Blog: adilaliev →  Google Developer Day 2011 Moskva - 5-ci hissə

(əvvəli ötən yazımda)



Son iştirak etdiyim və mənim üçün ən maraqlı sessiya Ryan Boyd(Developer Advocate, Google) iştirakı ilə OAuth and OpenID for Data Access and Identity in web apps adlı sessiya oldu.

Son vaxtlar bu texnologiyadan tez-tez istifadə etməyimə baxmayaraq bu sessiya zamanı xeyli şey öyrəndim.

Sessiyada əvvəlcə iştirakçıların başa düşməsi üçün təhlükəsizlik, autentifikasiya, avtorizasiya haqqında qısa olaraq danışıldı. Daha sonra OAuth 2.0OpenID Connect haqqında danışıldı.


( Ətraflı oxuyun )
Paylaş :

Blog: adilaliev →  Google Developer Day 2011 Moskva - 4-cü hissə

(əvvəli ötən yazımda)

İştirak etdiyim üçüncü sessiya vençur kapitalistlərin iştirakı ilə maraqlı VC Panel: Entrepreneurship, Incubation and Venture Capital oldu. Sessiyanın aparıcısı Don Dodge idi. Ondan başqa isə 3 nəfər — ABŞda bir neçə startuplar qurmuş və büdcəsini milyonlarla dollara qədər yüksəltmiş, hal-hazırda Rusiyada yeni biznesə başlayan Alex Bakman, Rusiyada vençur kapitalist kimi fəaliyyət göstərən Aleksandr Qaliskiy və Rusiyada digər bir vençur kapitalist şirkətinin cavan bir mütəxəsis(adını xatırlaya bilmirəm) iştirak edirdilər.

Bu sessiyada developmentlə bağlı bir şey yox idi, amma, bir çox developerlərin gələcək planları üçün əhəmiyyətli söhbətlər var idi. Bu sessiya daha çox forum şəklində keçirildi.


( Ətraflı oxuyun )
Paylaş :

Blog: adilaliev →  Google Developer Day 2011 Moskva - 3-cü hissə

(əvvəli ötən yazımda)

Sessiyalar siyahısına baxaraq ilk olaraq Google+ and the +1 Button seçdim. Sessiyanı Ade Oshineye (Google, Developer Advocate) aparırdı.


Əvvəlcə Google+ haqqında ümumi danışdı. Dediyinə görə Google+-un məqsədi odur ki, dostlarınla share edəsən. Bütün idealogiya da bunun üzərində qurulub.

Google+-da Fanpage-lərin olması ilə bağlı suala isə «hal-hazırda belə bir plandan xəbərim yoxdur» deyə cavab verdi. Dedi ki, «fan page-lər facebookda yalnız spamdan başqa bir şey deyil. Bütün günü öz reklamlarını yazmaqla qeyri-etik şəkildə millətin divarlarını korlayırlar». Maraqlı yanaşmadır.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: adilaliev →  Google Developer Day 2011 Moskva - 2-ci hissə

(əvvəli ötən yazımda)

Konfrans sessiyaları ayrı-ayrı auditoriyalarda proqrama uyğun olaraq keçirilirdi. Chrome və HTML5 ilə əlaqəli mövzular, Android, Social/General, Cloud Computing və TechTalks mövzularına bölünmüşdü. Həmçinin MDB ölkələrinin GTUG üzvləri üçün də yer ayrılmışdı.


( Ətraflı oxuyun )
Paylaş :

Blog: adilaliev →  Google Developer Day 2011 Moskvada baş verənlər

Səhər birtəhər durub, Metro ilə uzun-uzadı getdikdən sonra Krokus Expo-nun 3-cü pavilyonuna yaxınlaşmışdım ki, GDD 2011 loqosunu gördüm və fotoaparatı çıxartdım çəkməyə…

Fotoaparatın batareyaları yaddan çıxmışdı. Ona görə təqribən 1 kilometrdən bir az çox yolu gedib ən yaxın mağazaya çatdım. Xeyli əzab əziyyətdən sonra batareya tapıldı.



( Ətraflı oxuyun )
Paylaş :

Blog: adilaliev →  Google Developer Day 2011 Moskva

Sabah, 10 oktyabr tarixində Moskva şəhərində Google Developer Day keçiriləcək.



Tədbirin proqramı artıq saytlarında yerləşdirilib. Dəvətnamələr hər kəsə 2D barkodlar şəklində göndərilib.

Twitterdə #gddru haşteqi ilə yazılanlardan belə başa düşmək olar ki, əsasən Rusiyadaki GTUG üzvlərindən iştirakçılar olacaq. Azərbaycandan məndən başqa hansısa iştirakçının olacağı barədə təəssüf ki, heç bir məlumat ala bilməmişəm.

Sabah tədbir zamanı imkan olduqca tədbir barədə tvitləyəcəm, günün sonunda fotoşəkilləri və təfərrüatları buraya qeyd edəcəm.
Paylaş :