Blog: Tural → Gmail Hesabınızın 2011 Analizini Edin

2011 ilində Gmail hesabınıza neçə dənə e-poçt aldığınızı bilirsinizmi? Ya da hansılarına ən çox cavab verdiyinizi. ToutApp ilə Gmail hesabınızın 2011 analizini asanca edə bilərsiniz.
adlı tətbiq ilə 2011 ilində neçə e-poçt atdığınızı, hansı ay içərisində ən çox e-poçt trafikinizin olduğunu, e-poçtlarınızın neçəsinin cavablandırıldığı kimi məlumatlara gözəl infoqrafiklər halında əldə edə bilərsiniz. Bu infoqrafiklərin hamısının da paylaşıla bilər olması ayrıca müsbət bir xüsusiyyət olaraq düşünülür.
Şirkətdən `a verilən məlumata görə şirkət e-poçtların məzmununa heç bir şəkildə daxil ola bilmir. Buna daxil olan yalnız tətbiq olduğunu ifadə edir.
- +1
- 29 декабря 2011, 17:12
- şərh yaz
Google → Gmail Blackberry-lər üçün develop edilməyəcək

Google rəsmi açıqlama , Blackberry-lərdə olan Gmail appını artıq inkişaf etdirməyəcəyini elan etdi.
Açıqlama mətnində 22 Noyabr tarixi etibarıyla BlackBerry üçün inkişaf etdirilən Gmail tətbiqinin sona çatdırılacağı və bu tətbiq yerinə mobil brouserlərdə Gmail istifadəsinin inkişaf etdirilməsinə fokuslanacağı istifadəçilərə çatdırıldı. Yəni Gmailin Blackberry app-ının axırına HTML5 çıxdı demək olar. Həm də bu, Blackberry-nin gedərək bazarda ciddi oyunçu olmamağı ilə izah oluna bilər.
Tətbiqi bu an istifadə edənlər 22 Noyabr sonrasında da istifadə etməyə dəvəm edə biləcəklər amma onlara Google tərəfindən texniki dəstək verilməyəcək.
- +1
- 10 ноября 2011, 00:44
- 1
Blog: hatams → Yeni Gmail sistemi.
Google şirkəti Gmail sisteminin yeni imkanlarını təqdim edir. Cari ilin İyul ayında bu yeniliklər haqqında məlumat verilmişdir. Bu gün Gmail-in rəsmi bloqunda verilən məlumata görə yaxın günlərdə bütün istifadəçilər Gmail-in yeni imkanlarından istifadə edə biləcəklər.
( Ətraflı oxuyun )
- +1
- 1 ноября 2011, 20:05
- şərh yaz
Android → Android üçün Gmail yeniləndi

Yeni versiya ilə birlikdə bir çox bug-lar fix olunduğu kimi, yeni xüsusiyyətlər də əlavə olunub. İstifadəçilərin ən çox şikayət etdiyi problemlərdən biri də tətbiqin gərəyindən çox batareya xərcləməsi idi. Ancaq Google bu problemi də tamamilə arada qaldırmış vəziyyətdədir.
Yeni versiya sayəsində artıq labellərə görə, gələn e-poçtun bildiriş musiqi tonunu fərdiləşdirmək mümkündür. Gələn digər yeni xüsusiyyətlərdən bəziləri belədir:
Göndərənlər üçün "Şəkil Göstər" xatırlama xüsusiyyəti
Müraciət üçün daha yaxşı TalkBalk dəstəyi
Performans artımı
Labelə görə bildiriş tonu seçə bilmək
Sinxronizasiya prioriteti
- 0
- 29 июля 2011, 16:21
- şərh yaz
Texnologiya → Microsoft Office 365-in tanıtımında GMail-ə söz atdı
Microsoft bu dəfə də hər il təşkil etdiyi konfransında Microsoft məhsullarını tanıtdı. Xüsusilə bulud əsaslı Office 365 proqram süiti olduqca böyük marağa səbəb oldu. Bu marağın ən böyük səbəbi isə şübhəsiz Microsoftun məhsulu tanıdarkən göstərdiyi «GMail Man» adlı sitcom qəhrəmanı oldu.
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- 0
- 29 июля 2011, 14:32
- 6
Google → Google yeni URL shortener-ini və Gdocs üçün 2 yeni formatı (.rar .zip) dəstəklədiyini elan etdi
Son günləri aktiv keçirən Google-dan az qala hər gün nəsə yenilik eşitməyə başlamışıq. Növbəti yeniliklərini rəsmi bloglardan elan ediblər. Bunlar başlıqdan da göründüyü kimi, yeni URL shortener olan və yeni fayl olan .zip, .rar-dır.
( Ətraflı oxuyun )
- +1
- 19 июля 2011, 02:26
- 2
Google → GMail üçün yeni HTML5 notification sistemi

