Blog: KNYAZ →  Dünyada Ən çox İstifadə olunan Şifrə 123456


Rockyou adlı musiqi saytında iştirak edən 32 milyon şifrəni araşdırıldı. Araşdırmanın nəticəsinə görə istifadəçilər ən çox 123456 şifrəsini seçdiyi ortaya çıxdı
Bu araşdırmaya görə, bir çox şifrənin olduqca sadə, qısa və lüğətlərdə rahatlıqla tapılan sözlərdən olduğu təsbit edildi.
Bu olduqca böyük bir təhlükəlidir. Çünki Brute Force tərəfindən Attack adlı üsul sayəsində bu şifrələri qırmaq olduqca asan. Bir Hacker belə bir mühitdə ortalama 110. sınaqda mütləq bir şifrə qırır. 1000 nəfərlik hesab 17 dəqiqədə qırılmış olur.
İstifadəçilərin %30'u maksimum altı xanalı bir şifrə istifadə edir. Araşdırmaya görə istifadəçilərin %60'ı şifrələrində sadə hərf və ədəd istifadə edir. Buna əlavə olaraq şifrələrin təxminən yarısı adlar və ya terminlərdir.

123456 bir çox araşdırmada ən çox istifadə edilən şifrə oldu. Keçən il Hotmail ilə edilən bir araşdırmada da bu şifrə birinci çıxmışdı. Bizi təəccübləndirən digər bir şifrə, Hotmail girişi üçün «Hotmail», Gmail giriş üçün «Google» ya da «Gmail» şifrələrinin də istifadə edilməsidir.
Paylaş :

Google →  GMail təhlükəsizliyini gücləndirir


E-mailinizin başqası tərəfindən oxunduğundan şübhələnirsiniz? Gmailin təhlükəsizlik tətbiqi sizə kömək edəcək.
Məlumat təhlükəsizliyinin və qorunmasının get-gedə daha mühüm olmağa başladığı aşkardır. Hackerlərin e-poçtlarınıza girməsi təəccüblü olmazdı. Məlumatlarınıza zərər gəlməsə belə, başqaları tərəfindən əl çatan olması narahatlıq vericidir. Bu problemi görən Gmail yeni bir təhlükəsizlik sistemini istifadəçilərinə təqdim edir.
Mailə giriş nöqtələrini davamlı olaraq log tutan Gmail, şübhəli bir vəziyyət yarananda sistemə daxil olduğunuzda istifadəçiyə xəbərdarlıq edir. Bu xəbərdarlıqda, daxil olan adamın nə vaxt, haradan bağlandığı məlumatı təqdim edilir. İstifadəçi də bu sayədə şifrəsini dəyişdirə bilir. Əlbəttə bu, təhlükədən tam müdafiə metodu deyil. Ancaq qismən də olsa istifadəçilərin köməyinə gələr.
Paylaş :
  • 0
  • 27 марта 2010, 22:28
  • Weboxu
  • 3

Box.az →  Box.az connected to GMail - yerli eMail servisindən yenilik! [pic]


Azərbaycanın ən böyük yerli elektron poçt xidməti Box.az növbəti yeniliyini açıqlamağa hazırlaşır. Onsuzda son zamanlarda kifayət qədər inkişafa meyl edən Box.az hələki sürətini dayandırmır. Göz dəyməsin! 2009`un ikinci yarısında Box.az`da e-mail servisi ilə birgə daxili chat servisi də fəaliyyətə başlamışdı. Bildiyimiz kimi belə bir servis GMail`də də mövcuddur. Bu istifadəsinə görə çox rahat bir servisdir. Çünki e-mail listində olanlar online olduqda cəld çatdırmaq istədiyin söz olanda məktub yazmaq yerində birbaşa online olaraq çatdırırsan. Box.az da bu yeniliyi edərək istifadəçilərinin işini bir xeyli yüngülləşdirmişdi. İndiki yenilik isə istifadəçiləri daha çox sevindirəcək. Çünki artıq Box.az istifadəçiləri ilə GMail istifadəçiləri arasında da birbaşa — online ünsiyyət saxlamaq mümkün olacaqdı. Günümüzün internet trendi olan API`lərin bizə verdiyi böyük üstünlüklər sayəsində, istifadəçilərin bu cür rahatlıqları təmin olunur. Box.az`ın bu yeniliyi də alqışalayiqdir. Servisi mən test elədim, istifadəsi çox rahatdır. Sizdə bu yeniliyi test edə bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 4 февраля 2010, 02:28
  • Shaig
  • 12

Google →  Gmail-da təhlükəsizlik gücləndirilir



Google`un Çindəki mərkəzinə edilən hücumdan sonra Google şirkəti öz istifadəçilərinin təhlükəsizliyi bir az da artırmaq üçün HTTP protokolunu, HTTPS protokolu ilə əvəz etdi. Nəzərinizə çatdırım ki, əvvəl istifadəçilər HTTP ya da HTTPS işlədəcəklərini özləri seçirdilər. Default olaraq HTTP istifadə edilirdir. İndi isə bir növ tərsinə olacaq.

HTTPS vastəsi ilə İstifadəçinin brauzeri və server arasındakı sorğular şifrələnir və nəticədə məlumatların 3-cü tərəflərin ələ keçirməsi və oxunmasının qarşısı alır.

HTTPS-in mənfi cəhəti sürəti yavaşlatması olacaq. Google Mühəndislərinin bildikləri bir şeylər var ki, bunu edirlər :)

Mənbə: http://gmailblog.blogspot.com/
Paylaş :
  • +1
  • 18 января 2010, 16:49
  • Panda
  • 4

Google →  Gmail videoları


Google`un Türkiyə bazarına yönümlü yeni reklam çarxları çıxıbmış. Bu gün rastlaşdım.
Ona görə Türkiyə bazarı üçün ki, videolar türk dilindədir və ancaq Gmaili türkcə istifadə edənlərdə aktiv link kimi görsənir. Gmaildə nə vaxtdan link kimi görsənir dəqiq deyə bilməyəcəm amma videoların Youtube`a yüklənmə tarixindən belə nəticə çıxarmaq olar ki, video reklamlar bu ayın əvvəlindən başlayıbdı Gmaildə yayımlanmağa. 5 ədəd videodan ibarət olan həmin çarxları da yerləşdirirəm:


( Ətraflı oxuyun )
Paylaş :

Oxatan →  Internet yoxsa Google? başlıq-keçid

Günü-gündən inkişaf edən texnologiya adamı təəccübləndirməyə davam edir. Hər yeni məlumat oxuduqca, böyük saytların yeniliklərini gördükcə lap mat qoyur. Bu dəfə izlədiyim bloglardan birində oxuduğum yazı üzərində təhlil edib yazacam.
Paylaş :