Blog: Tural → Vəfat etdikdən sonra sosial şəbəkələr və e-poçt hesablarınızın silinməsi

Həmişə düşünülən məsələ olubdur. Öldükdən sonra bu hesablarımız nə olacaq? Nə olacağını yaxınlarınıza bu yazını bildirməniz bəsdir. Qalanını onlar edəcək :)
Facebook, vəfat edən yaxınlarının hesabını silmək istəyən ən yaxın qohumların istəklərini bir müraciət formasıyla qeydə alır. Bu əməliyyat sonunda vəfat edən adamın profili və əlaqəli bütün məzmunlar Facebookdan tamamilə qaldırılır. Və ya vəfat edənlərin profilləri bir xatirə səhifəsinə çevrilə bilir. Müraciət formasına ünvanından baxa bilərsiz.
( Ətraflı oxuyun )
- +1
- 28 марта 2012, 13:25
- şərh yaz
Google → Google I/O 2012

Hansı sahədə olmağına baxmayaraq, bir eventin insanlar üçün əhəmiyyətini müəyyən edən meyarladan biri də həmin eventin biletlərinin tükənmə müddətidir. Hətta İT dünyasındakı eventlərdə də bu belədir.
Google-un bu ilki I/O konfransının (27-29 İyun) biletlərinə maraq da diqqət çəkən məqamlardandır. Biletlər cəmi 28 dəqiqə içərisində satıldı.
Google I/O 2012 bildiyimiz kimi Google-un lərə istiqamətli təşkil etdiyi və yeni məhsullarının təqdimatının reallaşdırıldığı başlıca eventlərdən biri, hətta son illərdəki məşhurluğunu nəzərə alsaq ən əhəmiyyətli eventidir.
( Ətraflı oxuyun )
- +1
- 28 марта 2012, 13:04
- şərh yaz
Google → Google Play Store, Google-un əsas səhifəsinə yerləşdirildi...

Dünən Googlenin ana səhifəsinə girib üst tərəfdə yerləşən qara rəngli naviqasiya çubuğuna baxsanız yeni bir funksiyanın əlavə olunduğunu hiss edəcəksiniz. Google ən məşhur məhsullarının göstərildiyi bu sahəyə Google Play Store əlaqəsini əlavə elədi. Yeni olduğunu göstərmək məqsədiylə də yanına bir «YENİ» sözü əlavə elədi.
Google Play'in Şəkillər və Xəbərlər kimi iki vacib axtarış funksiyasının arasına əlavə olunması şirkətin bu xidmətə nə qədər çox əhəmiyyət verdiyini göstərir. Google səhifəsində belə vacib bir yerə qurulan Play əlaqəsinə klikləyəndə Android tətbiq mağazasına yönləndirilirsiniz.
- 0
- 28 марта 2012, 04:31
- şərh yaz
Google → Google eşitdiyimiz və gördüyümüz yerlərdə reklam yerləşdirəcək

Google eşitdiyimiz və gördüyümüz yerlərdə reklam yerləşdirəcək
İnternet nəhəngi Google, reklamları hədəf kütləsinə çatdırmaq üçün yeni üsul axtarışındadır. Bu mənada artıq istifadəçinin olduğu yerləri «dinləyəcək» olan Google, bu sayədə reklamı tam olaraq hədəf kütləsinə göndərə bilmə şansını tapacaqdır.
( Ətraflı oxuyun )
- 0
- 26 марта 2012, 00:57
- şərh yaz
Google → "YouTube"da yenilik var

«YouTube»da yenilik var
YouTube" videohostinqi videoçarxların sürətlə «yaxşılaşdırılmsı» üçün yeni vasitəni istifadəyə verib.
Yeni sistem «YouTube»a yüklənən videolardakı texniki qüsurları tapacaq və onları yaxşılaşdırmağın yollarını müəyyənləşdirəcək.
İstifadəçi də yüklədiyi videonu «siçan»ın bir hərəkəti ilə yaxşılaşdıra biləcək.
( Ətraflı oxuyun )
- +1
- 24 марта 2012, 20:31
- şərh yaz
Google → Google yaxın zamanlarda "semantik axtarış"a keçəcək