xüsisilə korporativ maillərin istifadəsi zamanı hədsiz əlverişli imkanlar təqdim edir. Bu səbəbdən bir çox insanın ilkin seçimidir. Gələn mailləri yoxlamaq, gtalk mesajlarına baxmaq üçün FireFox və Chrome-da xüsusi addonslar olur və bunlarla baxmaq mümkündür. GTalk proqramının özündə də bunu görmək olar.
Artıq isə gələn mail və chat mesajlarını əlavələr olmadan da görmək mümkün olacaq. GMail HTML5 ilə belə bir notification sistemi . HTML5-i hal-hazırda təkcə Chrome daha yaxşı dəstəklədiyindən bu imkan da ancaq Chrome-da olacaq. Ən azından digər brouserlər növbəti versiyalarında dəstəkləyənə qədər. Bir qədər də deyəsən Chromed bird-ün reply gələndə istifadə etdiyi sistemə oxşayır. Alert onun kimi olur.
Maillərə aktivləşdirmə üçün bildiriş çıxır və bu sistemi aktivləşdirmək olur. İlkin aktivləşdirmə zamanı default olaraq ancaq chat mesajlarının notification-u aktivdir. Settingsə daxil olaraq, Desktop Notifications-ı tapmaq və New mail notifications on-u seçərək bütün maillər üçün də bu xəbərdarlığı ala bilərsiniz.
- +4
- 27 января 2011, 16:03
- 4
Google → GMail-dən telefona zəng imkanı: Call phone
Bu gün axşam maildə yaranan yeni funksiyanı gördüm. Call phone funksiyası. Readerdə axtarış edəndə gördümki , kimi bloglar da bu haqda elə təzə . Maildə, chat bölümündə, istifadəçilərdən əvvəl Call phone funksiyasını görmək olar.

Üzərinə kliklədikdə isə normal chat yerində açılan bir pəncərə və nömrələri yığmaq üçün bir panel açılır:
( Ətraflı oxuyun )
- 0
- 26 августа 2010, 01:38
- 4
Blog: KNYAZ → Dünyada Ən çox İstifadə olunan Şifrə 123456

Rockyou adlı musiqi saytında iştirak edən 32 milyon şifrəni araşdırıldı. Araşdırmanın nəticəsinə görə istifadəçilər ən çox 123456 şifrəsini seçdiyi ortaya çıxdı
Bu araşdırmaya görə, bir çox şifrənin olduqca sadə, qısa və lüğətlərdə rahatlıqla tapılan sözlərdən olduğu təsbit edildi.
Bu olduqca böyük bir təhlükəlidir. Çünki Brute Force tərəfindən Attack adlı üsul sayəsində bu şifrələri qırmaq olduqca asan. Bir Hacker belə bir mühitdə ortalama 110. sınaqda mütləq bir şifrə qırır. 1000 nəfərlik hesab 17 dəqiqədə qırılmış olur.
İstifadəçilərin %30'u maksimum altı xanalı bir şifrə istifadə edir. Araşdırmaya görə istifadəçilərin %60'ı şifrələrində sadə hərf və ədəd istifadə edir. Buna əlavə olaraq şifrələrin təxminən yarısı adlar və ya terminlərdir.
123456 bir çox araşdırmada ən çox istifadə edilən şifrə oldu. Keçən il Hotmail ilə edilən bir araşdırmada da bu şifrə birinci çıxmışdı. Bizi təəccübləndirən digər bir şifrə, Hotmail girişi üçün «Hotmail», Gmail giriş üçün «Google» ya da «Gmail» şifrələrinin də istifadə edilməsidir.
- 0
- 7 апреля 2010, 12:00
- şərh yaz
Google → GMail təhlükəsizliyini gücləndirir

E-mailinizin başqası tərəfindən oxunduğundan şübhələnirsiniz? Gmailin təhlükəsizlik tətbiqi sizə kömək edəcək.
Məlumat təhlükəsizliyinin və qorunmasının get-gedə daha mühüm olmağa başladığı aşkardır. Hackerlərin e-poçtlarınıza girməsi təəccüblü olmazdı. Məlumatlarınıza zərər gəlməsə belə, başqaları tərəfindən əl çatan olması narahatlıq vericidir. Bu problemi görən Gmail yeni bir təhlükəsizlik sistemini istifadəçilərinə təqdim edir.
Mailə giriş nöqtələrini davamlı olaraq log tutan Gmail, şübhəli bir vəziyyət yarananda sistemə daxil olduğunuzda istifadəçiyə xəbərdarlıq edir. Bu xəbərdarlıqda, daxil olan adamın nə vaxt, haradan bağlandığı məlumatı təqdim edilir. İstifadəçi də bu sayədə şifrəsini dəyişdirə bilir. Əlbəttə bu, təhlükədən tam müdafiə metodu deyil. Ancaq qismən də olsa istifadəçilərin köməyinə gələr.
- 0
- 27 марта 2010, 22:28
- 3



