmək məsələsi var.
Bundan əvvəlki postda informasiya müharibəsində uduzmağımızla bağlı yazmışdım. Bu da ona davam oldu. Böyük ehtimalla idarə panelinə daxil olub rus dilində öz xeyirlərinə xəbər yerləşdiriblər. Dövlətçiliyimizə, ölkəmizə qarşı olan nifrətlərini internetdə də davam etdirirlər. İndi linki, blog yazımda verib onları reklam etmək istəmirəm. Ancaq internetdə ermənilərin blog postlarında rast gəldim. Ümid edirəm tez zamanda problem aradan qaldırılar.


#2. Artıq saytdakı xəbər yığışdırılıb.
Paylaş :
  • 0
  • 24 апреля 2010, 01:58
  • Shaig
  • 7