Tədbirlər → “Android Erası 2” yarışmasında qeydiyyat başa çatıb

Samsung-un baş sponsorluğu ilə təşkil olunan “” yarışmasının qeydiyyat mərhələsi artıq yekunlaşıb.
Bu gün – 24 mart tarixində “Android Erası 2” yarışması çərçivəsində Təşkilat Komitəsinin görüşü baş tutub. Görüşdə əsas müzakirə mövzusu mart ayının 15-dən etibarən start götürən seçim turunun nəticələri ilə bağlı olub.
( Ətraflı oxuyun )
- 0
- 25 марта 2012, 00:01
- şərh yaz
Tədbirlər → “Android Erası 2” mobil proqramçıların növbəti yarışması başlayır

Press-reliz: “Hackathon Azerbaijan” layihəsi çərçivəsində növbəti müsabiqəyə start verilir. Samsung-un platin sponsorluğu ilə təşkil olunan “Android Erası 2” yarışması istedadlı proqramçılara özünü ifadə etmə imkanı təqdim edir. Belə ki, müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.
( Ətraflı oxuyun )
- +1
- 15 марта 2012, 08:38
- 8
Tədbirlər → “Android Erası” yarışması çərçivəsində yazılmış layihələr

Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azərbaycan Android Erası” yarışması artıq yekunlaşıb.
Bu münasibətlə – 19 Fevral 2012-ci il tarixində saat 10:00-da Qafqaz Universitetində “Hackathon Azərbaycan Android Erası” yarışması qaliblərinin elan olunması ilə bağlı tədbir keçiriləcək.
Tədbirdə yarışma müddətində hazırlanmış lahiyələr haqqında danışılacaq, onlar haqda məlumat veriləcək və qaliblər elan olunacaq.
( Ətraflı oxuyun )
- +1
- 18 февраля 2012, 23:30
- 2
Tədbirlər → "Baku GTUG" top GTUG tədbirləri arasında

Baku GTUG qrupu cari ilin iyul ayından fəaliyyətə başlamışdı. 6 aylıq fəaliyyətləri aktiv olduğu üçün, digər GTUG-lar arasında fərqləniblər və GTUG saytında top 10-luğa .
Bu barədə Baku GTUG qrupu Google Plus hesablarında məlumat .
Buradakı aktivlik keçirilən tədbirlərin sayı ilə ölçülür. Son 6 ay ərzində 9 event keçirən Azərbaycan qrupu ilk 10-luqda 7-ci yeri və ilə bölüşür. Daha bir neçə tədbirdən sonra Baku GTUG daha üst sıralarda yer ala bilərlər.
Baku GTUG-ın aktivində sıralanmış tədbirlər:
( Ətraflı oxuyun )
- 0
- 27 декабря 2011, 23:25
- 1
Tədbirlər → “Hackathon Azerbaijan”-da ilkin mərhələ qeydiyyatı başa çatıb
“” lahiyəsi çərçivəsində keçirilən “Android erası” müsabiqəsinə qeydiyyat artıq başa çatıb. Qeydiyyata düşmüş iştirakçılar arasında seçim etmək və müsabiqənin açılış tədbirini planlaşdırmaq məqsədi ilə lahiyənin növbəti iclası 18 Dekabr baş tutmuşdur. Beləliklə toplantıda bu müsabiqənin ikinci turuna haqq qazanan namizədlərin adları da bəlli oldu. Uzun müzakirələrdən sonra, müraciət etmiş 98 nəfərdən 75 -i mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən səs birliyi ilə iştirak haqqı qazandı. Qeyd etmək lazımdır ki, iştirakçılar müxtəlif yaşda və statusda android həvəskarlarından ibarətdir. Bunların arasında Azərbaycanın aparıcı şirkətlərinin (“Sinam”,”İdrak”,”Risk”, “Azercell”, “Azerfon” və s) nümayəndələri, öndə gələn universitetlərin tələbələri, dövlət orqanları işçiləri (Rabitə və informasiya texnologiyaları nazirliyi) də var.
( Ətraflı oxuyun )
- 0
- 20 декабря 2011, 09:20
- şərh yaz
Blog: farxadus → Kim daha çox inkişaf edib? Biz ya Ermənilər?
Birdən elə fikirləşərsiniz ki, bu 1001golos.ru saytı kimi növbəti bir səsvermədir? Ya bəlkə Ermənistanın avropa çempionatına çıxa bilmə ehtimalı, Azərbaycan futbol komandasının isə 7 xal yığdığı haqda yazacam? Yox… Bu mövzu nə səsvermə, nə də futbol haqda olacaq. Bu günkü yazım, İnformasiya texnologiyaları sahəsində inkişaf barəsində olacaq. Bilirsiniz ki, XXI əsrdə informasiya müharibəsi ən böyük problemlərdən biridir. Ən böyük problemimiz olan «Qarabağ problemi» haqda informasiyanın internet cəmiyyətinə necə yayılması, elə bizlərdən asılıdır. Hətta bu günlərdə belə «Google Maps» xəritələrində, Dağlıq Qarabağda yerləşən rayonlarımızın adının erməni adları ilə əvəz edilməsi, bu müharibədə zəif olduğumuzu təstiq edir. Ünvan:
( Ətraflı oxuyun )
- +2
- 12 октября 2011, 01:17
- 9
Blog: adilaliev → Google Developer Day 2011 Moskva
Sabah, 10 oktyabr tarixində Moskva şəhərində Google Developer Day keçiriləcək.

Tədbirin proqramı artıq saytlarında . Dəvətnamələr hər kəsə 2D barkodlar şəklində göndərilib.
Twitterdə #gddru haşteqi ilə yazılanlardan belə başa düşmək olar ki, əsasən Rusiyadaki GTUG üzvlərindən iştirakçılar olacaq. Azərbaycandan məndən başqa hansısa iştirakçının olacağı barədə təəssüf ki, heç bir məlumat ala bilməmişəm.
Sabah tədbir zamanı imkan olduqca tədbir barədə tvitləyəcəm, günün sonunda fotoşəkilləri və təfərrüatları buraya qeyd edəcəm.

Tədbirin proqramı artıq saytlarında . Dəvətnamələr hər kəsə 2D barkodlar şəklində göndərilib.
Twitterdə #gddru haşteqi ilə yazılanlardan belə başa düşmək olar ki, əsasən Rusiyadaki GTUG üzvlərindən iştirakçılar olacaq. Azərbaycandan məndən başqa hansısa iştirakçının olacağı barədə təəssüf ki, heç bir məlumat ala bilməmişəm.
Sabah tədbir zamanı imkan olduqca tədbir barədə tvitləyəcəm, günün sonunda fotoşəkilləri və təfərrüatları buraya qeyd edəcəm.
- +1
- 9 октября 2011, 18:22
- 2