Google, axtarış motorunda gələn aylarda böyük yeniləmə . Bu yeniliyin əsas xüsusiyyəti isə «semantik axtarış» ilə gələn tez cavablardı. Qısaca semantik texnologiyası barədə: şəxslər, yerlər və web saytları üzərindəki istinad aldığı şeyləri tanıyır və bunları daha yaxşı dərəcələndirmək üzrə istifadə edir. Ayrıca əgər bir adam özünə xas sualı axtarış qutusuna yazarsa, sistem yenə buna görə cavab verəcək və bu cavab axtarış nəticələndirərinin üstündə olacaq. Yekunlaşdırsaq axtarış motoru yazılan sualı «anlayacaq». Normal axtarış metodunda isə sistem yalnız açar sözlərə baxaraq bu sözlərin olduğu veb saytları sıralayır.
( Ətraflı oxuyun )
- +3
- 16 марта 2012, 03:59
- şərh yaz
Android → Androidin Jelly Bean-dən sonrakı versiyasının da adı barədə məlumatlar var

Google-un populyar əməliyyat sistemi Android-in versiyaları rəqəmlərlə birlikdə, şirniyyat adları ilə də kodlaşdırılır. Androidin bir sonrakı böyük versiyası, yəni beşinci versiyasının Jelly Bean olaraq adlandırılacağı barədə çoxdan texnologiya bloglarında məlumatlar var. Bu sahədə mənbələrin güclü sübutları da mövcuddur. İlin ortasında çıxması bu versiyaya daha aylar varkən, altıncı versiyanın adı mövzusunda da ipucları gəlməyə başladı.
The Verge-in öz qaynaqlarından aldığı məlumatlara görə Jelly Beanın ardından gələcək olan Android versiyası Key Lime Pie adı ilə gələcək.
Bu qaynaq ötən il Jelly Bean adını da ilk xəbər verən qaynaqdır. Yəni, növbəti versiyanın bu adla çıxması ehtimalı bir xeyli yüksəkdir.
- 0
- 9 марта 2012, 17:28
- 1
Google → Google Play - Android platformasında yeni market anlayışı

Google şirkəti, Android platformaları üçün yeni market anlayışını istifadəyə verdi — .
Demək olar ki, bu platforma üçün Android Marketin bir addım sonrasıdı. Android Marketdə sadəcə applicationlar var idisə Google Play-də artıq 4 əsas başlıq olacaq. Yeni platforma haqqında Google-un rəsmi blogunda məlumat .
( Ətraflı oxuyun )
- +3
- 6 марта 2012, 23:14
- 8
Sosial Media → Foursquare, Google Maps-dan istifadədən imtina etdi
rəsmi blogunda yazdığı , istifadə etdiyi Google Maps API-lərindən imtina edir. Əvəzində isə -dan istifadə edəcək. Hal-hazırda sayta daxil olanda da, yeni istifadə edilmiş xəritəni görmək olar. Bu yeni xəritə sistemi MapBox-un OpenStreetMap-dan aldığı datalar ilə təqdim etdiyi xidməti üzərindən işləyəcək.Yeni sistemə keçməklərinin bir neçə səbəbi var. Bunlardan başlıcası, Google Maps API-lərinin pullu olmağıdır. Foursquare-in trafini nəzərə alanda bu başa düşüləndir. Digər tərəfdən Google, Latitude servisinə Foursquare bənzəri funksiyalar əlavə etmişdi.
Foursquare isə öz blogunda yeni xəritə xidmətinin öz servisləri ilə daha yaxşı inteqrasiya etmə imkanlarının olduğunu yazıb.
( Ətraflı oxuyun )
- +2
- 1 марта 2012, 15:28
- 4



